Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Dünya üzərində “Nüvə kabusu”: “ABŞ ləngiyir, ruslar qorxudur, Çin isə…”

Noyabr 17, 2025
A A

REDAKTORUN SEÇİMİ

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

25 İyun 26 / 18:18
“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05

Yeni nüvə yarışı artıq başlayıb. Lakin Soyuq Müharibə dövründən fərqli olaraq, ABŞ bu dəfə iki eyni dərəcədə güclü rəqib – Çin və Rusiya ilə qarşıdurmaya hazırlaşmalıdır.

“AzPolitika” xəbər verir ki, “The Wall Street Journal”ın yazdığına görə, uzun müddət yalnız kiçik nüvə arsenalına malik olan Çin sürətlə ABŞ-yə yaxınlaşır. ABŞ ləngiyir, Rusiya isə Amerika şəhərlərinə yönəlmiş yeni nəsil sistemlər hazırlayır və Vaşinqton başda olmaqla Qərbi bu yolla qorxutmağa üstünlük verir.

Bu arada, Rusiya və ABŞ fevral ayında müddəti bitəcək SNV-III Müqaviləsinin məhdudiyyətlərinə hələ də riayət edir. Heç bir öhdəlik daşımayan Çin isə sürətlə irəliləyir. Amerikalı mütəxəssislərin qiymətləndirməsinə görə, 2030-cu illərin ortalarına qədər Pekin nüvə başlıqlarının sayına görə ABŞ-yə çata bilər.

Pentaqonun keçmiş rəsmisi Metyu Kroeniq nəşrə bildirib: “İndi trend nüvə arsenallarını azaltmaq yox, artırmaqdır. Biz üçüncü nüvə dövrünə qədəm qoyuruq və bu dövr 1990–2000-ci illərə deyil, daha çox Soyuq Müharibəyə bənzəyəcək”.

Amerika Alimləri Federasiyasının məlumatına görə, 1992-ci ildən bəri nüvə sınağı keçirməyən ABŞ hazırda 5117 nüvə başlığına malikdir. Lakin onların 3700-ü istismardan çıxarılıb. Rusiyanın 5459, Çinin isə təxminən 600 başlığı var. Bundan əlavə, ötən il Rusiya ilə rəsmi hərbi ittifaq quran Şimali Koreya təxminən 50 nüvə döyüş başlığına sahibdir və ABŞ-ni vura biləcək qitələrarası raketlərə, sualtı qayıqlara aktiv investisiya edir.

Massaçusets Texnologiya İnstitutunun Nüvə Təhlükəsizliyi Siyasəti Mərkəzinin direktoru Vipin Naranq deyib: “Bütün nüvə modernləşdirmə proqramımız ABŞ və Rusiyanın hərbi xərcləri azaltmağa davam edəcəyinə, Çin və Şimali Koreyanın isə ABŞ üçün real təhlükə yaratmayacağına əsaslanırdı. Bütün bu fərziyyələrin yanlış olduğu ortaya çıxır”.

Hazırda Çin silah nəzarəti danışıqlarına maraq göstərmir, çünki həm ABŞ-a, həm Rusiyaya çatmağa çalışır və eyni zamanda ən böyük iki nüvə gücünün əvvəlcə öz arsenallarını azaltmasını tələb edir.

Çin Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlıq Mərkəzinin keçmiş direktoru, polkovnik Çjou Bo belə deyib: “Çin arsenalını artırmalıdır — ABŞ ilə eyni səviyyəyə çatmaq üçün yox, ABŞ-nin heç vaxt Çinə qarşı nüvə silahı işlətməyə cəsarət etməyəcəyi səviyyəyə qədər. O zaman ənənəvi müharibədə Çin qalib gələ bilər”.

Qərbdəki yüksək vəzifəli rəsmilərdən biri nəşrə bildirib ki, Rusiya Qərbin Kiyevə dəstəyini azaltmaq üçün nüvə təhdidlərindən istifadə edir: “Aydındır ki, ruslar vəziyyət onların xeyrinə olmadığı zaman həmişə nüvə kartından yararlanırlar. Bu, strateji kommunikasiyadır”.

Lakin bütün ajiotaja baxmayaraq, Oslo Universitetinin nüvə silahları və raket texnologiyaları üzrə eksperti Fabian Hoffmanın sözlərinə görə, Rusiyanın “Burevestnik” və “Poseidon” sistemləri tam işlək deyil və daha çox psixoloji təsirə malikdir: “Ruslar üçün bu dəhşətli raketlər barədə danışmağın əsas səbəbi qorxu yaratmaqdır. Bu proqramlar onların tədqiqat və inkişaf büdcəsini udur və əslində Rusiya üçün pul itkisinə çevrilir. Çinlilər isə daha ağıllı yanaşır: onlar sadəcə döyüş başlıqları və qitələrarası ballistik raketlər qururlar, ekzotik silah növlərinə sərmayə qoymurlar”.

Bir neçə gün əvvəl Donald Tramp Pentaqona nüvə silahı sınaqlarına başlamağı tapşırıb. Ekspertlər xəbərdarlıq edirlər ki, bu qərar Çin və Rusiyanı məsuliyyətdən azad edə bilər. ABŞ sınaqlara başlasa, onilliklərdir ölkələri belə addımlardan çəkindirən müqavilələr təhlükə altına düşəcək.

C.Məmmədli
“AzPolitika.info”

Əvvəlki Yazı

İcra Hakimiyyətindəki qəbulda qalmaqal – Vəzifəli şəxs başçının müavininə hücum etdi + FOTOLAR

Növbəti Yazı

Azərbaycanda əslində nə qədər işsiz var: “1 mln. 155 min insan hardadır, niyə işsiz kimi qeydiyyatda deyil?!”

EKSKLUZİV

Nazir: “Müəllim şagirdə “müştəri” gözü ilə baxmamalıdır”

Nazir: “Müəllim şagirdə “müştəri” gözü ilə baxmamalıdır”

30 İyun 2026 / 15:00
3
Hesablama Palatasına yeni səlahiyyət verilir

Hesablama Palatasına yeni səlahiyyət verilir

30 İyun 2026 / 14:47
1
Bu küçələrdə təmir işləri başlayır

Bu küçələrdə təmir işləri başlayır

30 İyun 2026 / 14:30
2
2 milyard manata yaxın vəsait xərclənəcək – Sahil Babayev

2 milyard manata yaxın vəsait xərclənəcək – Sahil Babayev

30 İyun 2026 / 14:16
1

XƏBƏR LENTİ

Nazir: “Müəllim şagirdə “müştəri” gözü ilə baxmamalıdır”

Hesablama Palatasına yeni səlahiyyət verilir

Bu küçələrdə təmir işləri başlayır

2 milyard manata yaxın vəsait xərclənəcək – Sahil Babayev

Bu, 16 yaşdan aşağı şəxslərə qadağan olundu – RƏSMİ

Azərbaycanda media sahəsində vahid qurum yaradılır

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq

Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər

AMEA: İşğaldan azad edilmiş ərazilərdə kulturasid faktları sənədləşdirilib

Azərbaycanda 50 min manatlıq yeni cərimə…

Daha 6 itkin-şəhidin nəşi ailəsinə təhvil veriləcək

Azərbaycan “Metrik Konvensiya”ya qoşulur

Milli Məclisin iclası başlayıb

Azərbaycan bu il Avroviziyada yarışmayacaq

Bu şəxslərə yeni mənzillər veriləcək

Azərbaycan nefti bahalaşıb

Nazirin iştirakı uşaqlara xüsusi motivasiya verib

AŞ PA üçün Azərbaycan reallığı: Güclü dövlət güclü siyasi institutlardan başlayır – Vəhdət sədrindən ETİRAZ!

Yavər Hüseynova Azərbaycan Karate Federasiyasında vəzifə verildi

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı

Наш известный соотечественник, боец UFC Рафаэль Физиев награждён орденом «Гордость Азербайджана»

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR

“Azərbaycan Ordusu qələbənin, qürurun və dövlətçilik əzminin rəmzidir”

Masallıda şəhid övladının faciəvi ölümü ilə bağlı anası DANIŞDI – SENSASİON TƏFƏRRÜATLAR

Kəşfiyyatın səssiz qəhrəmanı: XANI

Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib

“Cənub İdman Klubu” Samir Həsənovun rəhbərliyi altında inkişaf edir

“Şuşa konfransı Azərbaycanın sülh siyasətinin təntənəsidir”

Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.