Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

“Music Gallery” ilə bağlı qalmaqallı məhkəmə işi: vəzifəli şəxs malları qumarda uduzub

Noyabr 12, 2025
A A

REDAKTORUN SEÇİMİ

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23

Bakıda fəaliyyət göstərən “Pover on” (MMC) Məhdud Məsuliyyətli Cəmiyyətin tərkibində fəaliyyət göstərən “Music Gallery” mağazasının meneceri Rüfət Əliyevin məhkəməsi başa çatıb.

Yurd.Media xəbər verir ki, o, Nərimanov rayonunda yerləşən “Music Gallery” elektronika mağazasının anbarından MMC tərəfindən etibar edilmiş 48 869 manatlıq müxtəlif növ məhsullarını sataraq pulunu mənimsəyib.

Onun barəsində Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən R. Əliyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, “Pover on” MMC əsasən məişət elektrik mallarının, kompüterlərin, audio və video aparatlarının pərakəndə satışı ilə məşğuldur: “MMC ilə 1 avqust 2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən mağaza meneceri vəzifəsinə təyin olunmuşam. Əmək müqaviləsinə əsasən mənə etibar edilmiş malların satışını, paylanmasını təşkil etmişəm. Mən qumar oyunlarının aludəçisi olmuşam. Telefonuna “mostbet” proqram təminatı yükləmişəm. Həmin proqramla online qumar oyunları oynamışam. Qumar oyunları oynamaq üçün mənə pul lazım olub. Buna görə mağazanın anbarında olan mobil telefonları qüsurlu olaraq qeyd etmək və götürərək satmaq qərarına gəlmişəm. Məhsullar qüsurlu olduğu halda həmin məhsullar satışa çıxarılmayıb və qüsurlu olduğundan sistemdə görsənməyib. Bununla da mənim həmin məhsulları götürmək imkanım yaranıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 3 dekabr 2024-cü il tarixdən etibarən 22 yanvar 2025-ci il tarixədək anbardarlardan smartfonlar və playstationlardan bəzilərinin müştərilərinin olduğunu, qüsurlu olaraq qeyd etmələrini, cihazları ona təqdim etmələrini bildirib. Onun ifadəsinə görə, hər iki anbardar ona tabe olduqları üçün dediklərini ediblər və onun dediyi model cihazları qüsurlu kimi qeyd edərək ona təqdim ediblər.

Təqsirləndirilən şəxs bildirib ki, həmin cihazları Bakı şəhəri, Nizami rayonu, Neftçilər metro stansiyası yaxınlığında yerləşən lombarda qoyaraq pul götürüb, həmin pulları da “mostbet” online qumar oyunları oynayaraq uduzub.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 2 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında, o cümlədən özəl sahədə rəhbər və maddi məsul vəzifə tutma hüquqları məhdudlaşdırılıb. O, 3 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Əvvəlki Yazı

Həqiqi hərbi xidmətlə bağlı dəyişiklik – Xidmət müddəti 6 ay azaldılır

Növbəti Yazı

İşdən çıxarılan avtobus sürücülərinə külli miqdarda cərimə yazılıb – VİDEO

EKSKLUZİV

Mənzil Məcəlləsinə edilən dəyişiklik yüz minlərlə insanın konstitusion hüququnun bərpası deməkdir

Mənzil Məcəlləsinə edilən dəyişiklik yüz minlərlə insanın konstitusion hüququnun bərpası deməkdir

05 İyun 2026 / 10:36
2
Çarmıxdakı İsa, Ərafdakı Dante, Edam meydanındakı Nəsimi – İlahi eşqin memarları: Adəm Bakuvinin SÖZ haqqında SÖZÜ

Çarmıxdakı İsa, Ərafdakı Dante, Edam meydanındakı Nəsimi – İlahi eşqin memarları: Adəm Bakuvinin SÖZ haqqında SÖZÜ

03 İyun 2026 / 13:28
2
Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

02 İyun 2026 / 12:56
4
Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

01 İyun 2026 / 15:44
18

XƏBƏR LENTİ

Mənzil Məcəlləsinə edilən dəyişiklik yüz minlərlə insanın konstitusion hüququnun bərpası deməkdir

Çarmıxdakı İsa, Ərafdakı Dante, Edam meydanındakı Nəsimi – İlahi eşqin memarları: Adəm Bakuvinin SÖZ haqqında SÖZÜ

Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

Uşağı gələcək asılılıqlara aparan görünməz səbəblər…

Müasir Azərbaycan poeziyasında ruhun və sözün vahidliyi: Səfərli Aysel Xanlar qızı- Leyla Məcidova yazır

ПРЕЗЕНТАЦИЯ КНИГИ «100 МГНОВЕНИЙ ЖИЗНИ ГЕЙДАРА АЛИЕВА» В ГОРОДЕ КИШИНЁВ, МОЛДОВА

General Əli Nağıyevdən həmkarlarına çağırış…

İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? – Açıqlama

Prokuror onların 10 il həbsini tələb edir

Rus Dram Teatrının iyun repertuarı

Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən – Zərərçəkmiş vəfat etdi

Yeni səhmlərin hamısını Cahangir Əsgərov aldı – Payı artdı

Yeni direktor icra başçısının qardaşı imiş

Prezidentin qızları bayramı onlarla keçirdi – Fotolar

Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən həbs olundu – Video-Yenilənib

Bakıya dolu yağır – Video

Vəhdət Partiyasının sədri Adəm Bakuvi Prezident Administrasiyasında qəbul edilmişdir

Bulvarda qıza qarşı iyrənc cinayətin görüntüləri yayıldı – Video

Mübariz Əkbərovun səlahiyyət müddəti başa çatdı

Bu şəhərlərə tətilə getmək “su qiymətinə”dir – Siyahı – Fotolar

Tbilisi qatarının ilk sərnişinləri arasında – Cavid Qurbanov da var+Fotolar

Qazaxda 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib

“Bu dinamika məni qane etmir” – Prezident

Onları qabaqlayaraq – İkinci dəfə “Qızıl buts”a sahib çıxdı

Aldığı pulların hamısını qaytardığını deyib

Toral Bayramov “Qarabağ”dan getdi – Türkiyə klubuna keçdi

3-cü dəfə İTV-nin baş direktoru seçildi

“May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram” – Prezident

Prezident müşavirə keçirdi – Fotolar – Yenilənib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.