Macarıstan Avropa İttifaqının “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana 20 milyon avro məbləğində hərbi yardımın ayrılmasına qoyduğu vetonu ləğv edib.
Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Avropa üzrə redaktoru Rikard Yozvyak mənbələrə istinadla məlumat verib.
Onun sözlərinə görə, qərarın yekun rəsmiləşdirilməsinin 2026-cı ilin yanvarında başa çatdırılması gözlənilir.
Qeyd edək ki, “Avropa Sülh Fondu” 2021-ci ildə yaradılıb və Aİ-nin birlikdən kənar ölkələrə hərbi yardım göstərməsi üçün əsas alətlərdən biri hesab olunur.
Son dövrlərə qədər fondun vəsaitlərinin əsas hissəsi Ukraynaya yönəldilib.









