Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Trampın görüşü yalnız bunun üçün tələb olunan şərtlər tam şəkildə yerinə yetirildikdən sonra baş tuta bilər.
Musavat.com xəbər verir ki, Peskovun sözlərinə görə, Moskva belə bir görüşün keçirilməsi üçün şəraitin mümkün qədər tez formalaşmasında maraqlıdır. O qeyd edib ki, həm Rusiya, həm də ABŞ rəhbərlikləri görüşün nəticəli olması üçün dəqiq və hərtərəfli hazırlığın vacibliyini anlayırlar.
Kremlin sözçüsü gündəmin digər məsələlərinə də toxunub:
Avropa paytaxtlarından “militarist və provokativ” ritorikanın getdikcə daha çox eşidildiyi qeyd olunub; Rusiyada NATO ilə birbaşa qarşıdurma tərəfdarları yoxdur; ABŞ-da Rusiyanın tərəfdaşlarına qarşı sanksiyalar layihəsinin qəbul olunacağı təqdirdə, Moskvanın buna kəskin mənfi reaksiya verəcəyi vurğulanıb.
Rəsmi açıqlamalar iki ölkə arasında mümkün diplomatik aktivləşmə ehtimalını bir qədər də gündəmə gətirib.









