Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu – Oyun planı dəyişməyib?

Noyabr 12, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Noyabrın 14-də Ramiz Mehdiyevin həbsinin bir ayı tamam olur. Ötən günlər ərzində “Mehdiyev niyə danışmır” sualı tez-tez verilir, eşidilir. Adam 30 il bu dövlətin içində olub, bütün idarəetmə mexanizmlərinin başında dayanıb. Belə bir halda dövlətə xəyanət kimi ağır ittihamla üzləşibsə, niyə susur? Niyə çıxıb demir ki, mən xəyanət etməmişəm! Bəs bu sükutun arxasında nə var?

Bu suallar indi Azərbaycan ictimai rəyində ən çox səslənən, lakin ən az cavablanan məsələlərdəndir. Ramiz Mehdiyevin həbsi, xüsusilə də dövlətə xəyanət kimi ağır maddə ilə istintaqa cəlb olunması təkcə bir şəxsin cinayət işi deyil, sistemin öz daxilindən silkələnməsi deməkdir. 30 il ərzində Azərbaycan dövlət idarəçiliyinin mərkəzi fiquru olmuş birinin birdən-birə bu cür ittihamla üzləşməsi həm siyasi, həm də psixoloji baxımdan böyük sarsıntıdır. Ramiz Mehdiyev o gündən evində dustaqdır, vəkilləri də susur. Bu müddətdə mətbuatda onun səhhəti, psixoloji durumu haqda fərziyyələr yayıldı, lakin rəsmi təsdiq və ya təkzib olmadı. Beləcə, bir ay ərzində Mehdiyev və komandasının tam səssizliyi davam edir.

Vəkillərin susqunluğu burada təsadüfi görünmür. Bu, böyük ehtimalla planlı müdafiə taktikasının bir hissəsidir. Ramiz Mehdiyev uzun illər ərzində informasiya axınını idarə edən, hər bir kəlmənin siyasi nəticəsini ölçən şəxs olub. O, yaxşı bilir ki, bu mərhələdə hər söz hüquqi və siyasi təfsirə açıqdır. Belə fiqurların müdafiəsi, adətən, emosional yox, strateji səviyyədə qurulur. Vaxt udmaq, prosesin gedişini müşahidə etmək, hansı dairələrin harada dayanacağını ölçüb-biçmək kimi amillər nəzərə alınır.

Ramiz Mehdiyev danışmağa başlasa bu, yalnız öz müdafiəsini yox, on illərlə qurulmuş sistemin dərinliklərini ifşa etmək anlamına gələr. O, Prezident Administrasiyasının bütün gizli mexanizmlərini, kimlərin kimə xidmət etdiyini, hansı qərarların arxasında hansı maraqların durduğunu bilir. Bu bilik indi onun ən böyük silahıdır. Amma danışsa, ən böyük yükü də ola bilər. Bəlkə də o, susmaqla bu silahı danışıqlar və ya güzəşt üçün saxlayır? Vəkillərin mətbuatla təmasdan yayınması, açıqlama verməməsi göstərir ki, onlar informasiyanın sızma riskini minimuma endirmək istəyirlər. Çünki Mehdiyevin işi sıradan bir məmurun cinayət dosyesi deyil. Bu, keçmiş elita ilə hazırkı siyasi kursun toqquşmasıdır. Ramiz Mehdiyev özünün nə qədər məlumat daşıyıcısı olduğunu çox yaxşı bilir. Onun istintaq zamanı və ya məhkəmədə açıqlayacağı istənilən fakt yeni cinayət işlərinin başlanmasına səbəb ola bilər. Buna görə də, sükut özünü qoruma cəhdi də, komanda üzvlərinin istintaqa təslim etmək kimi bir gedişat da ola bilər. Hüquqi dildə buna əməkdaşlıq müqaviləsi deyilir. Yəni əgər təqsirləndirilən şəxs istintaqla əməkdaşlıq etsə, cəzası yüngülləşdirilə, hətta özünü xilas edə bilər.

İndiki halda Ramiz Mehdiyev çıxıb desə ki, dövlətə xəyanət etməmişəm, ittihamı qəbul etmirəm, dərhal ortaya sübutlar qoyula bilər. Belə görünür ki, Mehdiyev oyunu qarşı tərəfin hərəkətinə uyğun qurmaq istəyir. Bu baxımdan Mehdiyevin, onun vəkillərinin sükutu hesablanmış sükutdur. O bilir ki, indi atacağı hər addım, deyəcəyi hər söz sabah onun hökmündə, yaxud azadlığında rol oynayacaq. Amma bu, iki uclu bıçaqdır. Çünki Mehdiyev danışmağa başlasa, təkcə özünü deyil, on illərlə qurduğu sistemi də açmalı olacaq. Və o sistemin içində kimlərin adları çəkiləcək, hansı qapılar açılacaq, heç kim bilmir. Ona görə də hələ ki, susur. Bilir ki, onun sözləri yalnız özünü yox, başqalarını da yandıracaq gücdədir. Bəlkə də elə bu səbəbdən vəkilləri də səssizdir. Onlar danışmır, çünki Mehdiyev hələ oyun planını dəyişməyib. İndi o, səhnədən yox, kölgədən oynayır. Sükutu ilə həm təhdid edir, həm də özünü qoruyur. Əgər sabah danışmağa qərar versə, təkcə istintaqın istiqaməti yox, cəzanın özü də dəyişə bilər. Bəlkə azadlığa bir addım yaxınlaşar, bəlkə də əksinə, xəyanət maddəsi daha da ağırlaşar. Ona görə bu mərhələdə Ramiz Mehdiyevin sükutu bir əlində qalxan, digərində qılıncdır.

Xatırladaq ki,  Bakı şəhəri Səbail Rayon Məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən Ramiz Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Əvvəlki Yazı

İşdən çıxarılan avtobus sürücülərinə külli miqdarda cərimə yazılıb – VİDEO

Növbəti Yazı

Aztelekom” MMC-nin “Şimal-Şərq” regional filialında ciddi maliyyə təftişinə ehtiyac var

EKSKLUZİV

Milli birlikdən siyasi dialoqa: Vəhdət Partiyası ilə yekun vurur

Milli birlikdən siyasi dialoqa: Vəhdət Partiyası ilə yekun vurur

31 Dekabr 2025 / 14:37
2
Şəhidlərimizin xatirəsinə boks turniri keçirilib

Şəhidlərimizin xatirəsinə boks turniri keçirilib

30 Dekabr 2025 / 22:25
4
Ramiz Mehdiyev və ətrafı özlərini unutdurmaq üçün süni gündəm yaratmağa çalışır- ŞOK!

Ramiz Mehdiyev və ətrafı özlərini unutdurmaq üçün süni gündəm yaratmağa çalışır- ŞOK!

30 Dekabr 2025 / 20:37
5
İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub

İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub

30 Dekabr 2025 / 9:58
3

XƏBƏR LENTİ

Milli birlikdən siyasi dialoqa: Vəhdət Partiyası ilə yekun vurur

Şəhidlərimizin xatirəsinə boks turniri keçirilib

Ramiz Mehdiyev və ətrafı özlərini unutdurmaq üçün süni gündəm yaratmağa çalışır- ŞOK!

İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub

DTX sadə vətəndaşların mənzil arzusuna qəsd edənlərin arzusunu gözündə qoydu

Ruslan Eyyubova görə Bəylər Eyyubovun hədəf alınması məntiqsiz və qeyri-etikdir

“Ruslan Eyyubov işi”nin arxasından Ramiz Mehdiyev faktorunun çıxması mümkündür, çünki…

ELNARƏ AKİMOVANIN “MÜSAHİBƏ QƏZASI”.

Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI

Sensasion həbslər olacaq – Astroloq

Bu materialdan istifadə qadağan edilir – Ev tikənlər OXUSUN

Trampla Zelenskinin kritik görüşü BU TARİXDƏ baş tutacaq

Növbəti pandemiya ilə bağlı ŞOK PROQNOZ – Gündəm SİLKƏLƏNİR

Dövlət Tibb Müəssisələrinin analizləri kimlərin biznesinə xidmət edir?

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Bakıda analoqsuz dələduzluq: Ümid yenə DTX və Baş Prokurorluğadır…

Büdcə xərcləmələrində YENİ DÖVR: İş görməyən quruma pul ayrılmayacaq

Almaniyada qalmaqala səbəb olan şəxs azərbaycanlı imiç

Məhkəmə “Mutfakçı Azərbaycan”la bağlı qərar verdi – Qüsurlu mebel, maddi ziyan…

“Halal Dad”ın kolbasalarında zərərli qida əlavələri aşkarlandı – Foto

FTB təhlükəli iranlı “general”ı axtarır

Qohumun adına kredit götürənlərin NƏZƏRİNƏ – Bu halda…

Bəylər Eyyubovun həbsdəki qardaşı oğlu şikayət edib – O, azadlıq istəyir

Gələn il Azərbaycanın pul siyasəti necə tənzimlənəcək?

Bazarlarda bayram bahalaşması… – Qarşısını necə almaq olar?

İDMAN “KƏNDXUDALIĞI”… – Dünya şöhrətli idmançımıza qarşı ədalətsizliyin arxasında nə durur?

Rusiya parçalansa ən böyük pay kimə düşəcək: Çin, ABŞ və Yaponiya pusquda…

Toy bazarında xaos: qazanan işbazlardı

Həbsdəki keçmiş icra başçılarından biri amnistiyaya düşür

Ramiz Mehdiyev kostyumlarını buradan alırmış – FOTO

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.