Abşeron suvarma kanalının Maştağadan keçən hissəsində minlərlə balığın naməlum səbəbdən öldüyü müşahidə edilib.
Bu barədə Balıqçılıq və Akvakultura Mərkəzi məlumat yayıb.
Bildirilib ki, balıq tələfatı ilə bağlı monitorinqlər aparılır: “Məsələ ilə bağlı ilkin məlumatlar əsasında aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb. Hadisə yerinə baxış keçirilib, Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən sudan nümunələr götürülüb. Eyni zamanda, balıq nümunələri toplanaraq laborator müayinəyə təqdim edilib”.









