Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

“Türmələr idarəsi”ndə təftiş – Rəisin “poqonu” niyə söküldü?

Noyabr 27, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Ədliyyə Nazirliyinin Penitensiar xidmətində gözlənilməz kadr dəyişikliyi olub. Vəzifələrinin icrası zamanı ciddi və kobud pozuntulara yol verdiklərinə görə Penitensiar xidmətin Daxili Təhqiqat şöbəsinin rəisi Fəqan Yaqubov və ədliyyə orqanlarının sərəncamında olan Altay Abdullayev ədliyyə sistemindən tamamilə xaric ediliblər.

Bu barədə müvafiq əmri ədliyyə naziri Fərid Əhmədov imzalayıb. Bu qərar təkcə 2 vəzifəli şəxsin taleyi ilə məhdudlaşmayıb, xidməti işinə məsuliyyətsiz yanaşan, vəzifələrini lazımi səviyyədə icra etməyən, fəaliyyətlərində digər ciddi nöqsanlara yol verən bir qrup penitensiar əməkdaşına qarşı da intizam tənbehi tədbirləri görülüb.

2023-cü ilin iyulundan Penitensiar xidmətə Mirsaleh Seyidov rəhbərlik edir. Onun vəzifəyə gəlişindən sonra cəzaçəkmə müəssisələrindəki narazılıqların müəyyən qədər azaldığı etiraf olunur. Lakin istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanma şəraiti, rüşvət, nəzarətçilərin qanundankənar davranışları ilə bağlı şikayətlər hələ də səngiməyib.

Bu tip şikayətlərin araşdırılması və günahkarların müəyyən edilməsi isə birbaşa Daxili Təhqiqat Şöbəsinin öhdəsinə düşür. Məhz buna görə həmin şöbənin rəisinin ədliyyə orqanlarından tam xaric edilməsi adi intizam tədbirindən qat-qat ağır addımdır və çox ciddi pozuntulara işarə edir.

Nazirlik rəsmi olaraq pozuntuların xarakteri barədə detala varmır. Amma hüquq mütəxəssisləri bildirirlər ki, adi nizam-intizam pozuntusuna görə əməkdaş xidmətdən xaric edilmir. Bu cəza yalnız korrupsiya və rüşvətə yol verilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, təhqiqat materiallarını gizlətmək və ya saxtalaşdırmaq, qanunsuz göstərişlər vermək və ya cinayət tərkibli hərəkətlərə şərait yaratmaq, məhkumlara və ya nəzarətçilərə münasibətdə qanunsuz müdaxilə hallarında baş verir.

Bu baxımdan ehtimal olunur ki, məsələ sadəcə nizam-intizamla bağlı deyil, yoxlanılan pozuntuların cinayət işi perspektivi də ola bilər.

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov deyib ki, Daxili Təhqiqat İdarəsi penitensiar sistemin ən həssas nöqtəsidir:

“Onların vəzifəsi məntəqə rəisləri, nəzarətçilər, operativ əməkdaşlar, eləcə də məhkumlarla bağlı daxil olan şikayətləri obyektiv araşdırmaqdır. Hər hansı müəssisədə rüşvət, işgəncə, təzyiq, kontrabanda və ya qanunsuz əməliyyat varsa, onun ilk ünvanı məhz Daxili təhqiqat olur. Burada korrupsiya və ya maraq konflikti varsa, bütün sistemi silkələyir”.

Natiq Ələsgərov deyib ki, bu, çox ağır sanksiyadır:

“Əgər nazir rəisi tam sistemdən çıxarırsa, deməli, pozuntu təkcə fəaliyyətsizlik yox, böyük ehtimalla ciddi hüquqazidd hərəkətlər olub. Belə hallarda intizam cəzası ilə kifayətlənmirlər. Araşdırma gedərsə, məsələ cinayət işinə qədər gedə bilər”.

Ekspertə görə, hazırda Ədliyyə Nazirliyi penitensiar sistemdə təmizləmə və modernləşmə prosesinə başlayıb:

“Bu çərçivədə rüşvət, “şəxsi şəbəkələr”, müəssisə daxilində qanunsuz alqı-satqı kanalları və daxili tənqid mexanizminin işləməməsi ciddi problemlər kimi ortaya çıxır. Daxili təhqiqat idarəsi bu korrupsion mexanizmlərdən hansına toxunub və ya hansısa prosesin üstünü örtüb – bu barədə rəsmi açıqlama yoxdur. Amma belə sərt cəza böyük pozuntuların olduğuna işarədir. Penitensiar xidmət uzun illərdir korrupsiya, şəraitin ağır olması, bəzi əməkdaşların məhkumlarla qeyri-insani davranışları kimi problemlərlə gündəmdədir. Daxili təhqiqat idarəsinin rəhbərinin “poqonunun sökülməsi” isə sistemdə görünməyən, köhnə qaydalarla işləmək istəyən qüvvələrlə yeni rəhbərliyin toqquşmasının göstəricisidir”. Natiq Ələsgərov hesab edir ki, proses hələ yekun deyil və yaxın vaxtlarda yeni detallar üzə çıxa bilər.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Əvvəlki Yazı

Elm və Təhsil Nazirliyi bir ildə məmur oğlundan 18 milyonluq internet xidməti alıb

Növbəti Yazı

Xanımı rəsmən, özü isə qismən sufi olan lider: İmran Xan haqqında MARAQLI FAKTLAR

EKSKLUZİV

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5
YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

22 Yanvar 2026 / 12:39
2
Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

21 Yanvar 2026 / 17:44
2

XƏBƏR LENTİ

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.