Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

İnanılmaz iddia: sayımız artmaq əvəzinə azalacaq

Dekabr 17, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41

Statistik göstəricilərdən də görünür ki, əvvəlki illərlə müqayisədə əhali artımında azalma müşahidə olunur

2025-ci ildə Azərbaycan əhalisi yalnız 0,3% artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında əhalinin sayı 32109 nəfər artaraq 0,3% artım göstərib. Ümumilikdə  2025-ci il noyabrın 1-i vəziyyətinə əhalinin  sayı 10 256 998 nəfərə çatıb. Statistik göstəricilərdən də görünür ki, əvvəlki illərlə müqayisədə əhali artımında azalma müşahidə olunur. Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında əhali 37766 nəfər, yəni 0,4% artmışdı, 2023-cü ildə isə artım 53625 nəfər, yəni 0,5% təşkil etmişdi. Nəticə onu göstərir ki, Azərbaycan əhalisi mütəmadi olaraq artmaqdadır, lakin illik artım tempi getdikcə aşağı düşür.

Azərbaycanda demoqrafik ləngimə artıq bir neçə ildir ki, aydın şəkildə görünür. Son 5 ildə ümumi əhali artımında 39 min nəfərlik azalmanın müşahidə olunması, son 10 ildə isə doğum dinamikasında təxminən 60 faizədək geriləmə baş verməsi bu problemin dərinliyini göstərir. 2023-cü ildə təbii artım təqribən 15 faiz azalmışdı, 2024-cü ildə də oxşar proses davam edib. Yəni mənzərə ardıcıl olaraq eyni istiqamətdə dəyişir və bu, gələcək üçün ciddi xəbərdarlıq siqnalıdır.

Sosioloq Mail Yaqubov mövzu ilə bağlı Modern.az-a açıqlamasında qeyd edib ki, doğumun sayının aşağı düşməsinin birinci səbəbi insanların dünyagörüşünün, həyata baxışının dəyişməsidir. İnsanların düşüncəsində kök salan özü üçün yaşamaq, övladdan – çoxuşaqlılıqdan imtina, “övladım olsa, hər şeylə təmin olunmalıdır” fikirləri burada güclü təsirə malikdir. İkinci səbəb maddi təminat çatışmazlığıdır. Amma varlı ata-ana da düşünür ki, həyata uşaq böyütmək üçün gəlməyib. Öz əyləncəsini, öz maraqlarını önə çəkir “.

Sosioloq bildirib ki, fərdlər halından məmnun görünə bilər: “Amma artımın olmaması cəmiyyət üçün, dövlət üçün ciddi faciədir. 70 ildən sonra Azərbaycan əhalisi 8 milyona düşə bilər. Real və effektli addımlar atılmalıdır. Dövlət 3-cü, 4-cü uşaq üçün böyük pul məbləği ödəməlidir”.

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bu, qlobal tendensiyadır. Onun sözlərinə görə, demoqrafik azalma dünyanın bir çox ölkələrində özünü göstərir: “Bu da dünya səviyyəsində bəşəri düşüncənin dəyişmə meylləri ilə bağlıdır. İnsanlar daha rahat yaşamaq istəyirlər. Onlar uşaq, ailə qayğısı çəkmək istəmirlər, eqoist həyat yaşamağa meylli olublar. Maraq doğuran məqam odur ki, Azərbaycanda heç vaxt indiyə kimi belə bir vəziyyət olmayıb. Çünki bizim cəmiyyətdə həm sovet dövründə, həm də sovet dövründən sonra həmişə çoxuşaqlı ailə trend olub. Bu həm də onunla bağlı idi ki, əhalinin təhsil səviyyəsi bir qədər aşağı idi. Ümumiyyətlə, tədqiqatlar onu göstərir ki, əhalinin mədəni-təhsil səviyyəsi ilə ailə planlaşdırması arasında bir korrelyasiya var. Təhsil və mədəni səviyyə yuxarı qalxdıqca ailə planlaşmasında az uşağa üstünlük verirlər.

El arasında belə bir ifadə var: kasıbın nəyi olmasa da, uşaqdan bol olur. Bunu ona görə deyirdilər ki, sovet dövründə müharibədən sonra insan itkisinin yerini doldurmaq üçün ailələr arasında müvafiq həvəsləndirmə tədbirləri keçirirdilər. Məsələn, “Qəhrəman ana” adı verilirdi və ya uşaqlara sosial müavinətlər ayrılırdı. Yaxud da çoxuşaqlı ailələrə növbədənkənar ev və ya maşın verilirdi. Lakin SSRİ dağılandan sonra bizim cəmiyyətdə dəyişiklik baş verdi. İnsanlar xarici ölkələrə gedib gəldilər və gördülər ki, orada çoxuşaqlı ailə dəbdə deyil. Belə bir düşüncə yarandı ki, az uşaq olsun, keyfiyyətli böyüdək. İndi bir, iki, ən yaxşı halda isə üç uşağa üstünlük verirlər. Statistikanı təhsil etsək, görərik ki, indi Azərbaycanda daha çox ikiuşaqlı ailələr üstünlük təşkil edir. Lakin hesab edirəm ki, demoqrafik təşviq siyasəti həyata keçirilməsə, motivasiya edən tədbirlər görülməsə, ailələr bundan sonra ancaq bir uşağa üstünlük verəcəklər”.

Sosioloqun fikrincə, “Childfree”(uşaqdan azad olma) deyilən bir tendensiyanın da Azərbaycana gəlmə təhlükəsi var. Onun sözlərinə görə, Azərbaycanda qanun surroqat ana institutuna imkan verməsə də, azərbaycanlılar bunu Gürcüstanda həyata keçirir: “Bu da insan düşüncəsində eqoizmdən xəbər verir. Daha rahat və hazır uşağa sahiblənmək istəyirlər. Bir sözlə, demoqrafik böhran ilk olaraq düşüncə məsələsi ilə bağlıdır. İnsanlar var ki, düşünür ki, nəyə görə dünyaya çox uşaq gətirsin, axı onun qayğı və problemləri var. Tək uşaq vaxtı deyil, böyüyəndə də övladının iş, mənzil kimi problemlərini həll etməlidir. Çünki uşaqlar böyüyəndə problemlə üzləşəndə valideynləri qınayırlar ki, niyə məni dünyaya gətirdin, problemin içərisinə atdın. Bu məsələlərlə üzləşməsinlər deyə insanlar çalışırlar ki, az uşaq olsun və yaxud da uşaq olmasın”.

Ü.Şəfiyev deyir ki, gənclər arasında da evlənməyə maraq azalıb. Sosioloq bildirir ki,  boşanmaların artan statistikası gəncləri qorxudur: “Gənclər əvvəlki nəsillərdən fərqli olaraq təhsil almaq, karyera qurmaq haqqında düşünürlər. Digər tərəfdən, gənclər üçün hansı işlərin görüldüyünü fikirləşməliyik. Təbii artıma təşviq etmək üçün demoqrafik təşviq alətləri çoxdur. Məsələn, uşaqlar üçün sosial müavinətlər bərpa olunmalı və diferensial sosial müavinət verilməlidir. Eyni zamanda Milli Məclisdə çoxuşaqlı ailə anlayışında uşaq sayının 5-dən 3-ə endirilməsi müzakirə olunurdu. Bu da yaxşı təşəbbüsdür. Çünki üç uşaqlı ailə olsa, çoxuşaqlıya şamil olunan imtiyazlardan onlar da yararlanacaq. Bu o deməkdir ki, Azərbaycanda yeni qurulan ailələr artıq üç uşağa üstünlük verəcəklər.

Bu yaxınlarda ABŞ prezidenti maraqlı təklif irəli sürdü ki, 2025-2028-ci illərdə doğulan uşaqların hesabına 1000 dollar civarında vəsait qoyulsun və o, qiymətli kağızlar bazarında depozit kimi artsın. Oxşar variantlar Azərbaycanda da tətbiq edilə bilər. Məsələn, lap hər uşağa 1000 dollar deyil, 100 dollar ayıra bilərlər.

Statistikaya görə, Azərbaycanda işsizlik 1,6 faizdir. Lakin gənclər arasında 11 faizin üzərindədir. Biz yaxşı olardı ki, gəncləri məşğulluqla təmin edək ki, onlar ailə qurmağa maraqlı olsunlar. 

2025-ci ildə Türkiyədə elan olunmuş “Ailə ili” çərçivəsində gənclərin ailə qurmasına dəstək məqsədilə müxtəlif təşviq proqramları təqdim edilib – yeni ailə quranlara faizsiz kreditlər, mənzil almaq üçün güzəştlər, bələdiyyə və dövlət qurumları tərəfindən toy xərclərinin qarşılanması və sair. Oxşar layihələr bir sıra digər ölkələrdə də reallaşdırılır. Türkiyədə həmçinin yeni qurulan ailələrə faizsiz kreditlər ayrıldı. Gənclər bunu 4 ildən sonra hissə-hissə ödəyə bilərlər. Həmin kreditlər onların mənzil almasına kömək edir. Azərbaycanda güzəştli mənzillər fondu var, amma bu, gənc ailələrin çox məhdud kateqoriyasını əhatə edir.

Eyni zamanda cəmiyyətdə ailə institutunun hörmətini artırmaq lazımdır. Gənclər ailəyə dəyər kimi yanaşsınlar”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Əvvəlki Yazı

Nazirin bu açıqlaması qalmaqal yaratdı

Növbəti Yazı

İcra başçılarını “ipdən alan” qərar

EKSKLUZİV

Nüvə sintezi mərkəzinin direktoru evində GÜLLƏLƏNDİ

Nüvə sintezi mərkəzinin direktoru evində GÜLLƏLƏNDİ

17 Dekabr 2025 / 12:02
0
İcra başçılarını “ipdən alan” qərar

İcra başçılarını “ipdən alan” qərar

17 Dekabr 2025 / 11:56
0
İnanılmaz iddia: sayımız artmaq əvəzinə azalacaq

İnanılmaz iddia: sayımız artmaq əvəzinə azalacaq

17 Dekabr 2025 / 11:54
0
Nazirin bu açıqlaması qalmaqal yaratdı

Nazirin bu açıqlaması qalmaqal yaratdı

17 Dekabr 2025 / 11:52
0

XƏBƏR LENTİ

Nüvə sintezi mərkəzinin direktoru evində GÜLLƏLƏNDİ

İcra başçılarını “ipdən alan” qərar

İnanılmaz iddia: sayımız artmaq əvəzinə azalacaq

Nazirin bu açıqlaması qalmaqal yaratdı

Böyük təhlükə gəlir – Dünyanın yeni KABUSU… ŞOK DETALLAR

Abbas Abbasov Türkiyədən Rusiyaya qaçdı

Azərbaycandan milyardları kimlər çıxarır?

Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)

Əhaliyə təcili XƏBƏRDARLIQ: Bu gündən BAŞLAYIR…

2100-cü ilə qədər dünyanı GÖZLƏYƏN TƏHLÜKƏ

Azərbaycanlı alimdən yeni kitab — “Məntiq”

Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Həkimdən SENSASİON açıqlama

Qazaxda sabiq vəzifəli şəxs dəfn olundu

Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

Elektron siqaretlər qadağan edilir – Milli Məclis yeni qanuna “hə” dedi

Milli Qvardiyanın komandanı vəzifəsindən azad olundu

Amnistiya bu şəxslərə şamil olunacaq

Tək yaşayan pensiyaçılara ŞAD XƏBƏR: Kommunal güzəştlər oluna, maliyyə yardımı edilə bilər…

Qar, şaxta və istilik problemləri: Bakı qışı rahat keçirə biləcəkmi?

Dünya bu xəbərlə ÇALXALANIR – Rusiya ilə Türkiyə üz-üzə

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

Moskvadan “Tramp marşrutu” ilə bağlı AÇIQLAMA: “Rusiyasız mümkün deyil”

İnzibati məsuliyyətlə bağlı qanunvericilik dəyişir

“Kupça”sız evlər problemi parlamentin GÜNDƏMİNDƏ

Dövlət qulluğu ilə bağlı qanuna MÜHÜM DƏYİŞİKLİKLƏR

Azərbaycanın axtarışa verdiyi Abbas Abbasov kimdir: Rusiya Abbas Abbasovu Azərbaycana verəcəkmi?

Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə

Bu tarixdə dünyanın SONU olacaq — PROQNOZ

Ekspert Emin Əmrullayevin yalanını üzə çıxardı – Video

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və… – Xidmət qaydası dəyişib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.