Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Vergi Məcəlləsinə edilən dəyişikliklər varlı təbəqəyə niyə toxunmur?

Noyabr 7, 2025
A A

REDAKTORUN SEÇİMİ

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

06 Noyabr 25 / 11:53
Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

05 Noyabr 25 / 15:41
Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

02 Noyabr 25 / 12:14
Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

02 Noyabr 25 / 12:01
Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

31 Oktyabr 25 / 17:28

Dünyada yəqin ki, Azərbaycandakı qədər Vergi Məcəlləsinə tez-tez və çoxsaylı dəyişikliklər edən ölkələr barmaqla sayılacaq qədər azdır. Nədə geri qalsaq da, bunda ön sıralardayıq…

Təəsüf ki, bu dəyişikliklər əksər hallarda vətəndaşın, vergi ödəyicisinin xeyrinə deyil. Digər yandan, onların sayının çoxluğu vətəndaşın, sahibkarın, mühasibin, elə vergi orqanı işçisinin özünün həyatını və işini yüngülləşdirməkdən, asanlaşdırmaqdansa, daha da çətinləşdirir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin son iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib ki, “Vergi Məcəlləsinə dəyişiklik layihəsi 3 əsas blokdan ibarət olmaqla ümumilikdə 45 maddə üzrə 145 dəyişiklik təklifini əhatə edir”.

Məlum olduğu kimi, bu dəyişikliklərə fiziki şəxslərin gəlir vergisi də daxil olmaqla, vergi güzəştlərinin ləğvi və digər məsələlər daxildir ki, onların da böyük əksəriyyəti büdcəyə daha çox vəsait toplamağa yönəlib. Bunun ölkədə aparılan iqtisadi siyasətin qüsurlu olmasının növbəti göstəricisi olduğunu bir kənara qoyaq. Sırf texniki tərəfdən belə yanaşdıqda 145(!) dəyişiklik kifayət qədər yüksək rəqəmdir. Bir dəfəyə bu qədər dəyişikliyi mənimsəmək nə sahibkar, nə mühasib, nə də vergi işçilərinin özləri üçün əlbəttə ki, asan olmayacaq. Bunları öyrənib başa çıxana qədər, az qala il bitəcək və növbəti ildə növbəti yüzlərlə dəyişiklik ediləcək. Çünki çox vaxt məhz belə olur. Məhz bu yanaşmanın nəticəsidir ki, Azərbaycanın Vergi Məcəlləsi hazırda ən qalın və mürəkkəb kitablardan biridir. Hələ onu demirik ki, az qala hər il yenilənən bu məcəllənin çapına böyük miqdarda vəsait xərclənir…

Vergi orqanının rəhbəri deyib ki, layihənin əsas istiqamətləri investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması(?), vergi daxilolmalarının və büdcə gəlirlərinin səmərəli tənzimlənməsi, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və “kölgə iqtisadiyyatı” ilə mübarizənin gücləndirilməsindən ibarətdir. Onun dediyinə görə, dəyişikliklər iqtisadiyyatın bir sıra strateji sektorlarını, o cümlədən yerli avtomobil istehsalını(?) stimullaşdırmalıdır.

Əvvəlcə qeyd edək ki, sadələşdirilmiş vergi həddinin illik 200 min manatdan 400 min manatadək artırılması istisna olmaqla, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına dair hər hansı dəyişiklik nəzərə çarpmır. Hansı ki, bu hədd əslində, devalvasiyalar və inflyasiya nəzərə alınmaqla ən azı 600 min manat götürülməli idi. Amma buna da şükür…

Yerli avtomobil istehsalının stimullaşdırılmasına gəlincə, vergi orqanının başçısı bir növ ondan öncə çıxış etmiş DGK sədri Şahin Bağırovun olduqca mübahisəli yanaşmasını təkrarlamış olub. Bağırov Milli Məclisdəki çıxışında elektromobillərə gömrük rüsumunun təbiqini “yerli avtomobil istehsalının stimullaşdırılması” ilə izah etmişdi. Hansı ki, Azərbaycanda nəinki elektrik avtomobili, heç elektrik çayniki də istehsal olunmur… Vergi daxilomalarının artırılması səylərinə gəlincə, hörmətli vergi orqanı yaxşı olardı ki, öz təkliflərində Azərbaycandakı varlı təbəqənin vergiyə cəlb olunması mexanizmlərini də irəli sürərdi. Əsl vergiyə cəlb ediləcək baza məhz oradadır.

Qiymətləri, rüsumları, vergiləri artırmaq, büdcəni doldurmaq üçün müxtəlif dolaşıq sxemlər, mexanizmlər, limitlər və s. tətbiq edənlər gözlərinin qarşısındakı iri, milyonluq malikanələri, obyektləri, bahalı maşınları və s. sanki görmürlər. Göründüyü kimi, 1000-1500 manat maaşla milyonluq villalarda yaşayanlara nə hökumətdəki müvafiq nəzarət strukturlarının, nə hüquq-mühafizə orqanlarının, nə məhkəmələrin, nə də vətəndaş cəmiyyətinin gücü çatmır. Belədə, bəlkə vergi orqanı qabağa dursun? Əslində, onları vergiyə cəlb etmək üçün daha sadə mexanizmlər və dünya təcrübəsi var. Məsələn, Çində dəyəri 200.000 dollar və ya daha çox olan avtomobillər və ya dəyəri 50.000 dollar olan zərgərlik məmulatları əlavə 10% vergiyə cəlb olunur.

İspaniyada varidatı 750.000 dolları keçənlər illik vergi ödəməlidirlər. Bu vergi dərəcəsi sərvətin həcmindən asılı olaraq, 3,45%-ə qədər arta bilir.

Norveçdə xalis sərvəti 1,79 milyon dollardan çox olanlara 1,1% əlavə sərvət vergisi tətbiq olunur. İsveçrədə 327.000 ABŞ dollarından çox sərvəti olanlar 1%-ə qədər əlavə vergi ödəyir. Fransadakıların sərvətlərinin dəyəri 1,3 milyon avro və ya daha çox olduqda, 1,5%-lik vergiyə cəlb olunurlar. Bir daha qeyd edək ki, bunlar hamısı adi əmlak vergisindən əlavə vergilərdir. Yəni, bu insanlar əmlak vergisi ilə bərabər bahalı malikanələrinə, avtomobillərinə, zinət əşyalarına, yaxtalarına və s. görə vergi ödəyirlər. İtaliya, Belçika və Hollandiya da sərvət vergiləri tətbiq edilir.

İsveçrə fərdi sərvət vergisindən hər il 10 milyard avroya yaxın vəsait toplayır. Bu da ümumi vergi gəlirlərinin 4,3%-ni təşkil edir. İspaniyada bu rəqəm 3,1 milyard avro və ya ümumi gəlirin 0,6%-ni təşkil edir. Norveç isə sərvət vergisindən 2,7 milyard avro və ya vergi gəlirlərinin 1,5%-ni əldə edir.

 

Siyahını uzatmaq da olar. Azərbaycanda da istəsələr bu təbəqədən bəlkə də yüz milyonlarla manatlıq sərvət vergisi toplamaq olar. Yuxarıda sadalanan ölkələrdə olan həmvətənlərimiz yaxşı bilir ki, Azərbaycandakı məmur-oliqarxların malikanələri nə sayına, nə qiymətinə, nə də bər-bəzəyinə görə həmin ölkələrdəki villalardan geri qalmır. Elə həyat tərzinə, bahalı avtomobilləri, zinət əşyaları və digər sərvətlərinə görə də həmçinin. Lakin orada belələri əlavə vergilərə cəlb olunaraq, büdcəyə gəlir qatarkən, bizdə tam əksi baş verir. Bunların çoxu büdcəyə vergi ödəməkdənsə, tutduqları vəzifələrdə büdcə talamaqla məşğuldurlar. Bunu icra başçılarından tuitmuş nazir və nazir müavinlərinin həbsinə qədər yaxın tariximizdə baş verən faktlar əyani şəkildə sübut edir.

 

Odur ki, hörmətli vergi orqanımız bu il yəqin ki, keçdi, heç olmasa gələn il varlı təbəqənin, məmur-oliqarxların sərvət vergisinə cəlb olunması mexanizmi üzərində düşünsə, pis olmaz. Əlbəttə ki, əgər buna marağı və həvəsi olarsa…

Cəlal Məmmədli

“AzPolitika.info”

Əvvəlki Yazı

Kamaləddin Heydərovun Ramiz Mehdiyevə Xızıda villa bağışlaması – Qəbələdən daha bir xəbər gəldi

Növbəti Yazı

Mərkəzi Asiya liderləri Trampla hansı dildə danışıblar?

EKSKLUZİV

8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

07 Noyabr 2025 / 16:13
1
Qazaxıstan “İbrahim sazişi”nə qoşuldu – Növbəti Azərbaycandır?

Qazaxıstan “İbrahim sazişi”nə qoşuldu – Növbəti Azərbaycandır?

07 Noyabr 2025 / 14:30
0
“Referans”ın baş həkimi 32 yaşlı laborant imiş…

“Referans”ın baş həkimi 32 yaşlı laborant imiş…

07 Noyabr 2025 / 14:28
0
“Epi” və “Koti” də qumar oyunlarını reklam edirmiş – Kiberpolis əməliyyat keçirdi -17 tiktoker saxlanıldı

“Epi” və “Koti” də qumar oyunlarını reklam edirmiş – Kiberpolis əməliyyat keçirdi -17 tiktoker saxlanıldı

07 Noyabr 2025 / 14:26
0

XƏBƏR LENTİ

8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

Qazaxıstan “İbrahim sazişi”nə qoşuldu – Növbəti Azərbaycandır?

“Referans”ın baş həkimi 32 yaşlı laborant imiş…

“Epi” və “Koti” də qumar oyunlarını reklam edirmiş – Kiberpolis əməliyyat keçirdi -17 tiktoker saxlanıldı

Putin Lavrovun QƏLƏMİNİ QIRDI – XİN başçısına ŞOK

Azərbaycanda əsgərlər xüsusi telefonlar ALA BİLƏCƏK

Maşın bazarında qiymətlər QALXACAQ

Azərbaycanda vergi güzəştləri ləğv edilmir – RƏSMİ

Mərkəzi Asiya liderləri Trampla hansı dildə danışıblar?

Vergi Məcəlləsinə edilən dəyişikliklər varlı təbəqəyə niyə toxunmur?

Kamaləddin Heydərovun Ramiz Mehdiyevə Xızıda villa bağışlaması – Qəbələdən daha bir xəbər gəldi

Tramp Zəngəzur dəhlizindən danışdı

Gənclər və İdman Nazirliyi 8 qonağa 37 min pul xərcləyəcək

“Azəriqaz”ın gəlirləri azalan vaxt milyonlar nəyə xərclənir?

Azərbaycanda bu xanım nazir ola bilər – FOTO

Ramiz Mehdiyevlə Primakovun hansı qohumluq əlaqələri olub? – ASLAN İSMAYILOV YAZIR

Sabiq deputat daha bir mehdiyevçini ifşa etdi…

“Mən Orada İdim” kitabının təqdimatı keçirilib

Masallıda bələdiyyə sədrini “fırıldaqçı” adlandırıb kənddən qovdular – YENİ VİDEO

Azərbaycana “SSRİ müharibəsindən” serial çəkmək təklifi

Rusiya ordusuna qoşulan lənkəranlı- Ukraynaya əsir düşdü

Tiflisdə azərbaycanlılar döyüldü, Saakaşvili türmədən sərt reaksiya verdi

Bu şəxslər 200 manat cərimələnəcək

Ərkivanda sevinc dolu gün – evi yanan ailəyə yeni ev hədiyyə edildi

Qarabağda yerin altındakı milyonlar

Zəfərin və qürurun günü – 8 Noyabr

Kəbirə Məmmədova yeni qayda tətbiq edib: Elektrikə görə ikiqat ödəniş tələb olunur

Tikilməyə 90 min, təmirə 45 min manat: FHN-in qəribə tenderi

Masazırda gölü qurudulur: evlər hansı sənədlə tikilir? – VİDEO

“Eurohome”un arxasında da kim dayanıb? – Sahibkardan ilginc iddia

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.