Məlum olduğu kimi, cari ilin oktyabrında Elm və Təhsil Nazirliyi məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalar tətbiq edib.
Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, “Yeni Qaydalar”ın mətni nazirliyin saytına yerləşdirilməyib.
“Yeni Qaydalar” nazirliyin əmri ilə təsdiq edilməli və normativ hüquqi akt sayılmalıdır və reyestrə daxil edilməlidir. Amma görünən odur ki, qaydasızlıq sindromu hələ davam edir.
Hüquqşünas Rahim Axundov isə Gununsesi.info-ya açıqlamasında deyib ki, norma yaratma fəaliyyəti uzun çəkən bir prosesdir: “Yəni nazirlik istəsə də, 2-3 həftəyə yeni qaydaları özü yazıb özü də təsdiq edib sayta qoya bilməz. Burada ilk növbədə Ədliyyə Nazirlinin hüquqi ekspertiza idarəsində müxtəlif aspektlər baxımından ekspertizadan keçməlidir. Rəylər yazılır, və s. hökumətlə razılaşdırılır və ondan sonra nazir əmrlə onu rəsmiləşdirir. Burada MÜTDA və Regional Təhsil İdarələrinin rəyləri və təklifləri olmalıdır”.









