Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Qarabağda yerin altındakı milyonlar

Noyabr 7, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10

İşğaldan azad torpaqlarda çox ciddi təbii resurslar olması barədə ilkin məlumatlar əldə olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda səsləndirdiyi fikirlər ölkəmizin gələcək iqtisadi inkişaf istiqamətləri baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının çıxışında diqqət çəkdiyi əsas məqamlar arasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı geoloji kəşfiyyat işləri xüsusi yer tutur. Prezidentin vurğuladığı kimi, bu ərazilərin təbii resurs potensialı hələ sovet dövründə lazımi səviyyədə öyrənilməmiş, müasir texnoloji imkanların məhdudluğu səbəbindən onların real iqtisadi dəyəri tam şəkildə müəyyən olunmayıb. Halbuki XXI əsrin müasir elmi-texnoloji şəraiti, peyk müşahidələri və uzaqdan zondlama üsulları bu regionların yer təkinin daha dərindən və dəqiq şəkildə tədqiq edilməsinə şərait yaradır.

Qarabağ və Şərqi Zəngəzur bölgələrinin iqtisadi inkişafında geoloji tədqiqatların rolu yalnız təbii resursların aşkarlanması ilə məhdudlaşmır. Bu proses eyni zamanda ölkənin ümumi sənaye potensialının güclənməsinə, regionlarda yeni iş yerlərinin yaradılmasına, infrastrukturun yenilənməsinə və yerli əhalinin sosial rifahının yüksəlməsinə yönəlmiş kompleks dövlət siyasətinin tərkib hissəsidir. Prezidentin qeyd etdiyi kimi, azad edilmiş ərazilərdə aparılan bu işlər gələcəkdə Azərbaycanın iqtisadi xəritəsində tamamilə yeni sənaye mərkəzlərinin formalaşmasına səbəb olacaq. Bu, həm də işğaldan azad olunmuş torpaqların bərpası və reabilitasiyası prosesində təbii resurslardan səmərəli istifadə modelinin qurulması baxımından strateji əhəmiyyət daşıyır.

Qarabağ və Şərqi Zəngəzur əraziləri uzun illər işğal altında qaldığından bu bölgələrdə hər hansı sistemli geoloji araşdırma aparılmayıb, qeyri-qanuni şəkildə mənimsənilmişdir. İndi isə Azərbaycan dövləti bu ərazilərdə müasir texnologiyalar əsasında elmi əsaslı tədqiqat işlərinə start verərək, həm iqtisadi, həm də elmi baxımdan mühüm nəticələr əldə etməyi hədəfləyir. Ənənəvi qızıl, mis, gümüş və digər metal yataqlarının yenidən qiymətləndirilməsi ilə yanaşı, qeyri-ənənəvi enerji resurslarının və nadir torpaq elementlərinin aşkarlanması istiqamətində aparılan işlər ölkəmizin iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edəcək.

Bütün bunlar Prezidentin “azad edilmiş torpaqlar Azərbaycanın gələcəyidir” fikrinin praktiki təsdiqidir. Qarabağ və Şərqi Zəngəzurun bərpası təkcə infrastrukturun yenidən qurulması deyil, həm də yeni iqtisadi-sənaye həyatının əsasının qoyulması deməkdir. Geoloji kəşfiyyat işləri bu prosesin başlanğıc mərhələsində həlledici rol oynayır, çünki təbii sərvətlərin dəqiq müəyyənləşdirilməsi gələcəkdə investisiya cəlbi, istehsal müəssisələrinin qurulması və yerli əmək bazarının formalaşması üçün elmi baza yaradır.

Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər yalnız elmi və texnoloji məsələlərə deyil, həm də milli iqtisadi strategiyanın yeni mərhələsinə işarə edir. Qarabağ və Şərqi Zəngəzurda aparılan geoloji tədqiqatlar Azərbaycanın iqtisadi suverenliyinin möhkəmlənməsi, regional inkişafın sürətlənməsi və bərpa olunmuş ərazilərin dayanıqlı sosial-iqtisadi model əsasında inkişafı üçün mühüm təməl rolunu oynayır.

Sabiq maliyyə naziri Fikrət Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib: “Qarabağ və Şərqi Zəngəzur torpaqlarımız təbiəti ehtiyatlarla zəngindir. Lakin bu torpaqlarda erməni separatçılarının otuz illik işğalı dövründə Azərbaycan heç bir geoloji kəşfiyyat işləri apara bilməmişdi. Erməni separatçıları otuz ildə bu torpaqlarda təbii resursları vəhşicəsinə istismar etmiş və regionun ekologiyasına ciddi ziyan vurmuşdular. İnsan heç vaxt öz torpağında belə vəhşilik törətməz. Ermənilərin bu cür vəhşiliyin kökündə dayanan əsas isə bu idi ki, onlar bu torpaqların sahibi deyildilər. Biz indi, torpaqlarımızın işğaldan azad edilməsindən sonra, müstəqil dövlət kimi orada ən müasir texnologiyalardan istifadə etməklə geoloji kəşfiyyat işləri aparmağa başlamışıq. Heç şübhə etmirəm ki, aparılan tədqiqatlar bu torpaqların təbii sərvətlərlə nə qədər zəngin olduğunu aşkara çıxaracaq. Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında “hesab edirəm ki, yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək” deməsi, bizə əsas verir ki, o torpaqlarda çox ciddi təbii resurslar barədə artıq ilkin məlumatlar əldə olunub. Təbii ki, aşkar ediləcək təbii resurslar Azərbaycan iqtisadiyyatına yeni töhfələr verəcək, işğaldan azad olunmuş torpaqlarımızda iqtisadiyyat yüksələn xətlə inkişaf edəcək və ən əsası isə yenicə məskunlaşdırmağa başladığımız bu torpaqlarımızda çoxsaylı iş yerləri açılacaq”.

Əvvəlki Yazı

Zəfərin və qürurun günü – 8 Noyabr

Növbəti Yazı

Ərkivanda sevinc dolu gün – evi yanan ailəyə yeni ev hədiyyə edildi

EKSKLUZİV

Üsküpdə 11-ci Yəhya Kamal Beyatlı şeir şöləni

Üsküpdə 11-ci Yəhya Kamal Beyatlı şeir şöləni

24 Dekabr 2025 / 22:48
3
Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? – XƏBƏRDARLIQ

Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? – XƏBƏRDARLIQ

24 Dekabr 2025 / 20:16
4
Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

24 Dekabr 2025 / 20:15
1
Məmurların yanvar ayında qəbul CƏDVƏLİ

Məmurların yanvar ayında qəbul CƏDVƏLİ

24 Dekabr 2025 / 20:13
1

XƏBƏR LENTİ

Üsküpdə 11-ci Yəhya Kamal Beyatlı şeir şöləni

Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? – XƏBƏRDARLIQ

Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

Məmurların yanvar ayında qəbul CƏDVƏLİ

AVP yenidən qurultaya hazırlaşır: Bu dəfə sədr seçə biləcəklər?

Rusiyanın savaş itkiləri ilə bağlı dəhşətli faktlar: Kreml Ukraynada qeyri-rusları qırğına verir

Xəstəyə baxmaqdan imtina edən həkimi hansı cəza gözləyir? – Vəkil

AYNA sahibi bəlli olmayan şirkətdən 223 min manatlıq katric alır

Naxçıvan istiqamətində atəş AÇIQLIB? – Ermənistan MN-dən AÇIQLAMA

Azərbaycanda inanılmaz HADİSƏ – cinayət işi kimlər tərəfindən yoxa çıxarılıb?

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

Təyyarədə azərbaycanlının 74 min dollarını oğurladı – 20 ay həbs aldı! Dünya mediası bu hadisədən yazır!

Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir

Şəhidlərimizi təhqir edən ərəblərə hökm oxundu

Eyyubovların nəhəng sərvəti: 15 hektarlıq bağ evi + FOTO

Rusiya bank böhranı ərəfəsində – Azərbaycana təsiri olacaqmı?

Bayramda neçə gün iş olmayacaq?- RƏSMİ AÇIQLAMA

Qaçaqmal sindikatında kimlər və necə işləyib? – SENSASİON TƏFƏRRÜAT

Hava ilə bağlı XƏBƏRDARLIQ: Növbəti iki gündə…

Zelenskinin 20 bəndlik sülh planı: Ukrayna üçün çıxış yolu, yoxsa məcburi kapitulyasiya?

2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı – VİDEO

İcra başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şəhidlərin əziz xatirəsini ehtiramla anıb

“Pilgrim Education” Təhsil Mərkəzinin UĞURLARI

Azərbaycanda uşaqlar arasında dəhşətli virus yayılıb – Əlamətləri bunlardır

Dövlət Komitəsinin ləğvi gündəmə gəldi – “Onların rütbələri də alınmalıdır”

Təhsil nazirinin açıqlaması ARANI QARIŞDIRDI

Deputatlar toplanır: : hansı qanunlar dəyişir? – SİYAHI

“İnter MMC”-dən alınan iki mənzil “yoxa çıxıb” – Vətəndaş ölkə başçısından kömək istəyir + FOTOLAR

Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi

11 abituriyent məhkəmə qarşısında – 9-nun nəticəsi ləğv edilib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.