Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Venediktovun “İrəvan missiyası”: Kreml “xarici agenti” Ermənistana niyə göndərib?

Noyabr 24, 2025
A A

REDAKTORUN SEÇİMİ

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

10 Dekabr 25 / 11:48
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19

Rusiyanın millətçi-şovinisti kimi, ən qatı “liberalı”nın, “demokratı”nın da, din və mentalitet fərqinə qədər müxtəlif məlum səbəblərdən Azərbaycanı görməyə gözü yoxdur, olmayıb və olmayacaq da. Ona görə, də bu gün Rusiya siyasi, ictimai, media və s. meydanının istənilən tanınmış təmsilçisi az qala Ermənistandakı xəstə revanşist millətçi qüvvələrdən daha çox Azərbaycana qarşı revanş arzusu ilə alışınıb yanır. Bunu “Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktovun İrəvana son səfərində səsləndirdiyi fikirlər də bir daha təsdiq edir…

Uzun illərdir özünü müstəqil media kapitanı, hətta hakimiyyətə müxalif biri kimi göstərsə də (rəsmən “inagent” elan olunub), çoxdan Kreml təbliğatının vintciyinə çevrilmiş Venediktov İrəvanda Ermənistan parlamentinin spikeri Alen Simonyan başda olmaqla, bir çox şəxslərlə görüşəndən sonra üst-üstə Ermənistan nəşrlərinə və kanallarına beş müsahibə verib. Hamısında da eyni tezisləri təkrarlayıb və xüsusi olaraq vurğulayıb ki, “Əgər Qarbağ müharibəsinin bitdiyini hesab edirsinizsə, səhv edirsiniz, çünki müharibə beyinlərdə qalır!”.

Təbii ki, bununla demək istəyib ki, Rusiya bu “beyinlərdən” imkan düşən kimi, mütləq istifadə edəcək. Onun dediyinə görə, Ruben Vardanyan və Azərbaycanda həbsdə olan digər erməni terrorçular və separatçı liderlərinin, Qarabağdan gedən “120 min “qaçqının” məsələsi” qalır. Venediktov onu da deməyi unutmayıb ki, “Moskva hər zaman erməniləri (Azərbaycanlılara nisbətən-red.) özünə daha yaxın hesab edib”.

Nəhayət, Venediktov ermənilərə israrla təkrarlayıb ki, nə 2020-ci, nə də 2023-cü ildə Rusiyanın Azərbaycanı dayandırmaq üçün resursları çatışmırdı. Çünki Rusiya hələ 2020-ci ildə Ukraynaya hücum etməyi planlaşdırırdı, yalnız o vaxt COVİD epidemiyası səbəbindən bunu təxirə salmalı olmuşdu. Resurslarını Ukraynaya qarşı savaşa kökləmişdi, bunun üçünsə, cənubunu təhlükəsiz vəziyyətə gətirməli – NATO ölkəsi olan Türkiyə ilə münasibətlərini mümkün qədər yüksək səviyyədə saxlamalı, yaxşılaşdırmalı, yaxınlaşdırmalı idi. Guya buna görə də, Azərbaycana qarşı nəsə edə, Ermənistana resurs ayıra, rəsmi Bakıya lazımınca siyasi və hərbi təzyiq göstərə bilmədi (Hansı ki, Kreml əlinə fürsət düşən kimi, öz qoşunlarını Qarabağa “sülhməramlı” adı altında yeritmişdi).

Venediktov İrəvanda bütün bunları deməklə yanaşı, erməniləri innadırmağa çalışıb ki, Qarabağ məsələsi bağlanmayıb; Moskva bunu unutmayıb. Ukraynada resurslar azad edildikdən sonra ruslar mütləq bu məsələyə qayıdacaqlar. O, hətta hazırkı Ermənistan hökumətinin sülhə sadiqliyinə açıq şəkildə şübhə ilə yanaşıb və ermənilərə dolayısı ilə çatdırıb ki, “Qarabağı geri alacağıq, Rusiya kömək edəcək, problem Paşinyandadır və sair”.

Yəni, adam açıq-aşkar, Kremlin sifarişi ilə Ermənsitanda “xüsusi informasiya əməliyyatı” keçirir, zallara bəlkə də minlərlə adam toplayır, erməni mediasına 2 günə 5 müsahibə verir, erməniləri revanşa, Rusiyanın dəstəyinə ümidləndirir. Və bütün bunlar da Venediktovu ən yüksək səviyyədə qarşılayan Paşinyan hakimiyyətinin gözü qarşısında, az qala onun xeyir-duası ilə baş verir…

 

 

Bunlar təkcə yuxarıda qeyd etdiyimiz “rusbaşlar”ın görüb nəticə çıxarmalı məsələlər deyil, həm də Azərbaycana xəbərdarlıqdır. Bəli, Rusiya Ukrayna bataqlığılndan çıxandan, “başı açılandan” sonra mütləq digər keçmiş Sovet Respublikaları, o cümlədən bizim regionla da “məşğul olacaq”. Bunun üçün ilk növbədə Ermənistanda hakimiyyət dəyişikliyinə, “küçədən gələn” Paşinyanı devirməyə, öz qulbeçələri – Koçaryan-Sarqsyan cütlüyünü və onlara yaxın olanları hakimiyyətə gətirməyə, yenə İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətlərini gərginləşdirməyə, ondan bizə qarşı maşa kimi istifadə etməyə çalışacaq. Buna kimsənin şübhəsi olmasın və təəssüf ki, Rusiya indiki imperiya ölçüləri və ambisiyalarında qaldıqca bu cür də davam edəcək…

Cəlal Məmmədli

“AzPolitika.info” 

Əvvəlki Yazı

“AFEN PLAZA” niyə yanır: 8 il əvvəl noyabrda da oxşar hadisə yaşanıb

Növbəti Yazı

Sosial şəbəkələrdə bu məlumatları yaymaq qadağandır: Həbs və cərimə müəyyənləşir

EKSKLUZİV

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

11 Dekabr 2025 / 13:59
2
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 2025 / 13:55
8
Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

11 Dekabr 2025 / 13:53
0
Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

11 Dekabr 2025 / 13:51
0

XƏBƏR LENTİ

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

İcra Hakimiyyətləri “tender yarışına girib”: Səbəb nədir?

Hava kəskin dəyişəcək? – HƏYƏCAN SİQNALI VERİLİB

Ermənilər Xankəndiyə, azərbaycanlılar Zəngəzura qayıdır?

“Qumar kralı”nın adamının şirkəti bağlandı

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

Hansı müəllimlər dərs vaxtı məzuniyyətə çıxa biləcək?

Avropa Bankı Azərbaycan üçün 85 milyonluq layihəni TƏSDİQLƏDİ

Dünyanın ən ölümcül müharibələri – Ukraynada itkilər 2 milyona çatır

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Kirayə qalanların NƏZƏRİNƏ: Bu ərazilərdə qiymətlər qalxacaq

Azərbaycanda güclü zəlzələ olacaq? – RƏSMİ AÇIQLAMA

Nobel mükafatları sahiblərinə verildi- Müxalif lider niyə yoxa çıxıb?

ŞOK: çörəklərə cəsədə vurulan maddə qatılır?

Ukrayna dronları Paşinyanın təyyarəsinin Moskvaya enməsinə imkan vermədi

Bankların yeni kələyi – əhalini belə soyurlar

Bakının Brüsseldən sərt tələbi

Pensiya yaşı ilə bağlı YENİ XƏBƏR – 60-a endirilməsi…

Bayram tətili ilə bağlı rəsmi açıqlama

İcra başçısı şəhid atasının dəfninə qatıldı – FOTOLAR

Rəna Muradova:  Yasamal prokurorluğu bacımın qanını batırmaqda israrlıdır…

“Qudalar Agentliyi”nın sədri Bakı və Abşerona “qayıq” alacaq? – VİDEOLAR

Son inflyasiya rəqəmləri açıqlandı

Trampın Ukraynaya təklifləri: Koreya ssenarisi, 100 milyard dollar, silahsız zona və…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.