Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

Dekabr 11, 2025
A A

REDAKTORUN SEÇİMİ

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15

Azərbaycanda növbəti il üçün büdcə müzakirələri yekunlaşıb. Milli Məclisdə büdcə layihəsi və ona əlavə sənədlərin son müzakirələri zamanı çıxış edən baş nazir Əli Əsədov bildirib ki, 2026-cı ildə icmal büdcənin gəlirləri təqribən 45 milyard manat, xərcləri isə 48.8 milyard manat proqnoz olunur: “İcmal büdcənin kəsirinin ÜDM-ə nisbəti 2,9 faizdir. Makroiqtisadi proqnozlara əsasən 2026-cı ildə qeyri-neft sektoru üzrə ÜDM-in 5 failik real artım tempi proqnozlaşdırılır. Neft-qaz hasilatı istisna olmaqla, ölkə iqtisadiyyatının bütün sahələri artımla proqnoz olunur. Azərbaycan iqtisadiyyatı son illərdə texnoloji modernləşmə və rəqəmsal transformasiya mərhələsinə daxil olmuşdur. İqtisadi artımın keyfiyyət göstəriciləri yüksəlmiş, iqtisadi infrastrukturun müasirləşdirilməsi, innovasiya və rəqəmsallaşma əsas prioritetə çevrilib. Ortamüddətli dövrdə iqtisadiyyatımızın aparıcı qüvvəsi qeyri-neft sektoru olacaq. Əgər strategiyanın başlanğıc dövründə 2022-ci ildə ÜDM-in həcminin 52 faizini qeyri-neft  sektoru təşkil edirdisə (2025- 72 faiz), bu nisbət 2029-cu ildə 80 faizi üstələyəcək”.

Əli Əsədov qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsində investisiya yönümlü dövlət proqramlarının maliyyə təminatı üçün kifayət həcmdə vəsait nəzərdə tutulur.

Büdcə sənədinə əsasən 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703 milyon 600 min manat proqnozlaşdırılır. Bu, 2025-ci illə müqayisədə cüzi – 0,7 faiz çoxdur. Dövlət büdcəsi kəsirinin yuxarı həddi olaraq 3 milyard 94,6 milyon manat götürülüb ki, bu da ÜDM-in 2,3 faizinə bərabər olmalıdır.  Bu, 2025-ci ilin proqnozu ilə müqayisədə 43,0 milyon manat və ya 1,4 faiz çoxdur.

Büdcə layihəsinə əsasən gələn il dövlət büdcəsi kəsirinin 125 milyon manatı dövlət özəlləşdirilməsindən daxilolmalar hesabına maliyyələşdiriləcək. Kəsirin daha 400 milyon manatı vahid xəzinə hesabının sərbəst qalığının vəsaitləri hesabına örtüləcək. Həmişə olduğu kimi, hökumət 2026-cı ildə büdcə kəsirinin mühüm hissəsini 2 milyard 569,6 milyon manatını daxili və xarici borclanma hesabına bağlamağı planlaşdırır.

Hesablama Palatasının büdcə layihəsinə verdiyi rəyə görə, 2026-cı ilin büdcə layihəsində də cari ilin dövlət büdcəsində müşahidə olunan tendensiya davam etdirilib, büdcə kəsirinin maliyyələşdirilməsində borclanma həcminin yüksək səviyyədə olması dövlət borcuna xidmət xərclərinin artımını şərtləndirib: 2026-cı ilin proqnozlaşdırılan dövlət büdcəsi üzrə kəsirin həcmi 3 milyard 94,6 milyon manat, dövlət borcuna xidmət xərcləri isə 2 milyard 457,6 milyon manat məbləğində müəyyən edilib. Əvvəlki illərin proqnoz göstəriciləri ilə müqayisədə 2025 və 2026-cı illərdə bu iki göstəricinin bir-birinə kəskin şəkildə yaxınlaşması diqqəti cəlb edən məqamlardandır. Bu tendensiya büdcə kəsirinin demək olar ki, böyük hissəsinin borca xidmət xərclərinin maliyyələşdirilməsinə yönələn “məcburi yük” səviyyəsinə yaxınlaşmasına səbəb olur ki, bu da əlavə risklər formalaşdırır”.

Açıqlanan rəqəmlər göstərir ki, büdcə kəsirinin yaranmasında dövlət borcuna xidmət xərclərinin payı böyük sürətlə artır. Nəzərə almaq lazımdır ki, dövlət borcuna xidmət xərclərinin kəskin artımı mənfi tendensiyadır: 2026-cı il dövlət büdcəsinin layihəsində büdcə xərclərinin funksional təsnifatında dövlət borcuna xidmət xərcləri “Ümumi dövlət xidmətləri” bölməsi üzrə xərclərin 44,6 faizini təşkil edir.

Büdcədə yaranan 3 milyardlıq vəsait HARA XƏRCLƏNƏCƏK?

Hesablama Palatasına görə, kəsiri bağlamaq üçün dövlət borclanmasının artırılması büdcə kəsirinin formalaşmasında dövlət borcuna xidmət xərclərinin həlledici rola yüksəlməsinə gətirib çıxarır. Buna yol verməmək üçün kəsirin digər mənbələr hesabına daha böyük hissəsinin qapadılmasına nail olunmalıdır. Belə mənbələrdən biri kimi Palata dövlət əmlakının özəlləşdirilməsini qeyd edir: “2026-cı ilin dövlət büdcəsində özəlləşdirilmədən daxilolmalar üzrə proqnozlaşdırılmış məbləğ əvvəlki illərlə müqayisədə artım nümayiş etdirsə də, bu məbləğin mövcud potensialı tam əks etdirmədiyi qənaətindəyik. Büdcə layihəsində 2026-cı il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 125nilyon manat məbləğində nəzərdə tutulub ki, bu da 2025-ci ilin proqnoz göstəricisindən 15 milyon manat və ya 13,6 faiz çoxdur. 2025-ci ilin 8 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 96,6 m milyon manat vəsait daxil olub ki, bu da 2025-ci il üçün illik proqnozun (110 milyon manat) 87,8 faizinə bərabər olmaqla, 8 ayın proqnozundan (73 milyon manat) 23,6 ilyon manat və ya 32,3 faiz çoxdur.  Cari ilin altı ayında özəlləşdirmədən daxilolmalar üzrə hesablanmış, lakin dövlət büdcəsinə ödənilməmiş borc üzrə qalıq məbləğ 19,8 milyon manat artaraq 57,7 milyon manat təşkil edib.  Ölkə başçısının 27 dekabr 2024-cü il tarixli sərəncamı ilə ”Azərbaycan Sənaye Korporasiyası” ASC-nin ləğv edilməsi və onun tabeliyində olan müəssisələrin özəlləşdirilməyə açılması, eləcə də “Aqrarkredit” QSC-nin tabeliyindəki müəssisələrin, Energetika Nazirliyinin alternativ enerji istehsalı obyektlərinin, həmçinin ləğv edilmiş “Azərkontrakt” ASC-yə aid olub özəlləşdirilməsi məqsədəuyğun hesab edilən əmlakların özəlləşdirilməyə çıxarılması nəzərdə tutulub. Bununla yanaşı, özəlləşdirmədən daxilolmalar üzrə vaxtı çatmış (hesablanmış), lakin dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə əhəmiyyətli məbləğdə qalıqların mövcudluğu nəzərə alınarsa, 2026-cı ildə bu istiqamət üzrə proqnozlaşdırılan 125 milyon manat daxilolmadan daha yüksək potensialın mövcud olduğu qənaətinə gəlmək mümkündür”.

Azərbaycanda gələn il icmal büdcəsində 3 milyard manatdan çox kəsir  yaranacaq

Palata bildirir ki, 2026-cı il dövlət büdcəsi kəsirinin 83 faizinin dövlət borclanması hesabına maliyyələşdirilməsi nəzərdə tutulsa da, cari ilin 8 ayı ərzində xaricdən cəlb edilmiş kreditlər üzrə daxilolmaların icra göstəricisi növbəti ildə də nəzərdə tutulmuş vəsaitin tam həcmdə istifadə olunmayacağını deməyə imkan verir: “2026-cı il dövlət büdcəsinin layihəsi ilə təqdim edilmiş məlumatlara əsasən xaricdən cəlb edilmiş kreditlər hesabına 850 milyon manat vəsait cəlb edilməsi nəzərdə tutulub.  2025-ci ilin 8 ayı ərzində xaricdən cəlb edilmiş kreditlər hesabına 102,9 milyon manat vəsait daxil olub ki, bu da 2025-ci il üçün illik proqnozun (895,9 milyon manat) 11,5 faizinə bərabər olmaqla, 8 ayın proqnozundan (385,3 milyon manat) 282,4 milyon manat və ya 73,3 faiz azdır.

2026-cı ildə daxili borclanma üzrə limit sabit saxlanıb, xarici borclanma və dövlət zəmanəti üzrə  limitlər əhəmiyyətli artırılıb, lakin bununla bağlı büdcə zərfində müvafiq alt sənədlər təqdim edilməyib. Təqdim edilmiş məlumatlarda ortamüddətli perspektivdə dövlət borcunun sürətlə artması ilə büdcə gəlirlərinin məhdud artımı arasında disbalans müşahidə olunub, bunun isə borca xidmət xərclərinin fiskal yükdə payını artıraraq fiskal manevr imkanlarını məhdudlaşdıra və prioritet xərclərin maliyyələşdirilməsinə təsir riskini yarada biləcəyi qənaətinə gəlinib.

Maliyyə Nazirliyi tərəfindən təqdim edilmiş “Azərbaycan Respublikasının 2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə gəlir və xərclərin proqnozu” və dövlət borcunun ortamüddətli dövr üzrə göstəricilərinin təhlili bir sıra fiskal riskləri ön plana çıxarır. Belə ki, təqdim edilmiş məlumatlara əsasən, ortamüddətli dövrdə dövlət borcunun həcmi cari səviyyə (25,7 milyard manat) ilə müqayisədə təqribən 24,5 faiz artacaqsa, dövlət büdcəsinin gəlirləri dövrün sonuna cəmi 1,5 milyard manat və ya 3,9 faiz artacaq”. 

Bildirilir ki, bu dinamika dövlət borcunun artım sürəti ilə büdcə gəlirlərinin artım tempi arasında əhəmiyyətli uyğunsuzluq yaradır və bir sıra riskləri aktuallaşdırır: Əvvəla, borca xidmət xərclərinin kəskin artımı digər prioritet istiqamətlərə (sosial, investisiya və infrastruktur xərcləri) maliyyə resurslarının yönəldilməsini məhdudlaşdırır. İkincisi, borc və gəlir arasındakı disbalans uzunmüddətli perspektivdə dövlətin borc davamlılığına, kredit reytinqlərinə və maliyyə bazarlarında mövqeyinə mənfi təsir göstərə bilər.

Qeyd edək ki, Maliyyə Nazirliyinin açıqladığı məlumatdan aydın olur ki, bu ilin 11 ayında dövlət büdcəsinin gəlirləri 35,6 milyard manat, xərcləri isə 31,4 milyard manat təşkil edib. Nəticədə büdcədə 4,2 milyard manatlıq xərclənməmiş vəsait qalıb. Hesablama Palatasının rəyinə görə, xərclənməyən vəsaitləri real büdcə profisiti hesab etmək doğru yanaşma olmaz: “2025-ci ildə 9 ay ərzində dövlət büdcəsində qeydə alınmış profisit 4 milyard 474,2 milyon manat olmaqla, cari ilin müvafiq dövrü üçün proqnozlaşdırılmış profisitdən 3 milyard 178,8 milyon manat çox olub. Proqnozdan kənarlaşmaya gəlirlərin yüksək icrası da təsir etsə də, əhəmiyyətli təsir xərclərin aşağı icrasından formalaşıb. Belə ki, baxılan dövrdə fevral və iyun aylarından başqa digər 7 ayda dövlət büdcəsində profisit qeydə alınıb, ən böyük profisit yanvar ayında (1 milyard 711,8 milyon. manat), ən böyük defisit isə iyun ayında (737,7 milyon manat) mövcud olub. Hesabat dövründə dövlət büdcəsi balansının bütün aylar üzrə proqnoz və icra məbləğləri fərqlənib, 6 ay üzrə kəsirin proqnozlaşdırılmasına baxmayaraq, onlardan mart, may, avqust və sentyabr aylarında dövlət büdcəsi profisitlə icra edilib, proqnozdan ən böyük kənarlaşma isə 1 milyard 62,2 milyon manat olmaqla sentyabr ayında qeydə alınıb. Bu ayda proqnoza əks meylin müşahidə olunması xərclərin proqnozdan 1 milyard 85,7 milyon manat aşağı icrası ilə əlaqəli olmuşdur.

Dövlət büdcəsi kəsirinin mənbələr üzrə maliyyələşdirilməsi barədə təqdim olunmuş məlumatlara əsasən, cari ilin 9 ayında təsdiq olunmuş 2 milyard 405 milyon manata qarşı 364,3 milyon manat daxilolma icra olunub ki, bu da 2025-ci il üçün (3 milyard 51,6 milyon manat) proqnozun 11,9 faizini, 9 aylıq proqnozun isə 15,1 faizini təşkil edir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Əvvəlki Yazı

“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

Növbəti Yazı

“Qumar kralı”nın adamının şirkəti bağlandı

EKSKLUZİV

Qızılgül altından keçən sabiq icra başçısının qalmaqalı böyüyür

Qızılgül altından keçən sabiq icra başçısının qalmaqalı böyüyür

03 Fevral 2026 / 18:44
0
“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

03 Fevral 2026 / 18:40
15
Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

03 Fevral 2026 / 13:56
8
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 2026 / 13:07
36

XƏBƏR LENTİ

Qızılgül altından keçən sabiq icra başçısının qalmaqalı böyüyür

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.