Gürcüstan baş Prokurorluğu keçmiş prezident Mixeil Saakaşvili və bir neçə müxalifət liderinə qarşı sabotaj və hökuməti devirmək çağırışları ilə bağlı cinayət işi açıb.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Giorgi Qvarakidze brifinqdə bildirib.
Onun sözlərinə görə, Saakaşvili, Giorgi Vaşadze, Nika Qvaramiya, Nikanor Melia, Zurab Qirçi Caparidze, Elene Xoştariya, Mamuka Xazaradze və Badri Caparidze dövlətə qarşı cinayətlərdə ittiham olunurlar.
“Onlara qarşı sabotaj, xarici dövlətə düşmənçilik fəaliyyətində kömək, konstitusiya quruluşuna və milli təhlükəsizliyin əsaslarına qarşı fəaliyyətin maliyyələşdirilməsi və konstitusiya quruluşunun və ya dövlət hakimiyyətinin zorla devrilməsinə çağırışlarla bağlı cinayət işi açılıb”, – deyə Qvarakidze qeyd edib.
Musavat.com









