Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

Ev dustaqlığından səhnəyə – Rəqsanənin konsertinə necə icazə verilib?

Dekabr 1, 2025
A A

REDAKTORUN SEÇİMİ

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01

Noyabrın 19-da həbsdən ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova solo konsert verəcək. O, dekabrın 16-da Bakıdakı restoranlardan birində səhnəyə çıxacaq. Bu, sənətçinin həbsdən sonra ilk konserti olacaq.

Bəs ev dustaqlığında olan R.İsmayılova səhnəyə neçə çıxır?

Vəkil Emil Aslanov “Yeni Sabah”a açıqlamasında bildirib ki, ev dustaqlığı zamanı şəxsin bütün günü mütləq şəkildə evdə qalması tələbi yoxdur:

“Ev dustaqlığında olan şəxsin toyda və ya yasda iştirak edə bilməz” fikri doğru deyil. Bu müddət ərzində şəxsin mütləq evdə oturmalı olması kimi bir qayda yoxdur. Qanunvericilikdə ev dustaqlığı həbsə alternativ qətimkan tədbiri hesab sayılır. Bu halda şəxs həbs edilmir, ev dustaqlığına buraxılır və müəyyən vaxtlarda probasiya şöbəsinə gedib icra məmurunun yanında olur. Orada imza atır ki, Bakıdadır, Azərbaycandadır və s. Yəni ev dustağı istədiyi yerə gedib-gələ bilər, bunda problem yoxdur”.

Vəkilin sözlərinə görə, ev dustaqlığında olan şəxsin yeganə məhdudiyyəti ölkə hüdudlarını tərk etməməsidir:

“Yeganə məhdudiyyət xaricə çıxa bilməməsidir. Azərbaycanın hüdudlarını tərk etməsi qadağandır.

Ev dustaqlığının öz şərtləri ola bilər. Məsələn, məhkəmə qərar verə bilər ki, şəxs gecə saat 23:00-dan sonra evdə olmalıdır və yaxud müəyyən saatlarda evdə qalmalıdır. Amma bu məcburi deyil, ola bilər ki, heç bir əlavə şərt və ya məhdudiyyət qoyulmasın”.

E.Aslanov bildirib ki, əgər məhkəmə qərarında xüsusi məhdudiyyətlər göstərilməyibsə, Rəqsanə İsmayılovanın konsert verməsi hüquqi baxımdan mümkündür: “Ev dustaqlığında olan şəxs hər dəfə harasa gedəndə ərizə yazmaq məcburiyyətində deyil. Ev dustaqlığı ilə bağlı qərarda hansı qaydalar göstərilibsə, həmin qaydalara əməl olunmalıdır. Məsələn, əgər qərara əsasən şəxs axşam 23:00-da evdə olmalı, səhər 08:00-da evini tərk edə bilər. Onda yalnız bu vaxtlara riayət etməlidir. Bunun xaricində istədiyi yerə gedə bilər. Digər bir variant da ola bilər: ev dustaqlığı şəxsin yaşadığı rayonu tərk etməməsi şəklində müəyyən edilə bilər. Məsələn, şəxs Yasamalda yaşayırsa, bu rayonun ərazisini tərk etməməlidir. Bu cür məhdudiyyətlər də mövcuddur. Bütün qərarları məhkəmə verir və icra məmuru həmin qərarları icra edir”.

Xatırladaq ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. Avqustun 16-da onun barəsində həbs qətimkan tədbiri seçilmişdi. O, noyabrın 19-da ev dustaqlığına buraxılıb.

Əvvəlki Yazı

Minsk Qrupu tarixin zibilliyinə ATILDI – YEKUN QƏRAR

Növbəti Yazı

Əli Kərimli ilə bağlı məhkəmə QƏRAR VERDİ

EKSKLUZİV

“Azərbaycan Ordusu qələbənin, qürurun və dövlətçilik əzminin rəmzidir”

“Azərbaycan Ordusu qələbənin, qürurun və dövlətçilik əzminin rəmzidir”

23 İyun 2026 / 11:09
1
Masallıda şəhid övladının faciəvi ölümü ilə bağlı anası DANIŞDI –  SENSASİON TƏFƏRRÜATLAR

Masallıda şəhid övladının faciəvi ölümü ilə bağlı anası DANIŞDI – SENSASİON TƏFƏRRÜATLAR

22 İyun 2026 / 13:16
9
Kəşfiyyatın səssiz qəhrəmanı: XANI

Kəşfiyyatın səssiz qəhrəmanı: XANI

22 İyun 2026 / 10:19
7
Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib

Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib

21 İyun 2026 / 10:33
5

XƏBƏR LENTİ

“Azərbaycan Ordusu qələbənin, qürurun və dövlətçilik əzminin rəmzidir”

Masallıda şəhid övladının faciəvi ölümü ilə bağlı anası DANIŞDI – SENSASİON TƏFƏRRÜATLAR

Kəşfiyyatın səssiz qəhrəmanı: XANI

Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib

“Cənub İdman Klubu” Samir Həsənovun rəhbərliyi altında inkişaf edir

“Şuşa konfransı Azərbaycanın sülh siyasətinin təntənəsidir”

Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib

Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib

Məşhur tarzənin Qarabağ Universitetində solo konserti keçiriləcək

Təbiətin şıltaqlığı tikinti şirkətləri üçün də sınağa çevrildi…

Mənzil Məcəlləsinə edilən dəyişiklik yüz minlərlə insanın konstitusion hüququnun bərpası deməkdir

Çarmıxdakı İsa, Ərafdakı Dante, Edam meydanındakı Nəsimi – İlahi eşqin memarları: Adəm Bakuvinin SÖZ haqqında SÖZÜ

Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

Uşağı gələcək asılılıqlara aparan görünməz səbəblər…

Müasir Azərbaycan poeziyasında ruhun və sözün vahidliyi: Səfərli Aysel Xanlar qızı- Leyla Məcidova yazır

ПРЕЗЕНТАЦИЯ КНИГИ «100 МГНОВЕНИЙ ЖИЗНИ ГЕЙДАРА АЛИЕВА» В ГОРОДЕ КИШИНЁВ, МОЛДОВА

General Əli Nağıyevdən həmkarlarına çağırış…

İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? – Açıqlama

Prokuror onların 10 il həbsini tələb edir

Rus Dram Teatrının iyun repertuarı

Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən – Zərərçəkmiş vəfat etdi

Yeni səhmlərin hamısını Cahangir Əsgərov aldı – Payı artdı

Yeni direktor icra başçısının qardaşı imiş

Prezidentin qızları bayramı onlarla keçirdi – Fotolar

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.