Dövlət Gömrük Komitəsinin hesabatına görə, Azərbaycan 2025-ci ilin yanvar-oktyabr aylarında 175 ölkə ilə ticarət əməliyyatı aparıb, ixrac 21,6 milyard dolları, idxal 19,2 milyard dolları ötüb.
Medianews.az bildirir ki, ixracın 18,6 milyard dolları neft-qaz sektorunun payına düşüb, qeyri-neft/qaz ixracının lider məhsulu 695,4 milyon dollarla meyvə-tərəvəz olub.
İdxalda maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri üstün göstərilir – 2,9 milyard dollar.
Ticarət dövriyyəsinin ilk onluğunda İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, ABŞ, Böyük Britaniya, İsveçrə, Avstraliya, Çexiya qərar tutub.
Statistikaya əsasən, ixracın 6,76 faizi MDB ölkələrinə, 69,6 faizi Avropa İttifaqı ölkələrinə, 23,64 faizi başqa ölkələrə yönəlib, idxalda MDB-nin payı 24,99 faiz, Avropa İttifaqının payı 12,06 faiz, başqa ölkələrin payı 62,95 faiz olub.









