Qatilin anlaqsızlığı üçün ekspertiza rəyi…
II YAZI
(Əvvəli burada: https://www.mustaqil.az/bir-cinayetin-izi-ile-jurnalist-arasdirmasi-v%c9%99-prokurorlugun-apardigi-istintaq-davam-edir/)
“Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən italyan brendi “YAMAMAY”-ın sahibi, iş adamı, sevgilisi, yaxın dostu, işçisi İradə Muradovanı qətlə yetirməkdə şübhəli bilinən, haqqında həbs qəti imkan tədbiri seçilən Emil Ağacanovun istintaq işi ilə bağlı bəzi detallar üzə çıxıb.
Müstəqil.az olaraq son dərəcə amansızlıqla törədilən qətl hadisəsi haqda oxuculara məlumat vermişdik. Yazıda qətlə yetirilən xanımın bacısıl, zərərçəkmiş kimi tanınan qanuni nümayəndə Rəna xanımın dediklərinə əsalanaraq istintaq işinin qeyri-obyektiv aparılmasını qeyd etmişdik. Jurnalist araşdırmamız davam edir. Bəzi nüanslara diqqət ayırsaq zərərçəkənin yanılmadığından qənaətinə gəlmək olar. Son dərəcə vəhşiliklə qətlə yetirilmiş İradə Muradovanın istintaq işi üzrə vəkili Rəşad Cəbrayılovun dediklərinə görə Yasamal rayon məhkəmə-tibbi ekspertiza şöbəsindən ikinci dəfə tələb olunan ekspertiza rəyində dəı qatilin qətli törətdiyi zamaqn anlqasız olması göstərilib.


İstintaq işinin zərərçəkmişlər tərəfindən şübhə altına alınmasında da Yasamal rayon məhkəmə-tibbi ekspertizasının qatil Emil Ağacanovun isralı şəkildə psixoıoji cəhətdən xəstə olmasını göstərməsidir.
Mərhunun bacısı Rəna xanım bizimlə etdiyi söhbətdə bu məsələyə dönə-dönə toxunulurdu: “Biz, mərhumun yaxınları Yasamal rayon məhkəmə-tibbi ekspertiza şöbəsinin müdiri,doktor Cavidlə şəxsən görüşdük, lakin o, bizə hadisəni törədənin psixoloji durumu haqda doğru dürüst, aydın şəkildə heç nə demədi”.
Prokuror: – Vəkil tutmayın, mətbuata çıxmayın
Bacısının qətlinin istintaq işinin doğru, qərəzsiz və tərəfsiz aparılması üçün Rəna xanım müraciət etdiyi inistansiyalar haqda da danışdı:
“Mən dəfələrlə müxtəlif instansiyalara müraciət etmişəm: Yasamal rayon prokuroru Elman Süleymanova, Bakı şəhər Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəis müavini, baş ədliyyə müşaviri Ramazan Xadiyevə, Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini, ədliyyə müşaviri Rəşid Bayramova, Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri Toğrul Muxtarova, həmçinin mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Kamil Kamallıya müraciət etmişəm. Müraciətlərimdə qeyd etmişəm ki, istintaq Emil Ağacanovu məsuliyyətdən azad etmək məqsədilə müxtəlif yollara əl atır. İstintaq onu anlaqsız hesab edən psixiatrik ekspertiza rəyi ilə əsaslandırmağa çalışır. Lakin adları çəkilən səlahiyyət sahiblərinin heç biri müraciətlərimə lazımi reaksiya göstərilmədi. Hətta ilk görüşümüzdə prakuror Elman Süleymanov bizə vəkil tutmamağı, mətbuatdan uzaq olmağı, lazım gələrsə sizing vəkiliniz özüm olacam desə də, sonrakı görüşdə bizi qınaq obyektinə çevirdi, oturun istintaqın gedişini gözləyin, dedi.”

Müammalı ekspertiza rəyi…
İstintaqın əvvəldən müəmmalı aparılmasına şübhə edən zərərçəkmişlər bunu əsaslandırmaq üçün kifayət qədər faktlara, səs yazılarına, şahid ifadələrinə malikdirlər.
Biz, Müstəqil.Az olaraq şübhə etmirik ki, adi bir vətəndaşın bilgisi daxilində olan bu informasiyalar Yasamal Rayon Prokurorluğunun iş üzrə müstəntiqi Səyyad Abbasovun bilgisindən kənar olsun. Əgər o bilirsə, demək yuxarıda adları çəkilənlər də həqiqətin harada və necə gizlənildilməyinə olunan və hardasa nail olunan cəhdlərdən xəbərdar olmalıdır. Hər halda istintaq davam edir və istintaq sirri ola biləcək nəsnələr müəyyən müddətə qədər gizlin qala bilər, fikrindən də yan keçməyək. Lakin qətl hadisəsini tərədən tərəfin arxayınçılığı, mərhumun yaxınlarına başsağlığı belə verməmələri, onların ölüm hadisəsində az qala öldürüləni günahkar saymaq cəhdləri, müraciət etdikləri instansiyaların laqeyidliyi zərərçəkmişləri istintaqın birtərəfli aparılması qənaətinə gətirir.
Elnur Həbibovun Ekspertiza haqda dedikləri doğrudurmu?
Zərərçəkmişin qanuni nümayəndəsi Rəna xanımın ölkənin birinci xanımı, vitse president Mehriban xanım Əliyevaya və redaksiyamıza ünvanladığı məktubda yazır:
“Qeyd etmək istəyirəm ki, bacımın qatili olmuş və hazırda himayədarları tərəfindən məsuliyyətdən uzaqlaşdırılması üçün müxtəlif yollaradan istifadə edilən Emil Ağacanov barəsində kompleks stasionar məhkəmə-psixiatrik ekspertiza təyin edilmiş və o, ekspertiza mərkəzinə köçürülmüşdür”.
Rəna xanım onu da qeyd edir ki, bacısının qətlə yetirilməsində təqsirləndirilən Emil Ağacanovun yaxın qohumu Elnur Həbibov açıq şəkildə bəyan edib ki, artıq ekspertlərlə razılığa gəliblər və onun hadisəni törətdiyi zaman anlaqsız olması rəyi alınacaq . Zərəçəkmişin qanuni nümayəndəsi onu da xüsusi ilə vurğulayır ki, Elnur açıq şəkildə bizə dedi ki, hər şeyi həll edəcəyik.

Ötən yazımızda da Elnur Həbibov haqda bəzi sualların ortaya çıxmasından bəhs etmişdik. Onu da vurğulamışdıq ki, bu sualların cavabı və ətrafında baş verənlər Yasamal rayon Prokurorluğunun iş üzrə müstəntiqi Səyyad Abbasovun diqqətindən kənarda qalmaz. Amma diqqətdən kənərda qalmamaq, heç də o demək deyil ki, bütün bunlar iş üzrə istintaq matreallarının arasında yer alsın.
Xanım Rəna Muradovanın bizimlə etdiyi söhbətdə o da vurğulanır ki, bu məqamlar da güman ki, istintaqın obyektiv aparılmasında müstəsna rol oynayacaq.
Rəna Muradova şikayət məktubunda yazır:
“Hadisə yerinə ilk gələnlər Elnur Həbibov və onun dostu olmuşdur. Elnur Həbibov baş vermiş ölüm hadisəsi ilə bağlı bizə bildirmişdir ki, İradə Muradova guya vanna otağında yıxılaraq ölüb və paltarında, həmçinin hadisə yerində qan izləri olmayıb. Lakin mən Yasamal rayon məhkəmə-tibbi ekspertiza şöbəsinin müdiri ilə görüşəndə o mənə dedi ki, mərhumun paltarında qan ləkələri var idi (bu barədə səs yazımız mövcuddur) və paltar islanmış vəziyyətdə olub (bu faktı Yasamal rayon prokurorluğunun müstəntiqi Sayad Abbasov da bizim vəkilə bildirmişdir). Biz hesab edirik ki, Elnur Həbibov cinayətin bəzi detalları və bəlkə də sübutların gizlədilməsində iştirak edib. Bu hallar törədilmiş cinayətin kvalifikasiyası üçün mühüm əhəmiyyət kəsb edir, lakin istintaq bu məsələlərlə maraqlanmır.”
Yasamal rayon prokuroluğuna və əməkdaşlarına qarşı şübhə
Masraqlıdır, istintaq bu məsələrlə niyə maraqlanmasın? Doğurdanmı bu dəhşətli qətl hadisəsini törədən adamın məsuliyyətdən kənar saxlanılması üçün çabalar var?
Yəni, saxta ekspertiza rəyləri, mütəxəssis yanaşmaları ilə qatı bir cinaytkarın əməllərinə anlaqsız halda olub deyə don geyindiriləcək?
Rəna xanımın təkidlə dediyi: “Elnur Həbibovun ekspertiza ilə razılığa gəlmişik” deməsi müstəntiq tərəfindən nəzərə alınacaqmı?
Cavabsız suallar çoxdur. Araşdırmamız davam edir. İnanırıq ki, amansız qətlin bütün detalları aşkar olunacaq və günahkar cəzasını alacaq.
Hər halda bu sualların cavabı tapılmalıdır. Həm də hazırda istintaqı apara Yasamal prokuroluğu və onların əməkdaşları tərəfindən deyil, mərhumun qanuni nümayəndəsi kimi tanınan Rəna Muradovanın tələbi ilə, digər inistansiyalar tərəfindən. Bizi izləyin.
P.S. Müstəqil.Az olaraq Adları çəkilən kəslərin fikirlərinə yer ayırmağa hazırıq.
Müstəqil.Az









