Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycanın Ukraynaya humanitar dəstəyinə görə təşəkkürünü bildirib.
Musavat.com xəbər verir ki, bu barədə Volodimir Zelenski noyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevə zəngində deyib.
Telefon danışığı zamanı dövlət başçıları, həmçinin ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıblar.









