Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Bankların yeni kələyi – əhalini belə soyurlar

Dekabr 11, 2025
A A

REDAKTORUN SEÇİMİ

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

10 Dekabr 25 / 11:48
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31

Bəzi banklar müştərinin kartından, işsiz qalması halında kredit öhdəliyini qarşılamaq məqsədilə əlavə sığorta ödənişləri və s. xidmət haqları tutur. Bu ödənişlər bir çox müştəri tərəfindən narazılıqla qarşılanır, çünki ödənişlərin məcburi olub-olmaması, tutma qaydaları və geri qaytarılma imkanları barədə kifayət qədər məlumat olmur. 

Bank eksperti İsmayıl Məmmədov Qaynarinfo-ya bildirib ki, bankların əsas missiyası şəffaflıq, etibar və təhlükəsiz xidmətdir, ona görə də əlavə sığorta məhsullarının heç biri məcburi ola bilməz: “Bu xidmətlər yalnız müştərinin könüllü razılığı ilə təqdim olunur. İstənilən vaxt da imtina mümkündür. Əgər bank “məcburidir” deyirsə, bu, həm qanunsuz, həm də etik olmayan yanaşmadır. Çünki bankın birbaşa vəzifəsi kart əməliyyatlarının təhlükəsizliyini təmin etmək, 3D Secure, SMS təsdiqləmə və monitorinq sistemlərini ödənişsiz təqdim etmək, riskləri idarə etməkdir. “Dələduzluq sığortası” bankın öz təhlükəsizlik öhdəliyini müştəriyə satması demək deyil”.

Qeyd edək ki, Mülki Məcəllənin 422 və 423-cü maddələri, həmçinin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 10-cu maddəsi tələb edir ki, bütün müqavilə şərtləri müştəriyə əvvəlcədən, açıq şəkildə təqdim olunsun. “İşsizlik sığortası”, “dələduzluq sığortası” və digər əlavə xidmətlər yalnız müştərinin yazılı və ya elektron təsdiqi ilə aktivləşdirilə bilər. Razılıq yoxdursa, tutulmuş məbləğ hüquqi qüvvə daşımır və bu, istehlakçı hüquqlarının pozulmasıdır.

Vəkil Roman Qaraşov mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, Azərbaycan qanunvericiliyinə əsasən, bankların müştərinin kartından “işsizlik sığortası”, “dələduzluq sığortası” və digər əlavə xidmətlərin göstərilməsi adı ilə ödəniş tutması yalnız müştərinin açıq və aydın razılığı olduqda mümkündür: “Müştəriyə əvvəlcədən məlumat verilmədən aktivləşdirilən xidmətlərin hüquqi qüvvəsi yoxdur və bu, istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Bankın təhlükəsizlik sistemlərini – 3D Secure, SMS təsdiqləmə, monitorinq və digər riskə nəzarət mexanizmlərini ödənişsiz təqdim etməsi bankın funksional öhdəliyidir və beynəlxalq təcrübədə də bu yanaşma qəbul olunub. Məsələn, Avropa İttifaqının İstehlak Kreditləri Direktivinə görə istehlakçıya kreditlə bağlı əlavə sığorta və ya xidmətin məcburi şəkildə satılması qadağandır; ABŞ-də CFPB isə belə halları “aldadıcı və ədalətsiz praktika” kimi qiymətləndirir. Bu baxımdan, əlavə sığorta xidmətləri yalnız könüllü əsasda qəbul edilə bilər və bankın onları “məcburi” kimi təqdim etməsi hüquqi və etik prinsiplərlə ziddiyyət təşkil edir.

Belə hallarla üzləşən müştəri ilk növbədə bankdan yazılı izahat və tutulmuş vəsaitin geri qaytarılmasını tələb etməlidir. Əgər bank məsələnin həllində maraqlı olmazsa, istehlakçı Azərbaycan Mərkəzi Bankına şikayət etmək hüququna malikdir. Bu mərhələdə də nəticə əldə olunmazsa, məsələ məhkəmə qaydasında mübahisələndirilə bilər. Məhkəmə Mülki Məcəllənin 422-423-cü maddələrinə əsaslanaraq, razılıq olmadan tutulmuş ödənişlərin geri qaytarılmasına və müqavilə şərtlərinin istehlakçı mənafeyinə uyğun şəkildə dəyişdirilməsinə qərar verə bilər. Bu mexanizmlər həm milli qanunvericilikdə, həm də beynəlxalq istehlakçı müdafiəsi standartlarında olduğu kimi, müştərinin hüquqlarını qorumağa və bankların daha şəffaf, ədalətli fəaliyyətini təmin etməyə xidmət edir”.

Əvvəlki Yazı

Bakının Brüsseldən sərt tələbi

Növbəti Yazı

Ukrayna dronları Paşinyanın təyyarəsinin Moskvaya enməsinə imkan vermədi

EKSKLUZİV

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

11 Dekabr 2025 / 11:59
2
“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

11 Dekabr 2025 / 11:57
0
Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

11 Dekabr 2025 / 11:54
0
“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

11 Dekabr 2025 / 11:53
0

XƏBƏR LENTİ

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

Hansı müəllimlər dərs vaxtı məzuniyyətə çıxa biləcək?

Avropa Bankı Azərbaycan üçün 85 milyonluq layihəni TƏSDİQLƏDİ

Dünyanın ən ölümcül müharibələri – Ukraynada itkilər 2 milyona çatır

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Kirayə qalanların NƏZƏRİNƏ: Bu ərazilərdə qiymətlər qalxacaq

Azərbaycanda güclü zəlzələ olacaq? – RƏSMİ AÇIQLAMA

Nobel mükafatları sahiblərinə verildi- Müxalif lider niyə yoxa çıxıb?

ŞOK: çörəklərə cəsədə vurulan maddə qatılır?

Ukrayna dronları Paşinyanın təyyarəsinin Moskvaya enməsinə imkan vermədi

Bankların yeni kələyi – əhalini belə soyurlar

Bakının Brüsseldən sərt tələbi

Pensiya yaşı ilə bağlı YENİ XƏBƏR – 60-a endirilməsi…

Bayram tətili ilə bağlı rəsmi açıqlama

İcra başçısı şəhid atasının dəfninə qatıldı – FOTOLAR

Rəna Muradova:  Yasamal prokurorluğu bacımın qanını batırmaqda israrlıdır…

“Qudalar Agentliyi”nın sədri Bakı və Abşerona “qayıq” alacaq? – VİDEOLAR

Son inflyasiya rəqəmləri açıqlandı

Trampın Ukraynaya təklifləri: Koreya ssenarisi, 100 milyard dollar, silahsız zona və…

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin 50 min borcu var

DTX-dən ƏMƏLİYYAT: “Kriminal aləm”in nümayəndələri TUTULDU – VİDEO

Nazirliyin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu- Siyahı

Azərbaycanda orta aylıq əməkhaqqı artıb – Məbləğ

Şıxlinski və Səfərovlar üzərindən Azərbaycana təzyiq dalğası səngimir

Azərbaycan səfiri Berlində Paşinyanı erməni dilində salamlayıb – VİDEO

Trampın şəkli olan pul vahidi – Senatorlar ayağa qalxdı (FOTO)

DOST-un icarəyə götürdüyü ofisin sahibinin atası da tender “kralı” imiş

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.