Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Novxanıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi təşkil edilib

Dekabr 12, 2025
A A

REDAKTORUN SEÇİMİ

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59
Belə avtomobillə heç yerə getmərəm – Prezident

Belə avtomobillə heç yerə getmərəm – Prezident

13 İyul 26 / 14:00
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

11 İyul 26 / 13:26
Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

10 İyul 26 / 12:40

12 dekabr 2025-ci il tarixində Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisindəki mərasim evində Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı şəhid ailələrinin, veteranların, kənd ağsaqalları və ziyalıların iştirakı ilə ehsan süfrəsi təşkil edilib. İş adamı Cəlil Nağıyev tərəfindən təşkil edilən ehsan süfrəsində 210 nəfərə qədər şəxs iştirak edib.

Tədbiri giriş sözü ilə açan məscidin axundu Hacı Ələsgər Mikayılzadə Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı tarixi xidmətlərinə toxunub, onun xilaskarlıq missiyasından bəhs edib.

Ehsan süfrəsində iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, BDU-nun tələbəsi Nüsrət Mirzəyev, tanınmış ziyalı Hacı Natiq Nağıyev, kənd ağsaqqalı Nuhbala Ağayev Ulu Öndərin Azərbaycanın dövlətçilik tarixində müstəsna yer tutduğunu, müasir Azərbaycanın məhz Ümummilli Liderin siyasi kursu, işıqlı ideyaları sayəsində öz inkişaf və əzəmətinin zirvəsində qərarlaşdığını vurğulayıblar.

 

 

Sonda çıxış edən iş adamı Cəlil Nağıyev Heydər Əliyev ideyalarının bundan sonra da təbliğinin zəruri olduğunu vurğulayıb, Ulu Öndərin güclü, müstəqil Azərbaycan naminə gördüyü böyük işlərdən danışıb:

“Ümummilli Lider Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısındakı xidmətləri, bu xidmətlərin Azərbaycanın müstəqil bir dövlət kimi yaşamasında, gücünə güc qatmasındakı önəmi hər kəs məlumdur. Heydər Əliyev yadelli işğala məruz qalan, daxili qarşıdurmalardan əziyyət çəkən, sosial-iqtisdi vəziyyəti sürətlə ağırlaşan, milli-mənəvi dəyərlər sistemi aşınmaya məruz qalan Azərbaycanı yalnız bu bəlalardan xilas etməklə qalmadı. Xalqımızın böyük oğlunun bənzərsiz siyasi dühası sayəsində ölkəmiz tarixi və qarşısıalınmaz yüksəliş dövrünə qədəm qoydu. Qısa zamanda nizami ordunun formalaşması, daxili parçalanmalara son qoyulması, mərkəzi hakimiyyətin gücləndirilməsi, idarəetmənin bütün istqiamətləri üzrə gənc kadrların yetişdirilməsi, iqtisadiyyatın dirçəldilməsi və onun beynəlxalq tələblər səviyyəsində yenidən qurulması həyata keçirildi. Bütün bu addımlar Azərbaycan xaqlının və dövlətçiliyinin gələcəyini xilas etdi, onun təməllərini gücləndirməklə yanaşı, beynəlxalq arenadakı nüfuzunu da artıtdı.

 

 

Bizim üçün qürurvericidir ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün Müzəffər Ali Baş Komandanımızın tərəfindən böyük uğur və qətiyyətlə davam etdirilir. Biz də bir fərd, bir vətəndaş olaraq Prezidentimizin ətrafında sıx birləşməklə yanaşı, Heydər Əliyev ideyalarının təbliğində də fəal iştirak etməli, gənc nəslin bu ideyaları dərindən mənimsəməsini təmin etməliyik. Bu, həm milli kimliyimizin və tariximizin qorunub saxlanılması, həm də gələcək uğurlarımızın təminatı baxımından həyati əhəmiyyətə malikdir”.

Ehsan süfrəsində Ümummilli Lider Heydər Əliyevin ruhuna dualar oxunub, Prezident İlham Əliyev siyasətinə dəstək ifadə olunub.

 

Seymur ƏLİYEV

Əvvəlki Yazı

Qazaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda tədbir keçirilib

Növbəti Yazı

Əvvəlcədən deyilənlər təsdiqini tapdı. Emil Ağacanov anlaqsız hesab edildi

EKSKLUZİV

Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb

Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb

16 İyul 2026 / 11:24
0
Azərbaycana turist axınının azalmasının səbəbi…

Azərbaycana turist axınının azalmasının səbəbi…

16 İyul 2026 / 11:17
0
ABŞ-də üzərində Trampın təsviri olan qızıl sikkə buraxılacaq – FOTO

ABŞ-də üzərində Trampın təsviri olan qızıl sikkə buraxılacaq – FOTO

16 İyul 2026 / 11:00
0
Hansı duz daha faydalıdır: Himalay, yoxsa dəniz duzu?

Hansı duz daha faydalıdır: Himalay, yoxsa dəniz duzu?

16 İyul 2026 / 10:46
0

XƏBƏR LENTİ

Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb

Azərbaycana turist axınının azalmasının səbəbi…

ABŞ-də üzərində Trampın təsviri olan qızıl sikkə buraxılacaq – FOTO

Hansı duz daha faydalıdır: Himalay, yoxsa dəniz duzu?

Azərbaycan neftinin ən iri idxalçıları – Siyahı

Oyuna yaxşı hazırlaşmışıq – Qurbanov

Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

Yeni 100 manatlıqlar tədavüldə – FOTO

“İlk elektron diplom artıq təqdim edilib” – İdarə rəisi

Leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bu il Azərbaycana 500-dən çox elektromobil idxal edilib

FHN əhaliyə müraciət edib

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasına dəyişiklik edilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

İnsan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib

Azərbaycanda diplomların elektron formatda verilməsinə başlanıldı

Xəzər 30 ildə 3 metr dayazlaşıb

Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verib

Hərbi əməliyyatların davam etdiyi ərazilərdə işləməyin! – Rəsmi Bakı

Azərbaycanın 6 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb

DÇ finalında fasilə 25 dəqiqə olacaq – Səbəb

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Adəm İsmayıl Bakuvi : “Azərbaycan ilə Slovakiya arasındakı tərəfdaşlığın mühüm sütunlarından biri qarşılıqlı maraqlara xidmət edən iqtisadi əlaqələrdir”

Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək

Çimərliyə getmək istəyənlərin nəzərinə!

Bu küçədə hərəkət istiqaməti dəyişdirilir

Dənizdə boğulmalar artdı: səbəb qumun daşınmasıdır?

Zidan Fransa millisinin baş məşqçisi olacaq

Qarabağ Universitetində ikili diplom proqramına start verilir

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.