Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

Dekabr 11, 2025
A A

REDAKTORUN SEÇİMİ

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

10 Dekabr 25 / 11:48
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 6-cı turuna yekun vuruldu. Təəssüf ki, Azərbaycan çempionu “Qarabağ” Bakıda Niderlandın “Ayaks” klubuna 2:4 hesabı ilə uduzaraq turnir cədvəlindəki vəziyyətini pisləşdirib.
Dünənki oyundan əvvəl böyük əksəriyyət “Qarabağ”dan qələbə gözləyirdi. Çoxları ümid edirdi ki, “Qarabağ” qalib gəlməklə turnir cədvəlində 9-24-cü yeri tutan klublar arasına düşərək pley-off mərhələsinə yaxınlaşacaq. O baxımdan dünənki matç çox vacib və həlledici matç hesab olunurdu. Amma bu, Çempionlar Liqasıdır. Burada heç bir xal, heç bir qələbə asan qazanılmır.
Komandamız hazırda 7 xalla 22-ci yerdədir.
“Qarabağ” Liqa mərhələsinin son iki görüşündə əvvəlcə “Ayntraxt” (Almaniya), sonra isə “Liverpul”la (İngiltərə) qarşılaşacaq. Bu komandalara qalib gəlmək isə müşkül işdir.

Bəs “Qarabağ” niyə uduzdu? Bəzi futbol təhlilçiləri “Qarabağ”ın yanlış əvəzləmələr nəticəsində uduzduğu qənatəndədirlər. Xüsusilə gənc hücumçu Nəriman Axundzadənin meydana buraxılması ilə razılaşmayanlar çoxdur.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra verdiyi açıqlamada bu məsələyə toxunub: “Əfsuslar olsun ki, Nərimanla bağlı müzakirələr çox gedir. Mən özüm bilmirəm onun haqda nə deyim. Hansısa fikir bildirsəm, bəlkə azarkeşə qarşı çıxmış olaram. Daha yaxşı oynaya bilərdi. Dəfələrlə demişəm ki, futbolçularımın yanındayam. İndi də. Kamilo Duran nə qədər sprint etdi, güc sərf etdi. Yorulmuşdu. Belə cavabım yoxdu ki, azarkeşlərin narazılığına fikir bildirim. Nəriman daha yaxşı oynaya bilərdi. Tək o yox, sonradan meydana çıxanlar. Oyuna kənardan baxıb həzz alırdım. 90 dəqiqə dinamika var idi. Son vaxtlar çox oyuna baxmışdıq, analiz etmişdik. Bəlkə də 3 ən yaxşı oyundan biridir. Hər iki komanda cəsarətli oynadı, xeyli sayda qol epizoduna girdi. Məğlub olduq. Deyəcək bir şey yoxdur”.

Maraqlıdır idman jurnalistləri nə düşünür? Modern.az saytı bir neçə KİV nümayəndəsinin mövqeyini təqdim edir:
Anar Şabanoğlu – “Sports.az” saytının rəhbəri:

“Çox təəssüf ki, udduğumuz oyunu öz səhvlərimizdən əldən verdik.
Komanda qalib gələndə futbolçular və Qurban Qurbanov necə təriflənirsə, bu şəkildə 60 dəqiqə üstün futbol oynayaraq, hesabda irəlidə olub uduzanda da tənqid edilməlidir.
Amma əndazəni aşmamaq şərtilə!
Nəriman gəncdi. Qalib gəldiyimiz anda meydana çıxır və azarkeşlər onu alqışlayıb motivasiya vermək əvəzinə fitə basır. Təbii ki, bundan sonra futbolçu özünü itirib heç bir faydalı hərəkət etməyə bilər.
Qurban Qurbanovun da səhv limiti var. Bu oyunda əvəzetmələri, hesabda irəlidə olduğumuz anda tempi salmaq əvəzinə komandanın irəli atılmasını anlamaq bir qədər çətindir.
Amma bu həmin Qurbandı!
Udsaq da, uduzsaq da bu yerlərdə olmağımıza görə yalnız və yalnız təşəkkürə layiq Qurban!
İrəlidə iki oyun var. Hələ heç nə itirilməyib. Nikbin olaq”.

Anar Xanlarov – “Rekord.az” saytının redaktoru:

“Heyf, çox heyf. “24-lük”də möhkəmlənmək üçün gözəl şansı əldən verdik. Halbuki hər şey qaydasında gedirdi. Düzdür, ilk qoldan sonra bərabərlik qolunu buraxdıq, amma fasilədən dərhal sonra ikinci qolu vurmaqla bütün sferalarda vəziyyəti xeyirimizə dəyişdik. Ümumi üstünlük də tərəfimizdə idi, hətta 3-cü qolu vurmaq üçün də bir neçə imkanımız oldu. Şəxsən mən inanırdım ki, 3 xalı götürə biləcəyik. Amma…
Qurban Qurbanov Azərbaycan futbolu üçün əvəzolunmaz simalardan biridir, onun “Qarabağ”da etdikləri, “Qarabağ”la Avropada ölkə futboluna qazandırdıqları danılmazdı. Amma müəyyən məqamlarda yersiz israrı, inadı, axına qarşı gəlməsi bu cür acı nəticələrə gətirib çıxarır. Bir zamanlar bu israr Şahruddinlə bağlı idi. İndi də sanki Nərimanla. Axı bu oyun Nərimanlıq deyildi. Həlledici oyunun həlledici anında həlledici sayılacaq əvəzləmə deyildi bu. Bir yalnış əvəzləmə bütün sistemi, oyunu məhv etdi. Açın yenidən baxın və 60-cı dəqiqədən sonra oyunun necə 180 dərəcə dəyişdiyini görəcəksiniz. 60-cı dəqiqədə, matçın bitiminə hələ yarım saat qalmasına baxmayaraq komandanın bombardiri Leandro Andrade oyundan alınır, yerinə Nəriman çıxır. Sistemin bir qanadı burda qırılır. Nəriman heç nə ilə yadda qalmır, ona gələn bütün topları itirir, rəqibin müdafiəçilərinə kömək edir. Digər tərəfdən Zubir də yorulub. Rəqib baş məşqçiyə bunu görmək üçün 5 dəqiqə bəs edir, dərhal iki əvəzləmə, Konadu və Reger “döyüş”ə atılır. Bundan sonra Qurbanovun gedişatın xeyirinə olmayan növbəti əvəzləməsi, oyunun ən yaxşılarından olan Duran da ehtiyat oyunçuların yanına göndərilir, onun yerinə Kaşuk oyuna çıxır. Bundan sonra sistemin digər qanadı da sınır. Rəqib baş məşqçi yenə 5 dəq gözləyir, qısa analiz və yenə qoşa əvəzləmə, Klassen və Qodts da meydançaya çıxır. Bununla da oyunu 180 dərəcə öz xeyirinə dəyişən “Ayaks” 3 dəqiqə sonra ard-arda qolları sıralamağa başlayır. Andrade niyə əvəzləndi, Duran niyə əvəzləndi, Nərimanın bu oyunda nə işi var idi? “Ayaks” hər nə qədər autsayder olsa da, unutmaq lazım deyildi ki, bu, Çempionlar Liqasının autsayderidi, Azərbaycan çempionatının yox. Yəni biz “Ayaks”ı “Karvan”la səhv saldıq…”.

Rəşad Ergün – “Komanda.az” saytının baş redaktoru:

““Qarabağ” çox rahat qollar buraxdı. Heyf bura kimi çəkilən əziyyətə. Əsas kilid oyunçular – Zubir, Andrade, Medina, Yankoviç, Koxalski – məğlubiyyətdə baş məşqçi qədər onların da rolu oldu.
“Ayaks”a gəlincə, “ölüb” dediyimiz komanda budursa, Bakıya yaxşı ki, “diri”si gəlməyib.
Bir də, Nəriman Axundzadə… Portuqaliyanın 2-ci liqasından gələn vinger Kamilo Duran hücumçu Nərimanı ehtiyata göndərib özü onun mövqeyində oynayırsa, deməyə söz yoxdur. Nəriman “Qarabağ”a kömək etmir, “Qarabağ” Nərimana kömək edir, klubun adından istifadə etməklə tanınıb. Bu oğlanın yeri “Şamaxı”dır, “Sumqayıt”dır, nə bilim, “Kəpəz”dir”.

Əvvəlki Yazı

Hansı müəllimlər dərs vaxtı məzuniyyətə çıxa biləcək?

Növbəti Yazı

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

EKSKLUZİV

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

11 Dekabr 2025 / 11:59
2
“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

11 Dekabr 2025 / 11:57
0
Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

11 Dekabr 2025 / 11:54
0
“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

11 Dekabr 2025 / 11:53
0

XƏBƏR LENTİ

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

Hansı müəllimlər dərs vaxtı məzuniyyətə çıxa biləcək?

Avropa Bankı Azərbaycan üçün 85 milyonluq layihəni TƏSDİQLƏDİ

Dünyanın ən ölümcül müharibələri – Ukraynada itkilər 2 milyona çatır

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Kirayə qalanların NƏZƏRİNƏ: Bu ərazilərdə qiymətlər qalxacaq

Azərbaycanda güclü zəlzələ olacaq? – RƏSMİ AÇIQLAMA

Nobel mükafatları sahiblərinə verildi- Müxalif lider niyə yoxa çıxıb?

ŞOK: çörəklərə cəsədə vurulan maddə qatılır?

Ukrayna dronları Paşinyanın təyyarəsinin Moskvaya enməsinə imkan vermədi

Bankların yeni kələyi – əhalini belə soyurlar

Bakının Brüsseldən sərt tələbi

Pensiya yaşı ilə bağlı YENİ XƏBƏR – 60-a endirilməsi…

Bayram tətili ilə bağlı rəsmi açıqlama

İcra başçısı şəhid atasının dəfninə qatıldı – FOTOLAR

Rəna Muradova:  Yasamal prokurorluğu bacımın qanını batırmaqda israrlıdır…

“Qudalar Agentliyi”nın sədri Bakı və Abşerona “qayıq” alacaq? – VİDEOLAR

Son inflyasiya rəqəmləri açıqlandı

Trampın Ukraynaya təklifləri: Koreya ssenarisi, 100 milyard dollar, silahsız zona və…

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin 50 min borcu var

DTX-dən ƏMƏLİYYAT: “Kriminal aləm”in nümayəndələri TUTULDU – VİDEO

Nazirliyin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu- Siyahı

Azərbaycanda orta aylıq əməkhaqqı artıb – Məbləğ

Şıxlinski və Səfərovlar üzərindən Azərbaycana təzyiq dalğası səngimir

Azərbaycan səfiri Berlində Paşinyanı erməni dilində salamlayıb – VİDEO

Trampın şəkli olan pul vahidi – Senatorlar ayağa qalxdı (FOTO)

DOST-un icarəyə götürdüyü ofisin sahibinin atası da tender “kralı” imiş

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.