Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Ukrayna və ABŞ nədə razılaşa bilməyiblər?

Dekabr 1, 2025
A A

REDAKTORUN SEÇİMİ

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43
“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

29 İyul 26 / 12:55
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

28 İyul 26 / 18:10
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

27 İyul 26 / 11:15
“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22

ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Mayamidə keçirilən və Rusiyanın başlatdığı işğalçılıq müharibəsinə son qoyulmasına dair “Tramp adına sülh planı”nın müzakirəsi həm uğurlu, həm də uğursuz hesab edilə bilər. Hətta bu görüşə aid fotolardan da görünür ki, Ukrayna nümayəndə heyəti heç də hadisələrin gedişindən razı deyil və sanki küncə sıxışdırılmış durumdadır…

Buna baxmayaraq, görüşdə iştirak edən və danışıqlar barədə açıqlama verən ABŞ Dövlət katibi Marko Rubio bu danışıqları məhsuldar adlandırıb və qeyd edib ki, ABŞ Ukraynanın daimi təhlükəsizliyinə nail olmasına kömək etmək istəyir. İstəyir ki, Ukrayna bir daha işğalla üzləşməsin…

Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ nümayəndələri ilə dialoqun konstruktiv olmasını vacib hesab etdiyini qeyd edib.

ABŞ Prezidenti Donald Tramp isə sülh müqaviləsinin imzalana biləcəyinə ümid etdiyini bildirib. O, həmçinin Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiyaya heç bir son tarix qoymadığını qeyd edib və eyni zamanda, müharibənin tezliklə bitəcəyinə ümid etdiyini söyləyib.

 

 

Tramp həmçinin əlavə edib ki, Ukraynadakı korrupsiya qalmaqalı sülh və danışıqlar prosesinə yaxşı təsir göstərmir. Bir çox ekspertlərə görə, Trampın bu açıqlaması Ukraynadakı məlum korrupsiya qalmaqalının ABŞ-nin Prezident Zelenskiyə qarşı təzyiq vasitəsi kimi istifadəsinə dair iddiaları bir növ təsdiqləmiş olur…

Bu arada “The Wall Street Journal” qəzetinin məlumatına görə, Amerika və Ukrayna rəsmiləri arasında Rusiya ilə müharibəyə son qoymaq üçün keçirilən Mayami danışıqları məhsuldar olsa da, bəzi vacib məsələlər həll olunmamış qalıb.

Qəzetə danışan adı çəkilməyən ABŞ rəsmisinin sözlərinə görə, danışıqlarda Ukraynada yeni seçkilərin mümkün vaxtı və Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsi perspektivi də müzakirə olunub. Məqalədə qeyd olunur ki, “Digər vacib məsələlər, o cümlədən Ukrayna üçün ABŞ və Qərbin təhlükəsizlik zəmanətlərinin təbiəti və Rusiyanın işğal edilmiş ərazilərin beynəlxalq səviyyədə tanınması tələbinə münasibətə dair məsələ həll olunmayıb”.

ABŞ rəsmisinin sözlərinə görə, Trampın xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşner danışıqları davam etdirmək üçün bazar ertəsi günü Rusiyaya uçacaqlar. Tramp özü də Uitkoffun bu günlərdə Putinlə görüşəcəyini təsdiqləyib.

Eyni zamanda, Putinin hər iki tərəfin sülh şərtləri ilə razılaşmasına imkan verəcək güzəştlərə getməyə hazır olub-olmadığı məlum deyil. Ötən həftə keçirilən mətbuat konfransında Rusiya başçısı müharibəyə son qoymaq üçün “ciddi” danışıqlara hazır olduğunu bildirib, lakin Ukraynanın öz qoşunlarını öz bölgələrindən, o cümlədən Rusiyanın nəzarəti altında olmayan bölgələrdən çıxarması tələbini təkrarlayıb.

Beləliklə, sülh müqaviləsi çərçivəsində ərazi mübadiləsi ilə bağlı müzakirələr olduqca mürəkkəbdir. Rusiya və Ukrayna qarşılıqlı razılığa gəlsələr belə, sonradan ərazi dəyişikliklərinin qanuniliyini həll etməli olacaqlar, çünki hər iki ölkənin konstitusiyaları qanunvericilik düzəlişləri olmadan ərazinin verilməsini qadağan edir.

“The Wall Street Journal” bu barədə yazır: “Lakin Putinin tam nəzarət etdiyi Rusiyadan fərqli olaraq, Ukrayna tərəfindəki diplomatik və hüquqi maneələr xeyli mürəkkəbdir. Ukraynanın sərhədlərində hər hansı bir dəyişiklik milli referendum tələb edəcək”.

Qeyd olunur ki, Ukrayna qanunvericiliyi müharibə dövründə prezident və parlament seçkilərini dondurur. Digər yandan, praktiki olaraq yeni seçkilərin perspektivi müharibə şəraitində olduqca qeyri-müəyyən və təhlükəlidir. Bu kütləvi tədbir bir yandan təhlükəsizlik baxımından mümkünsüzdür, digər yandan Rusiyanın bu seçkilərə müxtəlif təxribat və informasiya əməliyyatları ilə ciddi müdaxiləsi təhlükəsi var.

C.Məmmədli

“AzPolitika.info” 

Əvvəlki Yazı

Amansılz qətli törədən məşhur biznesmenin yaxın qohumu

Növbəti Yazı

Bakı vurulan AZAL təyyarəsi ilə bağlı Moskvadan suallarına cavab alıb

EKSKLUZİV

Eldar Mahmudovun yaxın çevrəsi ilə bağlı “sanballı təftiş”ə ehtiyac var

Eldar Mahmudovun yaxın çevrəsi ilə bağlı “sanballı təftiş”ə ehtiyac var

12 Avqust 2026 / 13:28
4
Ermənistan KTMT-də səs hüququnu itirə bilər

Ermənistan KTMT-də səs hüququnu itirə bilər

11 Avqust 2026 / 16:00
2
Sabah çimərliklərdə hava şəraiti necə olacaq?

Sabah çimərliklərdə hava şəraiti necə olacaq?

11 Avqust 2026 / 15:30
1
ƏDV ödəyicilərinin sayı artıb

ƏDV ödəyicilərinin sayı artıb

11 Avqust 2026 / 15:16
1

XƏBƏR LENTİ

Eldar Mahmudovun yaxın çevrəsi ilə bağlı “sanballı təftiş”ə ehtiyac var

Ermənistan KTMT-də səs hüququnu itirə bilər

Sabah çimərliklərdə hava şəraiti necə olacaq?

ƏDV ödəyicilərinin sayı artıb

Məişət zorakılığının ən çox qeydə alındığı RAYONLAR

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

Bakıda torpaq qiymətləri bir ayda 4% artdı

Məktəb alış-verişi bu il daha baha olacaq

6 uşağın övladlığa götürülməsi qərarı ləğv edildi

Bu gün və sabah təbiət hadisəsi gözlənilir

ABŞ-dan Naxçıvan açıqlaması

DİN-dən onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb

Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır

NİİM: Yollarda quraşdırılan cihazların elektron protokol tətbiq etmək funksiyası yoxdur

“Korte Bəyannaməsi” qəbul edildi

“Qarabağ”ın prezidenti danışdı: Heyətimizi gücləndirdik!

BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Azərbaycan neftinin qiyməti 95 dolları ötüb

Qazaxda taxıl biçini başa çatıb

Paşinyan Vardanyanın xanımı ilə görüşmək istəyir

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Rəşad Məcid deputatla jurnalistə müraciət etdi: Barışın getsin!

Çimərliyə gedənlərin nəzərinə!

Xamenei ölüm yatağındadır – KİV

Jurnalist vəsiqəsinə görə 20 manatlıq ödəniş ləğv edildi

Ronaldo bu həftəsonu evlənir – Toyun detalları məlum oldu

Azərbaycan Malayziyaya yeni səfir təyin edib

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.