Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

“Müharibə qapımızdadır, amma biz kredit götürüb ev tikirik” -ŞƏRHLƏR

Noyabr 14, 2025
A A

REDAKTORUN SEÇİMİ

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49
Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

12 Fevral 26 / 14:24
Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07

“Rusiya Ukraynada müharibə başa çatmamış NATO ölkələrindən birinə hücum edə bilər”. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “The Guardian” qəzetinə müsahibəsində bildirib.

“Biz Avropada yayılmış ümumi skeptisizmi kənara qoymalıyıq. Guya Putin əvvəlcə Ukraynanı işğal etmək istəyir, sonra isə başqa istiqamətlərə yönələ bilər. Əslində, o, hər ikisini eyni anda edə bilər”, – deyə Zelenski vurğulayıb. Onun sözlərinə görə, Rusiya ordusunun Ukraynada irəliləyə bilməməsi fonunda NATO ölkələrindən birinə mümkün müdaxilə ehtimalı getdikcə artır.

Bu bəyanat fonunda Baltikyanı ölkələrdən gələn fikirlər xüsusi diqqət doğurub. Latviyanın Milli Silahlı Qüvvələrinin polkovniki Antonina Blyodone bildirib ki, ölkədə hərbi münaqişə baş verəcəyi təqdirdə əhalinin çoxu dövləti müdafiə etməkdənsə, qaçmağa üstünlük verəcək.

Polkovnik “Baltijas” Balss nəşrinə müsahibəsində həmvətənlərinin düşüncə tərzindən dərin narahatlığını ifadə edərək, bu tendensiyanın latış xalqının bir millət kimi mövcudluğuna birbaşa təhdid yaratdığını vurğulayıb.

“Ukrayna müharibəsi başlayandan bəri mənə tez-tez “müharibə olarsa, hara qaçaq” sualı verilir. Amma demək olar ki, heç kim “dövlətin müdafiəsinə necə kömək edə bilərik?” deyə maraqlanmır”, – Blyodone bildirib.

Onun sözlərinə görə, Ukrayna ilə müqayisədə Latviyada əhval-ruhiyyə tam fərqlidir. “Ukraynalılar ölkələrinə qayıdıb yardım etmək istəyir, hətta müharibə şəraitində belə ailə qururlar. Latışlar isə əksinə, uzunmüddətli planlardan – istixana salmaqdan, uşaq sahibi olmaqdan imtina edirlər və bunu mümkün müharibə qorxusu ilə əsaslandırırlar”, – o əlavə edib.

Polkovnikin fikrincə, fərdi rahatlığın dövlət maraqlarından və milli demoqrafiyanın davam etməsindən üstün tutulması iradə zəifliyinə və kollektiv müdafiə qabiliyyətinin itirilməsinə gətirib çıxarır.

Blyodone müsbət nümunə kimi İsraili göstərib: “Orada insanlar təhlükə altında yaşasalar da, ailə qurmaqdan çəkinmirlər və yüksək doğum səviyyəsini qoruyurlar. Bu, milli iradənin gücünü göstərir”.

Onun sözlərinə görə, bu ziddiyyət Latviya cəmiyyətindəki böhranın dərinliyini bir daha üzə çıxarır. O, bununla uşaqları (yəni müharibənin dəhşətlərindən qorunmalı olanları) nəzərdə tutmadığını xüsusi vurğulayıb. Onun sözlərinə görə, söhbət uşaqlardan deyil, döyüş qabiliyyətli, işləyən insanlardan gedir – “çünki onların borcu dövləti qorumaqdır”.

Polkovnikin fikrincə, problemin kökü “insanın özünü dünyanın mərkəzi hesab etdiyi, ölkəsinə mənsubiyyət hiss etmədiyi və onu öz davamı kimi görmədiyi geniş yayılmış fərdiyyətçilikdə” gizlənir.

“Əgər hər kəs kritik anda yalnız özünü xilas etməyə çalışacaqsa, bu, faciəvi sonluqla nəticələnəcək – həm Latviya, həm də latışlar etnos kimi yox ola bilər”, – polkovnik xəbərdarlıq edib.

Bəs bu fikirlər reallığa nə dərəcədə uyğundur? Ola bilər ki, Rusiya nə vaxtsa həqiqətən də Latviyaya hücum etsə, ölkə vətəndaşlarının böyük hissəsi bu və ya digər şəkildə belə davranacaq?

Pressklub.az-ın suallarına latviyalı ekspertlər münasibət bildiriblər.

Rezekne şəhər bələdiyyəsinin deputatı, politoloq və “Žurnāls A12” jurnalının baş redaktoru İnara Qrotse deyib ki, hər zaman qaçanlar da olacaq, partizanlıq edənlər də, döyüş meydanında sonadək dayananlar da. 

“Ukraynada da müharibənin əvvəlində əhalinin bir hissəsi ölkəni tərk etdi, amma indi geri qayıdırlar. Hərbi əməliyyatların getdiyi yerdə mülki vətəndaşlara ehtiyac yoxdur, amma hamıya ruhun güclü iradəsi lazımdır. İnsanları məhz buna – iradə gücünə və Vətənə məhəbbətə öyrətmək lazımdır. Lakin bunu etmək asan deyil. Xüsusən də əhalinin bir hissəsinin etnik köklərinin başqa bir dövlətə bağlı olduğu və yaşadıqları ölkəyə mənsubiyyət hiss etmədikləri şəraitdə”, – siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, bununla belə bir çoxları bu yaxınlarda kiçik Latviyada 5 min nəfərin mitinqə çıxmasının şahidi oldular. Onlar parlamentin ölkəni İstanbul Konvensiyasının (qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması haqqında saziş) iştirakçıları sırasından çıxarmaq niyyətinə etirazlarını bildiriblər.

“Deməli, azadlıq dəyərləri hələ də önəmlidir və insanları aldatmaq mümkün deyil.

“Doğum səviyyəsi bütün Avropanın problemidir. Yüksək yaşayış səviyyəsi, karyera haqqında düşüncələr, səyahət arzusu… Halbuki uşaqlara vaxtı və diqqət həsr etmək lazımdır – bu iki şey ən vacibidir. Əlbəttə, Rusiya sərhədi yaxınlığında yaşayanda bütün bunlar barədə düşünmək çətindir. Amma buna baxmayaraq, burada ailələr kredit götürür, evlər tikirlər. Antonina Blyodonenin özünün də dediyi kimi, müharibə yaxın olsa belə, pozitiv düşünmək lazımdır. Bu, asan deyil, güclü iradə və ruh tələb edir. Amma mən inanıram və mən burda, Rezeknedə qalacağam. Yaxud, əgər nəsə olsa, partizanlara qoşulacağam”, – Qrotse bildirib. 

Liepaya şəhərində yaşayan jurnalist Yuris Ekşteyns isə deyib ki, 1990–2000-ci illərdə Latviyadan keçmiş Yuqoslaviya, İraq və Əfqanıstandakı beynəlxalq missiyalarda iştirak üçün seçilmək rəqabəti çox yüksək olub – bəzən bir yerə 11 nəfər iddia edirdi.

“Gənclik illərimdə hətta Ümumittifaq Kinematoqrafiya İnstitutuna və ya Moskva Universitetinə qəbul üçün müsabiqə belə bu qədər gərgin olmurdu. Bizim ölkəmiz həmişə müttəfiqlərinə köməyə gəlib – istər NATO-ya üzv olmadığımız dövrlərdə, istərsə də sonradan, Şimali Atlantika Müqaviləsinin beşinci maddəsinə uyğun şəkildə.

Niyə o gənclər o vaxt “qaynar nöqtələr” adlanan yerlərə getməyə can atırdılar? Biz qumluq səhralarda qəhrəmancasına həlak olmuş Latviya oğullarının adlarını həmişə xatırlayacağıq – baxmayaraq ki, bəzən onların ana dilinin hansı olduğunu belə unuduruq. Amma bunun nə fərqi var? Onlar çox dildə danışırdılar, bu isə beynəlxalq hərbi kontingentlərdə xidmət üçün vacib şərt idi.

Onlar sadəcə ən yaxşı olmaq istəyirdilər və oldular da. Cavab budur. Onlar “NATO bizi qoruyacaq” demirdilər, “NATO – bizik” deyirdilər. Elə buna görə də bu gün də Şimali Atlantika Alyansının ən yaxşı istehkamçıları latışlar sayılırlar.

Maraqlıdır, əks halda, biz bu otuz ildən artıq müddətdə NATO sıralarında nə edirdik? Axı bu təşkilat yalnız hərbi əməkdaşlıqdan ibarət deyil – o, elmi, təhsil və sosial proqramların geniş sistemini əhatə edir. Unutmaq olmaz ki, artıq bütöv bir nəsil Latviyada – NATO ölkəsində doğulub və böyüyüb. Onların dünyagörüşü, gözləntiləri və düşüncə tərzi bununla formalaşıb. Odur ki, gənclərin əsas məqsədinin buradan qaçmaq olacağına inanmaq sadəlövhlük olardı.

Hərb şərəfi və hərbi xidmətə xüsusi ehtiram latış xarakterinin ayrılmaz xüsusiyyəti olub. Tarixin mürəkkəb dönəmlərində latışlar müxtəlif ölkələrin ordularında xidmət ediblər. Məsələn, vaxtilə latış zabitləri Rusiyanın şimal-qərbinin böyük hissəsinə sahib olan güclü İsveç ordusuna sevinclə qəbul edirdilər. Rusiya imperatriçası I Yekaterinanın ilk həyat yoldaşı da məhz İsveç ordusunun latış mənşəli kapitanı idi.

Elə Rusiya imperiyası da Latviya əsilli hərbçilərə çox borcludur – onların adları və məzarları Riqa ilə Port-Artur, Mukden arasında uzanan döyüş meydanlarını əbədiləşdirib. Onların arasında həqiqi Georgi kavalerləri vardı – bu adı və lenti həqiqətən daşımaq hüququna layiq idilər. Unutmayaq ki, məhz Rusiya 1915-ci ildə latış atıcıları fenomenini yaratdı”, – ekspert qeyd edib.

Bolşeviklər isə heç vaxt yenilik etməyiblər, deyə o sözünə davam edib – Qırmızı orduda yaradılan ilk milli hərbi birlik 1918-ci ildəki Latış Diviziyası idi. “Təsadüfi deyil ki, stalinizm tərəfdarı olan istedadsız şair bir dəfə həqiqəti belə ifadə edib: “Hər hansı cinahda latışlar dayanırsa o cinah etibarlı sayılır”.

Qırmızı ordu doktrinası milli birləşmələrin yaradılmasını qadağan etsə də, 1941-ci ildə təcili qaydada 201-ci Latış Diviziyası təşkil edildi. Bu diviziya demək olar, tam tərkibdə Moskva uğrunda döyüşlərdə Naro-Fominsk və Borovsk yaxınlığında həlak oldu. Sonradan həmin hissə 43-cü Qvardiya Diviziyasına çevrildi. Dəqiq bilmirəm, amma deyəsən, Kiyev istiqamətindəki dəmir yolu xəttində “Latış” adlı stansiya hələ də qalır.

Bəlkə də stalinçilər XIX əsrin sonlarında xalqımızın himnində qürurla səslənən “Dievs, svētī Latviju!” (“Tanrı, Latviyanı qoru!”) sözlərinin və “latış” adının birdəfəlik yox olmasını arzulayırdılar. Elə buna görə sovet işğalı illərində süni şəkildə “Riqa vilayəti”, “Dauqavpils vilayəti” kimi inzibati bölgülər uydurulmuşdu. Amma heç nə alınmadı.

1919-cu ildə yalnız qiyamçı Liepaya və ətrafının Latviyanın azadlıq adası kimi qaldığı zaman, azsaylı könüllü dəstələr – daha çox gimnaziya tələbələrindən ibarət olan gənclər – “məğlubedilməz və əfsanəvi” Qırmızı Ordunu darmadağın edərək Pskov istiqamətinə qədər geri çəkilməyə məcbur etdilər. Bununla da Lenin hökuməti 1920-ci il 11 avqust Sülh Müqaviləsi ilə Latviyanın müstəqilliyini tanımağa və bu torpaqlardan “əbədilik” imtina etməyə məcbur oldu.

Bu gün Liepayada yaşayarkən tez-tez görürəm ki, dinc, sakit insanlar olan qonşularım Zemessardze (Latviya könüllü müdafiə qüvvələri) formasını geyinib təlimlərə yollanırlar. Və bu, heç də təəccüblü deyil.

“Mentalitet” məsələsini bilmirəm, amma latış ruhuna tam əminəm.

Finlandiya və sualtı donanmaya malik İsveç NATO-ya qoşulduqdan sonra finlandiyalı dostum maraqlı bir hadisə danışdı. Estoniyada ondan soruşublar: “Ruslar bizə hücum etsələr, kömək edəcəksinizmi?” O isə düşünərək cavab verib: “Əlbəttə. Sadəcə ona görə ki, biz finik”.

Latviya da elə bu cürdür. Sadəcə ona görə ki, biz latışıq – harada olsaq, orada dayanacağıq. Bu həqiqəti heç nə dəyişə bilməz. Latışlar qaçmaz, ölənədək dayanarlar.

Axı əks halda, bu gün Ukraynanın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəmanların dul arvadlarının və qızlarının gözünə necə baxa bilərdik?” – Ekşteyns yekunlaşdırıb.(pressklub)

Əvvəlki Yazı

Sahib Məmmədovun “islahatları” AHİK-nı borca salıb -Düşünür ki, yeni seçilib

Növbəti Yazı

Parlamentdə 3 gün ardıcıl toplaşacaq – SƏBƏB

EKSKLUZİV

MTN generalı Mövlam Şıxəliyev əmlaklarını qorumaq üçün dövləti aldadır? – SENSASİON TƏFƏRRÜAT

MTN generalı Mövlam Şıxəliyev əmlaklarını qorumaq üçün dövləti aldadır? – SENSASİON TƏFƏRRÜAT

15 Fevral 2026 / 10:41
6
“Prezident İlham Əliyevin “France 24”-ə müsahibəsi sübut etdi ki, Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”

“Prezident İlham Əliyevin “France 24”-ə müsahibəsi sübut etdi ki, Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”

15 Fevral 2026 / 7:56
3
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 2026 / 17:05
23
FƏLAKƏT HƏDDİNƏ ÇATAN DEMOQRAFİK BÖHRAN – Azərbaycanın milli təhlükəsizliyi təhlükə altındadır

FƏLAKƏT HƏDDİNƏ ÇATAN DEMOQRAFİK BÖHRAN – Azərbaycanın milli təhlükəsizliyi təhlükə altındadır

13 Fevral 2026 / 16:05
10

XƏBƏR LENTİ

MTN generalı Mövlam Şıxəliyev əmlaklarını qorumaq üçün dövləti aldadır? – SENSASİON TƏFƏRRÜAT

“Prezident İlham Əliyevin “France 24”-ə müsahibəsi sübut etdi ki, Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

FƏLAKƏT HƏDDİNƏ ÇATAN DEMOQRAFİK BÖHRAN – Azərbaycanın milli təhlükəsizliyi təhlükə altındadır

SON 15 İLDƏ PENSİYA NƏ QƏDƏR ARTIB, ƏRZAQ NƏ QƏDƏR BAHALAŞIB? – Və ya pensiyaçıları narazı salan nədir? + RƏQƏMLƏR

“ETO MEXTİYEV RAMİS…” – Xəyanət milyonları Mehdiyevi nədən xilas edəcək?

Putin Abbas Abbasovu Bakıya verəcəkmi?

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Məşhur ABŞ nəşrindən İNANILMAZ xəta: “Cənubi Qafqaz Rusiyadır…”

Paşinyan “diskoteka gecəsi”nə 22 milyon xərclədi – GÖRÜNTÜLƏR

Qazaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14-cü ildönümü qeyd olunub

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı – veteranların etibarlı dayağı

Azərbaycanın ilk ordu generalı yad edildi – FOTOLAR

“DTX-nın sayıqlığı nəticəsində ölkəmiz növbəti dəfə böyük təhlükələrdən, faciələrdən xilas oldu”

Qürur və ağrı ortaqlarımız

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Strateji Tərəfdaşlıq Xartiyası Cənubi Qafqazda sülh və təhlükəsizliyə tarixi töhfədir”

Gənc idmançı Respublika çempionu oldu

Partizanlarımızın al qanı Azərbaycan – İtaliya dostluğunun əbədiliyini təmin edib

“Bu, dilimizin gələcəyi üçün yol xəritəsidir” – MÜHÜM AÇIQLAMA

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə – Müasir Dəstək Platforması

Qazax İdman paytaxtı 2026″ya həsr olunmuş rəsm müsabiqəsi keçiriləcək

Ərəb ölkələrində təhsilin yeni mərhələsi: imkanlar və perspektivlər

Prezidentdən mühüm mesaj – regionda yeni dövr başlayır

Mülkiyyət hüququnun açıq şəkildə tapdanması: Məhkəmələr vergidən yayınmanı etiraf edən şəxslərin maraqlarını niyə qoruyur?

Yazıçılar Birliyinin “üzvlük haqqı siyasəti”

“DTX-nın keçirdiyi əməliyyatlar həm qanunların icrası, həm də genefondun qorunması deməkdir”

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.