Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Azərbaycana “SSRİ müharibəsindən” serial çəkmək təklifi

Noyabr 7, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10

Bakıdan reaksiya: “İkinci Dünya müharibəsini təkcə Rusiya xalqının adına bağlamaq…”

MDB ölkələri keçmiş sovet respublikalarının İkinci Dünya müharibəsində qələbəyə töhfələrindən bəhs edən “İskra” (“Qığılcım”)  adlı birgə serial çəkəcəklər. Bu layihə həftənin sonunda Moskvada “Rusiya və MDB xalqları” beynəlxalq film festivalı çərçivəsində keçirilən kinoforumun plenar iclasında müzakirə olunacaq.

Səkkiz hissəli serial layihəsi – Böyük Vətən müharibəsi (İkinci Dünya müharibəsi)  dövründəki birgə mübarizəsini ekranlaşdırmağı nəzərdə tutur. Layihə çərçivəsində real bir diviziyanın döyüş yolu əsasında, onlarla millətdən ibarət heyətinin çiyin-çiyinə vuruşu dramatik şəkildə əks etdiriləcək. 

“Kino xalqları birləşdirməyə qadir olan universal dildir. “İskra”nın yeni seriyası nəinki irimiqyaslı layihə olacaq, həm də ümumi tarixi yaddaşın və əbədi dəyərlərin – cəsarət, qəhrəmanlıq və Vətənə sədaqət kimi dəyərlərin qorunub saxlanmasına mühüm töhfə olacaq”, – deyə Qazprom Media Holdinqin baş direktorunun müavini Boris Xançalyan bildirib.

Ssenari müəllifi Dmitri Marin isə layihədə tarixi dəqiqliyə xüsusi önəm veriləcəyini, istehsal prosesində mütəxəssislərdən ibarət tarixi məsləhətçi qrupunun cəlb olunacağını açıqlayıb.

Layihədə Azərbaycanın rolu da nəzərdən keçirilir. Bu təklif çərçivəsində azərbaycanlıların sovet dövründə İkinci Dünya müharibəsindəki iştirakının, qəhrəmanlığının və fəallığının ekranlaşdırılması üçün siyasi və mədəni baxımdan bir platforma formalaşa bilər. Bu, faktdır ki, Sovet İttifaqı çərçivəsində azərbaycanlılar çoxsaylı döyüş zonalarında və arxa cəbhədə aktiv fəaliyyət göstəriblər. Məsələn, Bakı nefti və onun qələbəyə töhfəsi çoxsaylı mənbələrdə qeyd edilir, lakin paytaxt Bakı hələ “Qəhrəman şəhər” statusu almayıb – bu isə azərbaycanlıların mədəni və tarixi şüurunda bəzi haqsızlıqlara işarə edir.

Bu kimi narazılıqlar göstərir ki, ekranlaşdırma zamanı “milli iştirak” və “ümumi sovet mühərriki” anlayışlarının balanslaşdırılması vacibdir. Əks halda, ideallaşdırılmış “böyük sovet birliyi” təsviri milli fərqlilik və müxtəlifliyə kölgə sala bilər.

Azərbaycan tərəfi üçün vacib məsələ odur ki, ekranlarda yalnız “sovet mifikası” formalaşmasın – eyni zamanda azərbaycanlıların özünəməxsus təcrübə və qəhrəmanlıq hekayələri də görünən olsun.

Layihənin bəyan edilən məqsədi – “sovet respublikalarının birgə müharibə səyləri”ni nümayiş etdirmək olsa da, ideoloji mesajları da gözardı etmək olmaz. Çünki ekran işi tarixi reallığı bərpa etməklə bərabər, SSRİ-ni bərpa etmək, yenidən birgə vətən yaratmaq funksiyası da daşıya bilər.  

Azərbaycana çaşqınlıq gətirə biləcək sual isə budur: Serial istəyi ilə Rusiya tarixi həqiqətləri bərpa etmək istəyir, yoxsa “SSRİ-dən yeni vətən” yaratmaq niyyəti güdür?

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bu cür serial və filmlər ideoloji məqsədə xidmət edir: “Müstəqillik qazanmış respublikalara vaxtilə “bir vətənimiz olub”, “Rusiya ətrafında birləşsək, qalib gələrik” fikrini aşılamaq niyyətini daşıyır. Rusiya heç vaxt bu ideologiyadan əl çəkməyib. Bu iş dövlət səviyyəsində daima aparılıb. 

Rusiya Müdafiə Nazirliyinin kino departamentinin böyük bir studiyası var. Kino siyasəti Rusiya Prezident Administrasiyasının daima nəzarətindədir və müzakirə olunur. Şüurlu sürətdə müxtəlif istiqamətdə filmlər çəkilir. Məsələn, boşanmaların sayını azaltmaq, doğumları artırmaq və ya xarici siyasətlə bağlı müxtəlif istiqamətlərdə filmlər istehsal edirlər. Bu, administrasiya tərəfindən göstəriş kimi verilir və aidiyyəti şöbələr tapşırığı yerinə yetirir.

Rusiyada son dövrlərdə idman uğurları ilə bağlı filmlər çoxalıb. Bununla həm qalib xalq obrazını, həm də “sağlam həyat yaşayırıq” görüntüsünü yaradırlar. Daha sonra Ukrayna ilə müharibə haqqında filmlər çəkirlər. Rusiya Müdafiə Nazirliyinin studiyasından ideoloji silah kimi istifadə edilir.

ABŞ-də də eyni proseslər aparılır. Sadəcə olaraq, orada bu işi dövlət tərəfindən deyil, özəl bazar iqtisadiyyatı yolu ilə həyata keçirirlər. ABŞ-də Əfqanıstan və İraqa hücumlara bəraət vermək üçün terrorçu müsəlman obrazı yaradırdılar”.

Əli İsa Cabbarovun sözlərinə görə, SSRİ-nin hər hansısa formada bərpa olunması Rusiyanın ideoloji siyasətinin ana qayəsidir: “Fikrimcə, Rusiya bu serialı çəkərkən Azərbaycanın müharibədəki rolunu kiçiltməyəcək. Əksinə, könlümüzü almaq üçün qərəzli yanaşmanı yerə qoyacaq. İkinci Dünya müharibəsindən sonra bir çox yerə “Qəhrəman şəhər” adı verilmədi. Özbəklərin arxa cəbhədə rolu çox idi, lakin onlara da lazimi qiymət verilmədi. Azərbaycanın rolu isə müharibədə müqayisə gəlməz dərəcədə çox idi. Dediyim kimi, serialda bizə qarşı qərəzli yanaşmanın olacağını düşünmürəm, amma bu da həqiqətdir ki, SSRİ-nin obrazını möhkəmləndirmək üçün belə seriallar çəkəcəklər”.

Xalq artisti Əbdül Mahmudov mövzu ilə bağlı qəzetə danışıb: “Bu boyda bəşəri bir müharibəni təkcə Rusiya xalqının adına bağlamaq digər millətlərin milyonlarla verdiyi canlı itkiyə qarşı hörmətsizlikdir. Azərbaycanın neçə oğlu müharibəyə getdi qayıtmadı. 

Hazırda isə SSRİ-nin bərpası ilə bağlı heç bir söhbət gedə bilməz. O, ittifaq deyildi, itin tifağı idi. O adla bu gün Azərbaycanda hansısa ittifaq ola bilməz. Rusiya Pyotrun imperiya siyasətini bu gün də davam etdirir. Lakin dünya da əvvəlki deyil. Türk xalqları artıq hər şeyi anlayıb və əl-ələ verərək imperiya siyasətinə qarşı çıxır. Amma bu da həqiqətdir ki, Rusiya imperiya siyasətindən heç vaxt əl çəkməyəcək. Bütün sahələrdə onu göstərməyə çalışacaq. İstər siyasi, istərsə də mədəni həyatda”.

Şahanə RƏHİMLİ,

“Yeni Müsavat”

Əvvəlki Yazı

Rusiya ordusuna qoşulan lənkəranlı- Ukraynaya əsir düşdü

Növbəti Yazı

Masallıda bələdiyyə sədrini “fırıldaqçı” adlandırıb kənddən qovdular – YENİ VİDEO

EKSKLUZİV

Üsküpdə 11-ci Yəhya Kamal Beyatlı şeir şöləni

Üsküpdə 11-ci Yəhya Kamal Beyatlı şeir şöləni

24 Dekabr 2025 / 22:48
3
Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? – XƏBƏRDARLIQ

Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? – XƏBƏRDARLIQ

24 Dekabr 2025 / 20:16
4
Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

24 Dekabr 2025 / 20:15
1
Məmurların yanvar ayında qəbul CƏDVƏLİ

Məmurların yanvar ayında qəbul CƏDVƏLİ

24 Dekabr 2025 / 20:13
1

XƏBƏR LENTİ

Üsküpdə 11-ci Yəhya Kamal Beyatlı şeir şöləni

Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? – XƏBƏRDARLIQ

Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

Məmurların yanvar ayında qəbul CƏDVƏLİ

AVP yenidən qurultaya hazırlaşır: Bu dəfə sədr seçə biləcəklər?

Rusiyanın savaş itkiləri ilə bağlı dəhşətli faktlar: Kreml Ukraynada qeyri-rusları qırğına verir

Xəstəyə baxmaqdan imtina edən həkimi hansı cəza gözləyir? – Vəkil

AYNA sahibi bəlli olmayan şirkətdən 223 min manatlıq katric alır

Naxçıvan istiqamətində atəş AÇIQLIB? – Ermənistan MN-dən AÇIQLAMA

Azərbaycanda inanılmaz HADİSƏ – cinayət işi kimlər tərəfindən yoxa çıxarılıb?

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

Təyyarədə azərbaycanlının 74 min dollarını oğurladı – 20 ay həbs aldı! Dünya mediası bu hadisədən yazır!

Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir

Şəhidlərimizi təhqir edən ərəblərə hökm oxundu

Eyyubovların nəhəng sərvəti: 15 hektarlıq bağ evi + FOTO

Rusiya bank böhranı ərəfəsində – Azərbaycana təsiri olacaqmı?

Bayramda neçə gün iş olmayacaq?- RƏSMİ AÇIQLAMA

Qaçaqmal sindikatında kimlər və necə işləyib? – SENSASİON TƏFƏRRÜAT

Hava ilə bağlı XƏBƏRDARLIQ: Növbəti iki gündə…

Zelenskinin 20 bəndlik sülh planı: Ukrayna üçün çıxış yolu, yoxsa məcburi kapitulyasiya?

2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı – VİDEO

İcra başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şəhidlərin əziz xatirəsini ehtiramla anıb

“Pilgrim Education” Təhsil Mərkəzinin UĞURLARI

Azərbaycanda uşaqlar arasında dəhşətli virus yayılıb – Əlamətləri bunlardır

Dövlət Komitəsinin ləğvi gündəmə gəldi – “Onların rütbələri də alınmalıdır”

Təhsil nazirinin açıqlaması ARANI QARIŞDIRDI

Deputatlar toplanır: : hansı qanunlar dəyişir? – SİYAHI

“İnter MMC”-dən alınan iki mənzil “yoxa çıxıb” – Vətəndaş ölkə başçısından kömək istəyir + FOTOLAR

Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi

11 abituriyent məhkəmə qarşısında – 9-nun nəticəsi ləğv edilib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.