Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

Noyabr 7, 2025
A A

REDAKTORUN SEÇİMİ

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49
Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

12 Fevral 26 / 14:24
Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07

“Bu qələbə göstərdi ki, dünyanın Ordumuzdan və Prezidentimizdən öyrənməli olduğu çox şey var”

Sabah 8 Noyabr – Zəfər Günüdür. Bu tarixi günlə bağlı “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayev Moderator.az saytına müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq:

-Səmyar müəllim, sabah 8 Noyabr – Zəfər Günüdür. Bu tarixi gün və onun əhəmiyyəti ilə bağlı fikirinizi bilmək istərdik.

-Mən öncə bu tarixi və müqəddəs bayramla əlaqədar olaraq “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi adından 8 Noyabr zəfərinin baş memarı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevi, hörmətli Birinci Vitse-prezident Mehriban Əliyevanı, Silahlı Qüvvələrimizi, qazilərimizi, bütün Azərbaycan xalqını təbrik edir, şəhidlərimizin ruhu qarşısında hörmətlə baş əyirəm.

Azərbaycanın yalnız hərb tarixinə deyil, bütövlükdə, dövlətçilik tarixinə qızıl hərflrə həkk olunan bu tarixi zəfər Prezidentimizin və Ordumuzun xalqımıza, dövlətçiliyimizə əbədi töhfəsi oldu. Cənab İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün ərzində 30 illik işğala son qoyan Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, milli-mənəvi dəyərlərimizin bərpası baxımından da həyati addım atdı.

Qələbə nəticəsində xalqımız özünə olan inamını tam bərpa etdi, xalqımızın qürur və ləyaqətinin tapdanmasına son qoyuldu. 8 Noyabr zəfəri sadəcə erməni faşizminə deyil, bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı məğlubedilməzdir və onun sülh arzusunu zəiflik kimi qəbul etmək, onunla təhdid və təzyiq dili ilə danışmaq yanlışdır. Necə ki, cənab Prezident İlham Əliyev dəfələlər qeyd edib ki, heç kim Azərbaycanla təzyiq və təhdid dili ilə danışa bilməz və bu cür danışmaq istəyənlər heç vaxt öz məqsədlərinə nail olmayacaqlar.

–Sizcə 8 Noyabr zəfəri dünyanın Azərbaycana olan baxışını necə dəyişdi?

-Etiraf etmək lazımdır ki, qələbə ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, dünyanın bizə olan baxışının da əhəmiyyətli dərəcədə dəyişilməsində mühüm rol oynadı. Biz 2020-ci iln 8 Noyabr zəfərinə qədər təcavüzə məruz qalan, işğalın nəticələrini ortadan qaldıra bilməyən, məğlub tərəf idik. Demək olar ki, dünya dövlətlərinin böyük əksəriyyəti hesab edirdi ki, Azərbaycan işğaldakı torpaqlarını heç vaxt azad edə bilməyəcək. İşğal faktının üstündən 30 illik uzun bir zamanın keçməsi reallığı da bu düşüncəni qüvvətləndirirdi. Lakin Azərbaycan Silahlı Qüvvələri öz misilsiz zəfəri ilə bütün dünyaya göstərdi ki, xalqımız qələbə qazanmağa, özünü və öz torpaqlarını hər cür təcavüzdən hifz etməyə qadirdi.

8 Noyabr zəfərini əvəzedilməz edən amillərdən biri də ordumuzun 44 günlük Vətən müharibəsi zamanı öz bacarığı və peşəkrlığı ilə dünyanın hərbi baxımdan inkişaf etmiş ən qabaqcıl dövlətlərinə belə dərs keçməsi idi. Şuşa kimi strateji bir şəhərin heç bir ağır texnikanın iştirakı olmadan – sadəcə yalın əl və yüngül atıcı silahlarla azad edilməsi faktı dünya üçün əsl şok effekti yaratdı. Əminliklə bildirirəm ki, bir çox ölkələr, hərbi mütəxəssislər bu gün də həmin hadisənin təsirindən tam azad olmayıb. Onlar bu gün də 44 günlük Vətən müharibəsinin hər bir mərhələsini təhlil etməkdə, araşdırmaqdadır. 44 günlük Vətən müharibəsi sübut etdi ki, milyonlarla orduya, böyük nüvə arsenalına, yüksək texnologiyaya malik ölkələrin belə Azərbaycan Ordusundan, onun Ali Baş Komandanından öyrənməli olduğu çox şeyi var.

–8 Noyabr zəfəri Azərbaycanla yanaşı, regionun həyatında hansı yeniliklərə səbəb oldu?

-Bu qələbə Azərbaycanla yanaşı, Cənubi Qafqazda da ciddi dəyişikliyə səbəb oldu. Faktiki olaraq regionda yeni bir status-kvo formalaşdı. 8 Noyabr zəfəri göstərdi ki, Azərbaycan regionda yalnız iqtisadi gücünə görə deyil, həm də hərbi potensialı və döyüş gücünə görə şəriksiz liderdir və onun iştirakı olmadan regionda sülhü və təhlükəsizliyi təmin etmək mümkün deyil.

8 Noyabr zəfərinin region üçün digər mühüm əhəmiyyəti bütün bölgənin erməni faşizmi təhlükəsindən sığortalanması oldu. Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində erməni faşizmini darmadağın etdi. Ermənistan Silahlı Qüvvələrinin hərbi potensialının 80%-ni sırdan çıxarıldı. Erməni faşizmi sadəcə hərbi deyil, mənəvi-ideoloji baxımdan da ölümcül zərbə aldı.

Bu amil bütün regionda sülh və təhlükəsizlik üçün əlverişli ortam formalaşdırdı. Azərbaycan işğaldan azad edilən ərazilər üzərində nəzarəti təmin etməklə uzun illər bu torpaqlarda narkotik yetişdirən, terror təşkilatları üçün hərbi düşərgələr yaradan erməni faşizminin mənfur ənənəsinə son qoydu. Bu gün işğaldan azad edilən ərazilərdə həyata keçirilən böyük quruculuq və abadlıq işləri buna nümunədir.

8 Noyabr zəfəri regionun iqtisadi inkişafı üçün də böyük imkanlar açdı. Bu gün Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm addımlar atılır ki, bu da sadəcə Azərbaycanın deyil, bu dəhlizdən istifadə edəcək bütün ölkələrin iqtisadi həyatında müsbət yeniliklərə səbəb olacaq. Həmin ölkələrdə əhalinin sosial rifahı daha da yaxşılaşacaq ki, bu da hər bir dövlətin marağına uyğundur.

Bir sözlə, əminliklə qeyd etmək olar ki, 8 Noyabr zəfəri hərbi əhəmiyyət daşıdığı qədər də iqtisadi və mənəvi əhəmiyyətə malikdir. Bu zəfər xalqımızın mübarizə ruhu üçün ilham mənbəyi olmaqla yanaşı, həm də tarixi yaralarımıza çəkilən əvəzsiz bir məlhəmdir. Bu zəfər illər, əsrlər sonra da bizə öz milli kimliyimizi, mübarizliyimizi, yenilməzliyimizi xatırladacaq, bizə növbəti qələblərimiz üçün ciddi sitimul olacaq.

Mən bir daha 8 Noyabr – Zəfər Günü münasibətilə bütün xalqımızı, Prezidentimizi, Ordumuzu təbrik edirəm. Azərbaycan xalqı olaraq bizə bu zəfəri, bu sevinci bəxş edən qəhrəman şəhidlərinizi unutmayacaq, onların əziz xatirəsini daim sevgi və ehtiram hissi ilə yad edəcəyik. Çünki cənab Prezidentin dediyi kimi – qələbənin memarı qəhrəman Azərbaycan əsgəri, qəhrəman şəhidlərimizdir! Və şəhidlərimizin ölümsüz xatirəsi bizim qəlbimizdə sonsuza qədər əbədi yaşayacaqdır!

Seymur ƏLİYEV

Əvvəlki Yazı

Qazaxıstan “İbrahim sazişi”nə qoşuldu – Növbəti Azərbaycandır?

Növbəti Yazı

Zəfər günü ədalətin, milli iradənin təntənəsidir

EKSKLUZİV

MTN generalı Mövlam Şıxəliyev əmlaklarını qorumaq üçün dövləti aldadır? – SENSASİON TƏFƏRRÜAT

MTN generalı Mövlam Şıxəliyev əmlaklarını qorumaq üçün dövləti aldadır? – SENSASİON TƏFƏRRÜAT

15 Fevral 2026 / 10:41
6
“Prezident İlham Əliyevin “France 24”-ə müsahibəsi sübut etdi ki, Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”

“Prezident İlham Əliyevin “France 24”-ə müsahibəsi sübut etdi ki, Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”

15 Fevral 2026 / 7:56
3
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 2026 / 17:05
23
FƏLAKƏT HƏDDİNƏ ÇATAN DEMOQRAFİK BÖHRAN – Azərbaycanın milli təhlükəsizliyi təhlükə altındadır

FƏLAKƏT HƏDDİNƏ ÇATAN DEMOQRAFİK BÖHRAN – Azərbaycanın milli təhlükəsizliyi təhlükə altındadır

13 Fevral 2026 / 16:05
2

XƏBƏR LENTİ

MTN generalı Mövlam Şıxəliyev əmlaklarını qorumaq üçün dövləti aldadır? – SENSASİON TƏFƏRRÜAT

“Prezident İlham Əliyevin “France 24”-ə müsahibəsi sübut etdi ki, Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

FƏLAKƏT HƏDDİNƏ ÇATAN DEMOQRAFİK BÖHRAN – Azərbaycanın milli təhlükəsizliyi təhlükə altındadır

SON 15 İLDƏ PENSİYA NƏ QƏDƏR ARTIB, ƏRZAQ NƏ QƏDƏR BAHALAŞIB? – Və ya pensiyaçıları narazı salan nədir? + RƏQƏMLƏR

“ETO MEXTİYEV RAMİS…” – Xəyanət milyonları Mehdiyevi nədən xilas edəcək?

Putin Abbas Abbasovu Bakıya verəcəkmi?

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Məşhur ABŞ nəşrindən İNANILMAZ xəta: “Cənubi Qafqaz Rusiyadır…”

Paşinyan “diskoteka gecəsi”nə 22 milyon xərclədi – GÖRÜNTÜLƏR

Qazaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14-cü ildönümü qeyd olunub

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı – veteranların etibarlı dayağı

Azərbaycanın ilk ordu generalı yad edildi – FOTOLAR

“DTX-nın sayıqlığı nəticəsində ölkəmiz növbəti dəfə böyük təhlükələrdən, faciələrdən xilas oldu”

Qürur və ağrı ortaqlarımız

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Strateji Tərəfdaşlıq Xartiyası Cənubi Qafqazda sülh və təhlükəsizliyə tarixi töhfədir”

Gənc idmançı Respublika çempionu oldu

Partizanlarımızın al qanı Azərbaycan – İtaliya dostluğunun əbədiliyini təmin edib

“Bu, dilimizin gələcəyi üçün yol xəritəsidir” – MÜHÜM AÇIQLAMA

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə – Müasir Dəstək Platforması

Qazax İdman paytaxtı 2026″ya həsr olunmuş rəsm müsabiqəsi keçiriləcək

Ərəb ölkələrində təhsilin yeni mərhələsi: imkanlar və perspektivlər

Prezidentdən mühüm mesaj – regionda yeni dövr başlayır

Mülkiyyət hüququnun açıq şəkildə tapdanması: Məhkəmələr vergidən yayınmanı etiraf edən şəxslərin maraqlarını niyə qoruyur?

Yazıçılar Birliyinin “üzvlük haqqı siyasəti”

“DTX-nın keçirdiyi əməliyyatlar həm qanunların icrası, həm də genefondun qorunması deməkdir”

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.