Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

İcra başçılarını “ipdən alan” qərar

Dekabr 17, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41

Bir sıra icra hakimiyyətlərində şöbələr ləğv edilərək sektorlarla əvəzlənir; gələn il İH-lərin ləğvi üçün referendum keçiriləcəyi iddiaları doğrula bilərmi?
Bakı şəhərinin rayonlarının bir sıra icra hakimiyyətlərində şöbələr ləğv edilərək sektorlarla əvəzlənib. Bundan başqa, bəzi şöbələr birləşdirilib və həmin şöbələrə rəhbərliyi icra başçılarının müavinləri həyata keçirəcək. “Qaynarinfo”nun məlumatına görə, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqədi, Səbayel, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyətlərində arıq bu yenilənmə olub.

Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri bundan sonra müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili və ictimai-siyasi və humanitar məsələlər sektorunu kurasiya edəcək.

Başçının müavini sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili, eləcə də memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoruna nəzarəti həyata keçirəcək. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, habelə hüquq və inzibati işlər şöbəsi ləğv edilib və onların bazasında sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi yaradılıb. Sənədlərlə və vətəndaş müraciətləri və hüquq və kadr məsələləri sektoru yeni şöbəyə tabe olacaq.

Qeyd edək ki, icra hakimiyyəti başçısının şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin strukturunda da dəyişikliklər edilib. Bütün dəyişikliklər iki ay ərzində tamamlanacaq. O da bildirilir ki, ixtisar olunan əməkdaşlar Dövlət İmtahan Mərkəzi vasitəsilə müvafiq dövlət qurumlarında işlə təmin ediləcəklər.

Qeyd edək ki, icra hakimiyyətlərində son həbslərdən sonra bu strukturun birdəfəlik ləğvi mövzusu yenidən gündəmə gəlmişdi. Belə ki, oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat çərçivəsində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev saxlanılıb. İ.Rzayevə Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elan olunub. Onun barəsində 4 aylıq həbs qərarı verilib.

Noyabrın 1-də isə Qaradağ Rayon İcra Hakimiyyətində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yoxlama nəticəsində, icra başçısının müavini Nadir Muradov və bir sıra vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Konstitusiyanın 3-cü maddəsinə əsasən, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur: “Konstitusiyanın 6-cı fəsli bütövlükdə icra hakimiyyətinə aiddir. İcra hakimiyyətinin məsuliyyəti ilə bağlı konstitusiyanın 99-cu maddəsində qeyd olunur ki, Prezident icra hakimiyyətinin başında duran şəxsdir. İcra hakimiyyətinin məsuliyyəti Prezidentə aiddir. Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndinə əsasən, Prezident icra hakimiyyətinin fəaliyyətini formalaşdırmaq üçün icra hakimiyyəti orqanları yaradır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yuxarı icra orqanı hesab olunur. Konstitusiyanın 124-cü maddəsinə əsasən, yerlərdə rəhbərliyi icra hakimiyyəti başçıları həyata keçirir. Qanunvericiliklə icra hakimiyyətlərinin ləğvi yalnız konstitusiyaya uyğun şəkildə əlavə və dəyişikliklərin edilməsi ilə mümkündür. Yola salmaqda olduğumuz ildə İH ləğvi üçün referendum keçiriləcəyi haqda iddialar təsdiqlənmədi; amma növbəti ildə nə olacaq, bunu indidən demək çətindir…

REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a deyib ki, rayon icra hakimiyyətlərində islahat aparmağın nə mənası, nə də faydası var: “Ona görə ki, bu yurum institusional olaraq köhnəlib və funksionallığını itirib. Biz əgər yerlərdə idarəçilikdə ciddi müsbət irəliləyişə nail olmaq istəyiriksə, bunu köhnəlmiş icra hakimiyyətlərində şöbələrin ixtisarı, birləşdirilməsi və hansısa icra başçılarını həbs etməklə çətin nail ola bilərik. Artıq təcrübə də göstərir bunu, nə qədər icra başçıları həbs edilsə də, yerlərdə vəziyyət istənilən kimi düzəlmir. Deməli, yerli özünüidarəetmə institutlarına keçid olmalıdır. Hesab edirəm ki, indiki eksperiment də bir gün bitəcək və rayonlarda icra hakimiyyətlərinin ləğvi və yeni idarəetmə sisteminə keçidlə bağlı fundamental qərarlar qəbul olunacaq. Yəni sizin dediyiniz struktur dəyişiklikləri icra hakimiyyətlərinin ləğvi məsələsini tamamilə gündəmdən çıxarmaq hesab olunmamalıdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Əvvəlki Yazı

İnanılmaz iddia: sayımız artmaq əvəzinə azalacaq

Növbəti Yazı

Nüvə sintezi mərkəzinin direktoru evində GÜLLƏLƏNDİ

EKSKLUZİV

Nüvə sintezi mərkəzinin direktoru evində GÜLLƏLƏNDİ

Nüvə sintezi mərkəzinin direktoru evində GÜLLƏLƏNDİ

17 Dekabr 2025 / 12:02
0
İcra başçılarını “ipdən alan” qərar

İcra başçılarını “ipdən alan” qərar

17 Dekabr 2025 / 11:56
0
İnanılmaz iddia: sayımız artmaq əvəzinə azalacaq

İnanılmaz iddia: sayımız artmaq əvəzinə azalacaq

17 Dekabr 2025 / 11:54
0
Nazirin bu açıqlaması qalmaqal yaratdı

Nazirin bu açıqlaması qalmaqal yaratdı

17 Dekabr 2025 / 11:52
0

XƏBƏR LENTİ

Nüvə sintezi mərkəzinin direktoru evində GÜLLƏLƏNDİ

İcra başçılarını “ipdən alan” qərar

İnanılmaz iddia: sayımız artmaq əvəzinə azalacaq

Nazirin bu açıqlaması qalmaqal yaratdı

Böyük təhlükə gəlir – Dünyanın yeni KABUSU… ŞOK DETALLAR

Abbas Abbasov Türkiyədən Rusiyaya qaçdı

Azərbaycandan milyardları kimlər çıxarır?

Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)

Əhaliyə təcili XƏBƏRDARLIQ: Bu gündən BAŞLAYIR…

2100-cü ilə qədər dünyanı GÖZLƏYƏN TƏHLÜKƏ

Azərbaycanlı alimdən yeni kitab — “Məntiq”

Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Həkimdən SENSASİON açıqlama

Qazaxda sabiq vəzifəli şəxs dəfn olundu

Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

Elektron siqaretlər qadağan edilir – Milli Məclis yeni qanuna “hə” dedi

Milli Qvardiyanın komandanı vəzifəsindən azad olundu

Amnistiya bu şəxslərə şamil olunacaq

Tək yaşayan pensiyaçılara ŞAD XƏBƏR: Kommunal güzəştlər oluna, maliyyə yardımı edilə bilər…

Qar, şaxta və istilik problemləri: Bakı qışı rahat keçirə biləcəkmi?

Dünya bu xəbərlə ÇALXALANIR – Rusiya ilə Türkiyə üz-üzə

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

Moskvadan “Tramp marşrutu” ilə bağlı AÇIQLAMA: “Rusiyasız mümkün deyil”

İnzibati məsuliyyətlə bağlı qanunvericilik dəyişir

“Kupça”sız evlər problemi parlamentin GÜNDƏMİNDƏ

Dövlət qulluğu ilə bağlı qanuna MÜHÜM DƏYİŞİKLİKLƏR

Azərbaycanın axtarışa verdiyi Abbas Abbasov kimdir: Rusiya Abbas Abbasovu Azərbaycana verəcəkmi?

Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə

Bu tarixdə dünyanın SONU olacaq — PROQNOZ

Ekspert Emin Əmrullayevin yalanını üzə çıxardı – Video

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və… – Xidmət qaydası dəyişib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.