Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Kremildə “Ukrayna bazarlığı” yenə alınmadı

Dekabr 3, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05
Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00

Putin bununla növbəti dəfə Trampı alçaldır… Özü başqa dünya liderlərini, ölkə başçılarını aşağılamaqdan həzz alan ABŞ Prezidenti isə bu cür alçaldılmasından sanki həzz alır…

Donald Trampın Vladimir Putinlə növbəti “Ukrayna bazarlığına” göndərdiyi, diplomatiyaya və geosiyasətə heç bir aidiyyatı olmayan “dost-kürəkən” cütlüyü – Stiven Uitkoff və Cared Kuşner, belə demək mümkünsə, Kremldən əliboş qayıdırlar. Bunu Rusiya və ABŞ tərəfinin ilkin açıqlamalarından aydın görmək olar…

Təxminən beş saat davam edən görüşdən sonra Putinin köməkçisi Yuri Uşakov deyib ki, ABŞ və Rusiya hələ də Amerika “sülh planında” ərazi məsələsinə aid kompromis tapmayıblar(Guya Rusiyanı maraqlandıran məhz ərazidir). Uşakovun sözlərinə görə, “ərazi məsələləri də qaldırılıb…

Ukrayna üçün hələlik heç bir kompromis planı yoxdur və bəzi Amerika təklifləri Rusiya üçün qəbuledilməzdir”. Əslində, bununla da “danışıqlar”, “Tramp planı” və sair söz-söhbətlərə nöqtə qoymaq olardı. Ancaq göründüyü kimi, Trampa danışıqlar, sülh prosesi görüntüsü yaratmaq, Putinə isə bu oyunda iştirak edərək vaxt qazanmaq lazım olduğundan tərəflər “nə hə, nə də yox” prinsipi ilə prosesi yuzatmaqla məşğuldurlar. Buna görə də, Uşakov hansı “ərazi təkliflərinin” müzakirə olunduğunu deməyib, dəqiqləşdirməyib. Əvəzində, qeyd edib ki, Rusiya “bəzi şeylərlə razılaşmağa hazırdır, lakin tənqidə səbəb olan aspektlər də var”.

 

 

Uşakovun sözlərinə görə, “bəzi” Amerika təklifləri Rusiya üçün məqbuldur. O, Uitkoff və Kuşnerlə söhbəti “faydalı və konstruktiv” adlandırıb. Lakin tərəflərin Ukraynadakı böhranın həllinə doğru “nə yaxınlaşdığını, nə də irəlilədiyini” deyib. Onun dediyinə görə, görüşdən sonra Rusiya və ABŞ danışıqların mahiyyətini açıqlamamaq barədə razılığa gəliblər.

Uşakovun sözlərinə görə, hazırda Amerika və Rusiya prezidentləri arasında görüş planlaşdırılmır. Uşakov bildirib ki, Trampın ilkin 28 maddəlik planına əlavə olaraq, Moskva daha dörd sənəd alıb.

“Təbii ki, biz amerikalı həmkarlarımızla həmin layihələrin məzmununu, amerikalıların bir müddət əvvəl Moskvaya təqdim etdiyi sənədləri müzakirə etdik. Biz bu sənədləri nəzərdən keçirdik və konkret ifadələri və ya konkret təklifləri deyil, bu Amerika sənədlərində olanların mahiyyətini müzakirə etdik. Bu sənədlərin mahiyyətini açıqlaya bilmərəm, amma deyərdim ki, hamısı Ukrayna böhranının uzunmüddətli həlli ilə bağlıdır”, – deyə Uşakov bildirib.

 

 

Uşakov Amerika nümayəndələrinin Kiyevə deyil, ABŞ-yə qayıdacağını, Moskva danışıqlarının nəticələrini Prezident Trampa təqdim edəcəyini və Rusiya tərəfi ilə əlaqə saxlayacağını əlavə edib. Yəni, Kremlin qarşısında prosesi “saqqız kimi uzatmaq” vəzifəsi olduğu kimi qalır və müvəffəqiyyətlə icra edilir…

Beləliklə, Tramp administrasiyasının Avropa ilə qətiyyən hesablaşmadan və Ukrayna tərəfinə təzyiqlə qəbul etdirdiyi bu mürtəce plan belə Kremli qane etmir. Bu da tam gözlənilən idi. Putin bununla növbəti dəfə Trampı alçaldır…Özü başqa dünya liderlərini, ölkə başçılarını aşağılamaqdan həzz alan ABŞ Prezidenti isə bu cür alçaldılmasından sanki həzz alır…

 

 

 

Putinin Dmitriyev və Uitkoff vasitəsilə ortalığa atdığı və Trampın adına çıxılan bu 28 maddəlik plan sadəcə, Rusiyaya qarşı sərt sanksiyaların və Ukrayaya uzaq mənzilli raketlərin ötürülməsinin qarşısını almaq, beləliklə, növbəti dəfə Trampın başına ip salıb fırlamaqla vaxt qazanmaq, buna paralel olaraq da, Ukarynanı məhv etmək, tabe etdirməkdən ötrü vaxt udmağa xidmət edib. Ancaq özünün qeyri-ciddi, qeyri-müəyyən, xaotik və narsis xüsusuiyyətlərini ABŞ-nin xarici siyasətinə də hopduran Tramp bu “planı” ciddi qəbul edərək, özünü və ətrafındakıları doğrudan da Putinin sülhə hazır olmasına və buna Kremllə “evcik-evcik oynamaqla”, eləcə də Ukraynanı korrupsiya qalmaqalı da daxil olmaqla, müxtəlif təzyiq və təhdidlərlə sındırmaq yoluyla nail olacağına inandırıb. Ancaq alınmır və çətin ki, alına…

Üzdə olan əsas suallardan biri odur ki, nədən bu dəfə də Tramp Kremlə Ukrayna nümayəndə heyətilə görüşdə ABŞ komandasına rəhbərlik etmiş, siyasətçi, beynəlxalq hüququ və diplomatiyanı yaxşı bilən bir peşəkar olaraq ABŞ Dövlət Katibi Marko Rubionu yox, Uitkoffla onun yanına qoşduğu kürəkənini göndərdi? Çünki Trampın özünün də bilərəkdən, yaxud bilmədən jurnalistlərin sualına cavab verərkən dediyi “Uitkoff Ukraynanı Rusiyaya satmalıdır” ifadəsinə söykənən siyasət qalmaqdadır. Bu siyasətdə isə peşəkar diplomatlar, siyasətçilər yox, Uitkoff kimi orta səviyyəli daşınmaz əmlak alverçiləri və hakim ailəyə yaxın biznesmenlər iştirak etməlidir, necə ki, iştirak da edir.

 

 

Bu danışıqların məqsədi və Uitkoffla kürəkənin vəzifəsi əlbəttə ki, Ukraynanı xilas etmək, azad, firavan, müstəqil yaşatmaq, yox, Trampın etiraf etdiyi kimi, satmaqdır! Amma yaxşı, sərfəli, mümkün qədər baha qiymətə SATMAQ! Lakin alver, sövdələşmə hələ ki, alınmır. Ona görə yox ki, qarşı tərəf xəsisdir. Ona görə ki, Kremlin iştahı daha böyük, maraqları isə fərqlidir – dünyanı yenidən bölüşdürmək və bu bölgüdə baş rollarda iştirak etmək (baxmayaraq ki, buna nə iqtisadi, nə siyasi, nə hərbi, nə də texnoloji potensialı var), Ukraynanı tam özünə tabe etdirmək, ya da məhv etmək. Çünki Ukraynasız, Kiyevsiz rus imperiyası olmayıb, yoxdur və olmayacaq…

Cəlal Məmmədli

“AzPolitika.info”

Əvvəlki Yazı

“Məlhəm Hospital”da yoxlama: Qanunsuz mayalanma aparılıb, direktor cəzalandırıldı

Növbəti Yazı

Saatlıda kəndin yarısı qazlaşdlrmadan kənarda qalıb: “Dövlət rəhbərliyinə yalan məlumat verilib”

EKSKLUZİV

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu

02 Oktyabr 2026 / 19:06
3
Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

02 Oktyabr 2026 / 14:03
0
Vasif Talıbov YAP-dan çıxarılır

Vasif Talıbov YAP-dan çıxarılır

02 Oktyabr 2026 / 13:59
2
Azərbaycanda pul bazası 15%-dən çox artıb

Azərbaycanda pul bazası 15%-dən çox artıb

02 Oktyabr 2026 / 12:00
1

XƏBƏR LENTİ

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu

Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

Vasif Talıbov YAP-dan çıxarılır

Azərbaycanda pul bazası 15%-dən çox artıb

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir

Azərbaycanda işçilərin ezamiyyət qaydaları dəyişib

Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşıb

İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib

“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı regional və qlobal təhlükəsizliyə töhfədir”

Ermənistan İrana sanksiyalara qoşulur – Paşinyan

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Paşinyan: katolikosun getməsi üçün hər şey edəcəyik

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Sabah Bakıya yağış yağacaq

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bu tarixdən yollarda nəzarət güclənəcək

Bağçada işləmək istəyənlərə şad xəbər

Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

Səlim Müslümovla bağlı yeni xəbər – O, müəllim deyilmiş – EKSKLÜZİV

Kreditlə bağlı yeni məhdudiyyət qüvvəyə mindi

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycandakı ahılların SAYI

Oktyabrın dörd günü meteor yağışı olacaq

Prezident forum iştirakçılarına müraciət ünvanladı

“TikTok” Azərbaycanda vergi uçotuna alındı

Bakıda AQEM Media Forumu keçirilir

Prezident İlham Əliyev Çin liderini təbrik edib

Qazaxda 1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.