Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Sosial

Pensiya yaşı ilə bağlı YENİ XƏBƏR – 60-a endirilməsi…

Dekabr 11, 2025
A A

REDAKTORUN SEÇİMİ

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15

Azərbaycanda cəmiyyəti narahat edən əsas sosial məsələlərdən biri də pensiya yaşının yuxarı olmasıdır. Xatırladaq ki, pensiya yaşının yüksəldilməsi prosesi 2017-ci ildə qanunvericiliyə edilən dəyişikliklərlə start götürüb. Həmin dəyişikliklərə əsasən, pensiya yaşı hər il 6 ay artırılmaqla tənzimlənməli idi. Kişilərlə bağlı artım prosesi 2021-ci ildə tamamlanıb və hazırda kişilər 65 yaşda pensiya hüququ əldə edirlər. Qadınlarda isə proses 60 yaşdan başlayıb və daha uzun müddət davam etdiyindən yalnız 2027-ci ildə qadınların da pensiya yaşı 65-ə çatacaq. Bununla da mövcud artım mərhələsi yekunlaşacaq.

Məlum olduğu kimi, bir sıra ölkələrdə pensiya yaşı 67-dir. Azərbaycanda isə hazırda müəyyən edilmiş 65 yaş həddi kifayət qədər yüksək hesab olunur. Ekspertlər bildirirlər ki, ölkədə orta ömür uzunluğu nisbətən aşağıdır və buna görə də gözlənilən pensiya dövrü qısadır. Bəs Azərbaycanda pensiya yaşının 65-dən 60-a endirilməsi mümkündürmü? Yoxsa əksinə, gələcəkdə daha da artacaq?
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov “Yeni Müsavat”a danışıb. İqtisadçı qeyd edib ki, dünya təcrübəsində pensiya yaşının müəyyən edilməsi zamanı bir sıra faktorlar nəzərə alınır: “Buraya orta ömür müddəti, əhalinin sağlamlıq səviyyəsi, əmək qabiliyyətli dövrün uzunluğu daxildir. Paralel olaraq son illərdə orta ömrün artması fonunda fiskal məsələlər də gündəmə gəlib. Yəni pensiya sisteminin maliyyə dayanıqlılığı problemləri ortaya çıxır. Çünki pensiya alanların yaşı artır, təbii artım sürəti aşağı düşür, doğum sayı azalır. Bu isə pensiya alanların sayı ilə əmək bazarında aktiv çalışanların sayı arasındakı nisbətin dəyişməsinə gətirib çıxarır. Dünya təcrübəsində qəbul olunmuş orta göstərici təxminən 1 pensiyaçıya 3 işləyənin olmasıdır. Lakin məsələn, Azərbaycan təcrübəsində bu rəqəm təxminən 1,6 nəfərdir. Hazırda ölkədə təxminən 1 milyon 100 min pensiyaçı var, 1 milyon 780 minə yaxın da muzdla çalışan şəxs fəaliyyət göstərir. Faktiki olaraq sığorta ödəyənlərin sayı bu qədərdir. Bu kimi faktorların fonunda hökumətlər öz prioritetlərini müəyyən edirlər. Maliyyə sıxıntıları olan ölkələrdə fiskal məsələlər daha çox önə çıxır, maliyyə dayanıqlılığı güclü olan ölkələrdə isə prioritetlər artıq demoqrafik siyasət və sosial rifah parametrləri əsasında müəyyən edilir və pensiya yaşı da bu çərçivədə müzakirə olunur”.

Rəşad Həsənov bildirir ki, digər ölkələrdə pensiya yaşı ilə orta ömür arasında təxminən 14-15 il fərq olur. Azərbaycanda isə orta ömür təxminən 74 ildir və əgər bu fərqi 14-15 il götürdükdə o zaman pensiya yaşının təxminən 60 olması zərurəti formalaşır.

Ekspert deyib: “Lakin kişilərdə artıq pensiya yaşı 65-dir, qadınlarda isə 2027-ci ildə 65 yaşa çatdırılacaq. Hökumətin 2006-cı ildə təsdiq etdiyi göstəriciyə əsasən gözlənilən pensiya dövrü 12 ildir, yəni 144 ay. Biz bunu rifah səviyyəsi daha yüksək olan ölkələrdəki vəziyyətlə müqayisə edəndə fərq daha da kəskin görünür. Azərbaycanda 65 yaşla 74 yaş arasındakı fərqə baxanda, orta hesabla bir nəfər 9 il pensiya alır. Yəni gözlənilən pensiya dövrü 9 ildir. Kişilərdə isə bu göstərici, ümumiyyətlə, daha aşağıdır – təxminən 6-6,4 il. Məsələn, Yaponiyada orta ömür 89 ilə yaxındır, pensiya yaşı 67-dir. Kanadada orta ömür 88 il olsa da, pensiya yaşı 66-dır. Fərqlər göstərir ki, bəzi ölkələrdə orta ömür ilə pensiya yaşı arasında 22 ilə qədər fərq mövcuddur. Azərbaycanda isə bu fərq çox kiçikdir.

Eyni zamanda əmək şəraiti, insanların sağlamlıq səviyyəsi və əmək qabiliyyətinin real vəziyyətinə baxanda da Azərbaycan üzrə durum çox ürəkaçan deyil. Bir yaponun, almanın, kanadalının 65 yaşında əmək bazarında göstərdiyi performansla azərbaycanlının 65 yaşında göstərdiyi performans eyni deyil. Üstəlik, həmin ölkələrdə əmək şəraiti daha yüngüldür, bizdə isə fiziki əməyin payı daha böyükdür. Yaş artdıqca insanların əmək bazarında aktiv qalması daha da çətinləşir. Bütün bu faktorları nəzərə alsaq, ən optimal variant – gender fərqi nəzərə alınmadan – Azərbaycanda orta pensiya yaşının 60 olmasıdır. Yəni 65 yaş kifayət qədər yüksək göstəricidir. Bu, pensiyaya çıxma əlçatanlığını azaldır və sistem üzrə göstəriciləri pisləşdirir”.

Rəşad Həsənovun fikrincə, pensiya yaşının 60-a endirilməsi mümkündür, lakin burada əsas məsələ maliyyə dayanıqlılığıdır: “Azərbaycanda 5 milyon 100 min yetkin insanın təxminən 4 milyonunun əmək müqaviləsi olmalı idi. Hazırda 1 milyon 780 minə yaxın insanın əmək müqaviləsi var, 2 milyon 200 min adamın əmək müqaviləsi rəsmiləşməyib.

Əgər bu istiqamətdə fundamental islahatlar aparılsa, əmək bazarının leqallaşdırılması təmin edilsə, pensiya sisteminin gəlir hissəsi əhəmiyyətli dərəcədə arta bilər. Bu isə Azərbaycanda daha loyal pensiya sisteminin qurulmasına və pensiya yaşının 60-a endirilməsinə real imkan yaradar. Bu gün qərar qəbul edənlər iddia edirlər ki, sistem özünü təmin etmir, dövlət büdcəsindən transfertlər ayrılır və sair. Amma bu, vətəndaşın günahı deyil. Bu, hökumətin son 35 ildə həyata keçirdiyi iqtisadi siyasətin nəticəsi olaraq ortaya çıxan məsələdir. Bu problemi dəyişmək və həll etmək vətəndaşın deyil, dövlətin əlindədir.

Beləliklə, bəli, pensiya yaş həddini aşağı salmaq olar, lakin hökumətin real olaraq buna gedəcəyi gözlənilmir. Əksinə, pensiya yaşının artırılması məsələsi də gündəmdədir”.

Əvvəlki Yazı

Bayram tətili ilə bağlı rəsmi açıqlama

Növbəti Yazı

Bakının Brüsseldən sərt tələbi

EKSKLUZİV

Qızılgül altından keçən sabiq icra başçısının qalmaqalı böyüyür

Qızılgül altından keçən sabiq icra başçısının qalmaqalı böyüyür

03 Fevral 2026 / 18:44
0
“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

03 Fevral 2026 / 18:40
15
Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

03 Fevral 2026 / 13:56
8
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 2026 / 13:07
36

XƏBƏR LENTİ

Qızılgül altından keçən sabiq icra başçısının qalmaqalı böyüyür

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.