Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Kamaləddin Heydərovun Ramiz Mehdiyevə Xızıda villa bağışlaması – Qəbələdən daha bir xəbər gəldi

Noyabr 7, 2025
A A

REDAKTORUN SEÇİMİ

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

06 Noyabr 25 / 11:53
Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

05 Noyabr 25 / 15:41
Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

02 Noyabr 25 / 12:14
Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

02 Noyabr 25 / 12:01
Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

31 Oktyabr 25 / 17:28

Günlərdir ki, sosial şəbəkələrdə fövqəladə hallar naziri Kamaləddin Heydərovun patronajlığı altında olan Qəbələ rayonunda Ramiz Mehdiyevə villa bağışlaması ilə bağlı xəbər müzakirə mövzusudur. Kamallədin Heydərov Gununsesi.info-ya Qəbələdə Mehdiyevə əmlak və başqa bir hədiyyə etmədiyini deyib.

Sitat:

“Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə də siz də ciddiyə almayın”.

Nazirin bu açıqlamasından sonra onun dediklərini şübhə altına alan məlumatlar yayılmaqdadır. Hətta Kamaləddin Heydərovun Ramiz Mehdiyevə Xızı rayonunda da villa bağışlaması xəbəri də yayılıb.

Sosial şəbəkə istifadəçisi Aybəniz İlqar-Fatih bu xüsusda yazır.

Sitat:

“Kəmaləddin Heydərov və ətrafı Ramiz Mehdiyevə “ağsaqqal” deyirdi.

…əvvəllər Ramiz Mehdiyevlə münasibəti olanlar niyə indi inkar edirlər ki?

FHN şefi Kəmaləddin Heydərov iddia edir ki, guya Ramiz Mehdiyevə Qəbələdə villa hədiyyə etməyib. Yalan deyir. İl dəqiq xatirimdə deyil. 2016 ya da 2017-ci il idi.  Ramiz Mehdiyev Qəbələyə gəlmişdi və Kəmaləddin Heydərov Ramiz Mehdiyevin şərəfinə “7 Gözəl”i 1 həftəlik bağlatmışdı. Hətta FHN-nin Qəbələdəki MMQ-nın (Mülki Müdafiə Qoşunları-E.M) N saylı hərbi briqadasından əsgər və zabitlərdən ibarət kiçik bir “ordu” da Ramiz Mehdiyev və başının dəstəsinin sərəncamına verilmişdi. Həmin zabitlərdən biri demişdi ki, cənab nazir ağsaqqala (yəni Ramiz Mehdiyevə) elə bir villa bağışlayıb ki, baxanda adamın gözü qamaşır.

Sonradan öyrəndim ki, Kəmaləddin Heydərov və ətrafı Ramiz Mehdiyevə “ağsaqqal” deyirlərmiş…”

Sosial şəbəkədə yayılan digər bir xəbərdə isə deyilir.

Sitat:

“…Xızı rayonunun Qızılqazma adlanan ərazisində Kamaləddin Heydərov FHN generalı Cəbrayıl Xanlarov vasitəsilə bir neçə hektar torpaq sahəsi alıb, orada villa tikdirib və Ramiz Mehdiyevə hədiyyə edib”.

Qeyd edək ki, DTX-nin İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunan Ramiz Mehdiyevin dəyəri yüz milyonlarla ölçülən sərvətləri haqqında məlumatlar yayılmaqdadır. Bu məlumatların birində də sabiq PA rəhbərinin Qəbələdəki villasından bəhs olunub. Həmin məlumatda villanı hədiyyə edən şəxs kimi  FHN şefinin adı çəkilir. Heydərov iddiların doğru olmadığını açıqlayıb.

Xatırladaq ki, yerli mənbələr iddia edir ki, qala kimi imarət Qəbələdə abadlıq və quruculuq işlərinin geniş vüsət aldığı illərdə – 2010-cu illərdə inşa edilib. Bildirilir ki, həmin dövrdə fövqəladə hallar naziri Kamaləddin Heydərovun şəxsi göstərişi ilə tikinti həyata keçirilib və sonradan Ramiz Mehdiyevə hədiyyə olunub. Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməsə də, bölgədəki sakinlər illərdir həmin versiyanın dolaşdığını bildirirlər. Onların sözlərinə görə, Mehdiyev villaya yalnız ildə bir dəfə, əsasən ailə tədbirləri zamanı gəlir. Sonuncu səfəri isə kürəkəni İlham Əliyevin övladının ad günü mərasiminə təsadüf edib. Həmin gün əraziyə onlarla avtomobil və mühafizə əməkdaşı cəlb olunub, əraziyə giriş-çıxış müvəqqəti məhdudlaşdırılıb. Mənbələrin iddiasına görə, Mehdiyevin Qəbələdə daha 2 bahalı villasının da olduğu bildirilir. Hər iki mülk onun qızı Kamilə Əliyevanın adına rəsmiləşdirilib. Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə bir çox icra başçısına özünə ev və digər mülklər tikdirdiyi artıq yeni xəbər deyil. Məsələn, Xaçmaz rayonunun Nabran istirahət zonasında 1 hektar ərazini əhatə edən 4 mərtəbəli villa 2012-ci ildə Xaçmazın keçmiş icra başçısı Şəmsəddin Xanbabayev tərəfindən tikilərək Mehdiyevə hədiyyə edilib. Villanın daxilində hovuz və idman meydançası da mövcuddur. Ramiz Mehdiyevə villa hədiyyə edən icra başçıları arasında Siyəzən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Novruz Novruzov da yer alır. O, Şabran rayonuna rəhbərlik etdiyi dövrdə Kilvar kəndində meşəyə bitişik iki mülk tikdirərək Mehdiyevə hədiyyə edib. Ramiz Mehdiyev Şabran dağlarında yerləşən bu mülkdə istirahətə üstünlük verib. Həmin kənddə, Ramiz Mehdiyevin mülkünə bitişik ərazidə köhnə erməni kilsəsi də var. Kilvar əldən-ayaqdan uzaq bir kənddir, həmin kəndin ucqar hissəsində, yan-yana inşa edilən bu evlərdən biri taxta konstruksiyalıdır. Rayon mərkəzindən təxminən 30 km məsafədə yerləşən kənddə Ramiz Mehdiyevə məxsus daha bir villa da mövcuddur. Bakının Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov da sabiq PA rəhbərinə villa hədiyyə edən məmurlar sırasında olub. Şüvəlan bağları, “Gülçülük sovxozu” adlanan elit ərazidə inşa edilmiş 1000 kvadratmetrlik villa ötən il 1 milyon 300 min manata satışa çıxarılıb. Bu villa Mehdiyevin kürəkəni İlham Əliyevin adına sənədləşdirilmişdi. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov da Mehdiyevin kadrlarından biri olub. O, 2007-ci ildə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin ediləndə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev onu kollektivə təqdim etmişdi. Alxasov icra başçısı olduğu illərdə Mehdiyevin özünün və ailə üzvlərinin Qusarın Çiləgir kəndində dəbdəbəli malikanələrini tikdirib. Malikanələrin tikintisinə o, şəxsən rəhbərlik edib. Həmin malikanələrdən biri Qusar-Laza yolunun kənarında, meşənin içərisinə qədər uzanan 40 sotluq ərazidə inşa edilib. Üçmərtəbəli bu malikanə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsusdur. Malikanənin fotolarını isə 2020-ci ildə Mehdiyevin qızı Kamilə Əliyeva sosial şəbəkə hesabında paylaşmışdı. Musavat.com-a daxil olan məlumata görə, hazırda Ramiz Mehdiyevin cinayət işi üzrə aparılan istintaq çərçivəsində onun rəhbərlik etdiyi dövrdə villalar və mənzillər hədiyyə edən məmurların siyahısı da dəqiqləşdirilir. Məlumata görə, hüquq-mühafizə orqanlarına artıq həmin şəxslərlə bağlı tapşırıq verilib.

Məlumata əsasən, Ramiz Mehdiyevə “hörmət” göstərərək ev, torpaq və ya pul hədiyyə edən və bunu könüllü şəkildə etiraf edən icra başçıları və məmurların məsuliyyətə cəlb olunmayacağı barədə onlara rəsmi xəbərdarlıq edilib. Əvəzində, bu barədə məlumatı gizlədən, yaxud Mehdiyevin tapşırığı ilə dövlət vəsaitlərini şəxsi məqsədlərə yönəldən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istisna edilmir. Beləliklə, sabiq Prezident Administrasiyası rəhbərinin illərlə “kölgə hökuməti” kimi qurduğu şəbəkə indi öz içindən çözülməyə başlayıb. Kiminsə hədiyyə etdiyi villa indi onun öz cəza sənədinə çevrilə bilər. Ramiz Mehdiyevin sisteminə bir vaxtlar sədaqət andı içənlər indi ya etirafla canını qurtaracaq, ya da susmaqla öz taleyini möhürləyəcək. Bu şəxslərə ən ağır cəzalar veriləcəyi də gələn məlumatlar sırasındadır. Ramiz Mehdiyev uzun illər Prezident Administrasiyasına rəhbərlik edib, ölkənin siyasi idarə sistemində ən yüksək qərarları verən fiqurlardan biri olub. Buna baxmayaraq, onun gəlir və əmlak bəyanatlarında belə miqyaslı mülk heç vaxt göstərilməyib. Ekspertlər hesab edirlər ki, bu kimi halların ictimaiyyətə açıqlanması dövlət məmurlarının şəffaflıq öhdəlikləri və korrupsiya ilə mübarizə prinsipləri baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda Ramiz Mehdiyev istintaq orqanlarının diqqət mərkəzindədir və onun illərlə topladığı gizli sərvətlərin hüquqi mənşəyi barədə araşdırmalar davam edir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Əvvəlki Yazı

Tramp Zəngəzur dəhlizindən danışdı

Növbəti Yazı

Vergi Məcəlləsinə edilən dəyişikliklər varlı təbəqəyə niyə toxunmur?

EKSKLUZİV

8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

07 Noyabr 2025 / 16:13
1
Qazaxıstan “İbrahim sazişi”nə qoşuldu – Növbəti Azərbaycandır?

Qazaxıstan “İbrahim sazişi”nə qoşuldu – Növbəti Azərbaycandır?

07 Noyabr 2025 / 14:30
0
“Referans”ın baş həkimi 32 yaşlı laborant imiş…

“Referans”ın baş həkimi 32 yaşlı laborant imiş…

07 Noyabr 2025 / 14:28
0
“Epi” və “Koti” də qumar oyunlarını reklam edirmiş – Kiberpolis əməliyyat keçirdi -17 tiktoker saxlanıldı

“Epi” və “Koti” də qumar oyunlarını reklam edirmiş – Kiberpolis əməliyyat keçirdi -17 tiktoker saxlanıldı

07 Noyabr 2025 / 14:26
0

XƏBƏR LENTİ

8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

Qazaxıstan “İbrahim sazişi”nə qoşuldu – Növbəti Azərbaycandır?

“Referans”ın baş həkimi 32 yaşlı laborant imiş…

“Epi” və “Koti” də qumar oyunlarını reklam edirmiş – Kiberpolis əməliyyat keçirdi -17 tiktoker saxlanıldı

Putin Lavrovun QƏLƏMİNİ QIRDI – XİN başçısına ŞOK

Azərbaycanda əsgərlər xüsusi telefonlar ALA BİLƏCƏK

Maşın bazarında qiymətlər QALXACAQ

Azərbaycanda vergi güzəştləri ləğv edilmir – RƏSMİ

Mərkəzi Asiya liderləri Trampla hansı dildə danışıblar?

Vergi Məcəlləsinə edilən dəyişikliklər varlı təbəqəyə niyə toxunmur?

Kamaləddin Heydərovun Ramiz Mehdiyevə Xızıda villa bağışlaması – Qəbələdən daha bir xəbər gəldi

Tramp Zəngəzur dəhlizindən danışdı

Gənclər və İdman Nazirliyi 8 qonağa 37 min pul xərcləyəcək

“Azəriqaz”ın gəlirləri azalan vaxt milyonlar nəyə xərclənir?

Azərbaycanda bu xanım nazir ola bilər – FOTO

Ramiz Mehdiyevlə Primakovun hansı qohumluq əlaqələri olub? – ASLAN İSMAYILOV YAZIR

Sabiq deputat daha bir mehdiyevçini ifşa etdi…

“Mən Orada İdim” kitabının təqdimatı keçirilib

Masallıda bələdiyyə sədrini “fırıldaqçı” adlandırıb kənddən qovdular – YENİ VİDEO

Azərbaycana “SSRİ müharibəsindən” serial çəkmək təklifi

Rusiya ordusuna qoşulan lənkəranlı- Ukraynaya əsir düşdü

Tiflisdə azərbaycanlılar döyüldü, Saakaşvili türmədən sərt reaksiya verdi

Bu şəxslər 200 manat cərimələnəcək

Ərkivanda sevinc dolu gün – evi yanan ailəyə yeni ev hədiyyə edildi

Qarabağda yerin altındakı milyonlar

Zəfərin və qürurun günü – 8 Noyabr

Kəbirə Məmmədova yeni qayda tətbiq edib: Elektrikə görə ikiqat ödəniş tələb olunur

Tikilməyə 90 min, təmirə 45 min manat: FHN-in qəribə tenderi

Masazırda gölü qurudulur: evlər hansı sənədlə tikilir? – VİDEO

“Eurohome”un arxasında da kim dayanıb? – Sahibkardan ilginc iddia

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.