Hazırkı münaqişə bitdikdən sonra Ukraynanın taleyini Rusiya hakimiyyəti həll edəcək . Publika.az xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor deyib.
“Ukrayna cəbhəsi xarabalığa çevrilib. İndi təmas xəttində baş verənlər çox ciddidir. Qərbdə insanlar bunun nə qədər ciddi olduğunu başa düşmürlər”, – ekspert bildirib.
Makqreqorun sözlərinə görə, hamı münaqişə bitəndə bunların necə görünəcəyini soruşur. O qeyd edib ki, ruslar nə istəsə, o da olacaq.









