Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Müəllimlik – insanlıq missiyası

Noyabr 18, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49
Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

12 Fevral 26 / 14:24
Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08

Əlində bir tək qələm,

Qəlbində milyon ümid.

Sözündən gün doğulur,

Baxışından nur süzülür.

Sən dünyanı işıqla tanıdan insansan,

Müəllim- adın əbədidir!

Müəllim insanın ruhuna işıq salan əbədi çıraqdır. Yazıya bu ruhla başlayaq. Mənim üçün həm ruhən, həm də genetik baxımdan həyatımda MÜƏLLİM məqamını əbədi tutmuş bir şəxsdən bəhs etmək istəyirəm. Müəllimim və Əmim Bakir Əsədli haqqında. Bu şeir isə onun misrasıdır.

Əmi atanın yarısıdır, bəzən isə onun yerini dolduran, ailənin dayağı, həyatın ilk müəllimidir. Mənim üçün də belə idi.

Azərbaycanda ailə institutunun təməlində sevgi, hörmət və məsuliyyət dayanır. Əsrlər boyu xalqımızın mənəvi dayaqlarını gücləndirən bu dəyərlər, böyüyə hörmət, kiçiyə qayğı, ailədə mərifət və sözə dəyər vermək milli kimliyimizin əsas sütunlarıdır. Əsl azərbaycanlı ailəsi bu sütunlar üzərində dayanır. Əmim Bakir müəllim bu dəyərlərin canlı nümunəsi idi. O, həm ailəmizin böyüyü, həm də bir məktəb idi.

Bakir Əsədli 1955-ci ildə Yardımlı rayonunun Bilnə kəndində anadan olmuşdu.

1972-ci ildə orta məktəbi bitirib, hərbi xidmətdən sonra Lənkəran Pedaqoji Məktəbini fərqlənmə diplomu ilə, daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdi.

Yardımlı, Cəlilabad və Bakı məktəblərində müəllimlik edib, yüzlərlə gəncin düşüncə dünyasında iz qoymuşdu. Ədəbiyyatı yalnız öyrətmirdi, həm də yaşadırdı, duyurdu və düşündürürdü.

1988-ci ildə Milli Azadlıq Hərəkatına qoşulmuş, xalqın istiqlal çağırışlarında ön sıralarda olmuşdu. 1992-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasının yaranmasında iştirak etmiş, sonralar Qaradağ rayon təşkilatına rəhbərlik etmişdi.

İdarəçilikdə də çalışsa da – Bilnə kənd kolxozunda, servis müəssisəsində, daha sonra Qaradağ Rayon İcra Hakimiyyətində- onun ürəyi həmişə sinifdə, lövhə arxasında idi.

Son illərinə qədər Qobustan qəsəbəsindəki 223 saylı məktəbdə müəllimlik etdi və şagirdlərindən ayrılmadı.

Bakir Əsədli bizim ailənin böyüyü, həm ağsaqqalımız, həm də mənəvi dayağımız idi. Atasını, anasını itirən qardaş-bacılar üçün o, yalnız qohum deyil, həm də ailənin sütunu, qayğısı və hörməti idi.

Səbr, ədalət, hikmət dolu davranışları ilə hər birimizə yol göstərirdi. O, hər sözü, hər baxışı ilə tərbiyə verirdi. Onun bir baxışı bəzən bir kitablıq hikmətdən də dərin olurdu.

Bakir Əsədli həm də ailəcanlı, fədakar ata idi.

No description available.

Yeddi övladını vicdanla böyütdü, onlara dürüstlük, mərdlik və vətən sevgisi aşıladı.

Onun övladlarından biri Vətən müharibəsində döyüşərək atasının öyrətdiyi vətənpərvərliyi əməli ilə sübut etdi.

Ailədə nizam və birlik varsa, orada Bakir müəllim kimi böyüyün varlığı mütləqdir. O, ömrünün sonuna qədər müəllimlik peşəsinə sədaqətlə xidmət etdi, elə bil ki, bu peşə onun həyatının mənası, nəfəsi idi.

Alman pedaqoqu Disterveqin dediyi kimi: “Pis müəllim həqiqəti təqdim edir, yaxşı müəllim onu tapmağı öyrədir.” Bakir müəllim məhz belə idi. O, əsl müəllim idi.

Müəllimlik bütün peşələrin tacıdır. Çünki həkimi də, mühəndisi də, dövlət adamını da, sənətkarı da yetişdirən müəllimdir.

Bakir Əsədli üçün müəllimlik sadəcə iş yox, insanlıq missiyası idi. O, dərs dediyi hər bir şagirdə yalnız bilik deyil, həm də dəyər, məsuliyyət, vətəndaşlıq hissi aşılayırdı.

Bakir Əsədli bizə sözü dəyərləndirməyi, fikri düzgün deməyi, insan kimi yaşamağı öyrətdi. Onun dərs dediyi günlərdə sinifdə bir nizam, bir işıq olurdu. Hər kəs onun səsini dinləyər, hər cümləsindən bir hikmət tapardı.

Onun dərs otağı təkcə elm məkanı deyil, həm də mənəviyyat dərgahı idi.

Onunla keçən hər gün bir məktəb idi.

Cəsarəti, dürüstlüyü, haqqın tərəfində dayanmaqdan çəkinməməsi mənə örnək oldu. Mənim siyasətə gəlişimdə, mübarizə yoluma çıxmağımda da ilk yol göstərən o idi. Məni ictimai-siyasi proseslərə o həvəsləndirdi və Vətəndaş Həmrəyliyi Partiyasına gətirdi.

Mənim üçün o, həm müəllim, həm də əqidə yoldaşı idi.

“Bir milləti məhv etmək üçün onun müəlliminin və həkiminin savadsız olması kifayətdir: biri milləti mənəvi, digəri fiziki cəhətdən şikəst edər.”

Bakir müəllim bu sözlərin mənasını yaxşı anlayırdı. O, dərsə vicdanla, məsuliyyətlə yanaşır, inanırdı ki, insana ilk düz yolu göstərən müəllimdir. Bakir müəllim sadəcə pedaqoq deyildi-o, həm də milli düşüncənin daşıyıcısı, azadlıq hərəkatının iştirakçısı idi.

Əmim 65 yaşı tamam olanda məktəbdən uzaqlaşdırıldığını deyəndə sarsılmışdı.

“Mən hələ də dərs deyə bilərdim”-demişdi titrək səslə.

Bu, onun həyatının ən ağır günü idi. Çünki sinif onun nəfəsi, lövhə onun dünyası idi.

O gün onun səsi sanki bütün ailəmizin qulağında əks-səda verdi və müəllim sinifdən ayrılırdı, amma tədris ruhu yox.

Əslində, 65 yaş bir son deyil, müdriklik çağının başlanğıcıdır. Bu yaşda müəllim daha səbirli, daha anlayışlı, daha bilikli olur. Onu məktəbdən uzaqlaşdırmaqla biz gələcəyimizi təcrübədən, müdriklikdən məhrum edirik.

Müəllim ömrü gəncliyin yanındadır-yaşla deyil, ürəklə, biliklə və şagird sevgisi ilə ölçülür.

“Həyatın mənası nədədir?”- desələr, mən cavab verərdim: müəllimin ömründədir.

Çünki müəllim ömrü elə bil yanar şamdır: özü ərir, amma yüzlərlə şagirdin yolunu işıqlandırır.

Müəllim yanmasa, millətin yolu işıqlanmaz.

Müəllimlər cəmiyyətin səssiz qəhrəmanlarıdır. Onlar xalqı savada, elmə, nurla dolu sabaha aparırlar.

Bu gün Bakir müəllim sinifdə deyil, amma onun səsi, baxışı, sözü hələ də yaşayır.

Şagirdlərinin yaddaşında, övladlarının həyatında, Vətən uğrunda döyüşən oğlunun qəhrəmanlığında, azadlıq mübarizəsindəki silahdaşlarının xatirəsində…

Onun ömrü sübut edir: Müəllimlik işıq saçmaqdır.

O işıq yalnız bir ömrün deyil, yüzlərlə ömrün yoluna paylanır.

Bakir Əsədli müəllim, ziyalı, hərəkatçı, siyasətçi, ailəcanlı ata, ömrünü, sevgisini və biliyini bütöv bir millətin gələcəyinə həsr edən şəxsiyyət idi.

Onun öyrətdiyi dərs dürüstlük, elm və vətən sevgisi heç vaxt unudulmayacaq.

Çünki müəllimin izi torpaqdan silinməz, onun sözü xalqın yaddaşına yazılar.

Çünki onun ömrü bir müəllimin necə əbədiləşdiyini göstərir.

No description available.

Samir Əsədli

Əvvəlki Yazı

Paşinyan məscidləri kimin üçün tikir?

Növbəti Yazı

BMT Qəzzaya sülhməramlı göndərilməsi barədə qətnamə qəbul etdi

EKSKLUZİV

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

16 Fevral 2026 / 13:50
0
1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

16 Fevral 2026 / 12:47
0
Tehranın BOMBALANMASI an məsələsi

Tehranın BOMBALANMASI an məsələsi

16 Fevral 2026 / 12:46
0
“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

16 Fevral 2026 / 12:44
2

XƏBƏR LENTİ

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

Tehranın BOMBALANMASI an məsələsi

“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi

Azərbaycanın növbəti qələbəsi: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi

Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu (FOTO)

Bakıda şirkət rəhbəri işçiləri “blok”a atdı: Qanunsuz əməlləri ifşa olundu

Süni mayalanma, süni qida, süni intellekt – Salam, süni dünya

Xaricdə təhsil vədləri, yarımçıq qalan ümidlər – Şikayətlər artır

Yadplanetlilər var – Obamadan etiraf

İran ABŞ ilə barışır?

İŞSİZ VƏ AZTƏMİNATLI ƏHALİNİN HESABINA KOMFORT… – Və ya sosial qurumlar ixtisara düşənlərlə niyə maraqlanmır?

BU ƏRAZİLƏRDƏKİ BİNALAR DA SÖKÜLƏCƏK – 2700 manat kompensasiya təklif edilir

Ən çox maaş alan futbolçular – Siyahı

Rəsmi İrəvan ermənilərin qarşısında net seçim qoydu: ya sülh, ya…

Yer yeni fəlakətlərin astanasında — HƏYƏCAN TƏBİLİ

Azərbaycanın avtomobil bazarında kəskin dönüş

Böyük qarşıdurmanın anonsu verildi

MTN generalı Mövlam Şıxəliyev əmlaklarını qorumaq üçün dövləti aldadır? – SENSASİON TƏFƏRRÜAT

“Prezident İlham Əliyevin “France 24”-ə müsahibəsi sübut etdi ki, Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

FƏLAKƏT HƏDDİNƏ ÇATAN DEMOQRAFİK BÖHRAN – Azərbaycanın milli təhlükəsizliyi təhlükə altındadır

SON 15 İLDƏ PENSİYA NƏ QƏDƏR ARTIB, ƏRZAQ NƏ QƏDƏR BAHALAŞIB? – Və ya pensiyaçıları narazı salan nədir? + RƏQƏMLƏR

“ETO MEXTİYEV RAMİS…” – Xəyanət milyonları Mehdiyevi nədən xilas edəcək?

Putin Abbas Abbasovu Bakıya verəcəkmi?

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Məşhur ABŞ nəşrindən İNANILMAZ xəta: “Cənubi Qafqaz Rusiyadır…”

Paşinyan “diskoteka gecəsi”nə 22 milyon xərclədi – GÖRÜNTÜLƏR

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.