Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Tehrandan Zəngəzur dəhlizinə hədə – Əraqçi gedən kimi…

Dekabr 18, 2025
A A

REDAKTORUN SEÇİMİ

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59
Belə avtomobillə heç yerə getmərəm – Prezident

Belə avtomobillə heç yerə getmərəm – Prezident

13 İyul 26 / 14:00
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

11 İyul 26 / 13:26
Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

10 İyul 26 / 12:40

İranda mühafizəkar qanadla hökumətin “Tramp yolu”na baxışı üst-üstə düşmür – Bakı və İrəvandan sərt cavablar
İran ilk dəfə olaraq TRİPP layihəsini (“Tramp marşrutu”) “milli təhlükəsizliyinə təhdid” hesab edərək, açıq şəkildə ona qarşı çıxıb. Bu barədə dini lider Ayətullah Əli Xamneyinin baş müşaviri Əli Əkbər Vilayəti Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyanla görüşü zamanı deyib.

Onun sözlərinə görə, Trampın Qafqaz planının Zəngəzur dəhlizindən heç bir fərqi yoxdur və İran qəti şəkildə buna qarşıdır. “Dəhliz NATO-nun İranın şimalında mövcudluğu üçün şərait yaradır və İranın şimalı və Rusiyanın cənubu üçün (? – red.) ciddi təhlükəsizlik təhdididir. Bu plan praktik olaraq eyni layihədir, sadəcə, fərqli addadır və Amerika şirkətlərinin Ermənistana daxil olması yolu ilə həyata keçirilir”.

Vilayətiyə görə, ABŞ iqtisadi fəaliyyət bəhanəsi ilə regiona hərbi müdaxilə etmək istəyir. “İranın sərhədlərində hər hansı formada Amerika mövcudluğu açıq-aşkar təhlükəsizlik təsiri yaradır”, – Xamneyinin baş müşaviri əlavə edib.

Diqqətçəkicidir ki, İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani də eyni mövqedən çıxış edərək, Zəngəzur dəhlizinin İran üçün “qırmızı xətt” olduğunu bildirib.

Qeyd edək ki, hər iki şəxs, xüsusən də Vilayəti Bakı ilə Tehran arasında münasibətlərin normallaşdırılmasının əleyhdarlarından hesab olunur. Vilayəti müntəzəm şəkildə İran rəhbərliyinin ən mühafizəkar xəttinin mövqeyini əks etdirən təxribatçı bəyanatlar verir. Halbuki Pezeşkian hökumətinin məsələ ilə bağlı açıqlamaları olduqca neytraldır.

Elə bu günlərdə İranın xarici işlər naziri Abbas Əraqçi Bakı səfərindən sonra müsbət mesajlar verib, Tehranın Bakı ilə münasibətləri inkişaf etdirməyə və gücləndirməyə, hətta strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa hazır olduğunu bildirib. Gəl ki, Vilayətinin növbəti təxribatçı açıqlaması bu narrativi alt-üst edir.

“TRIPP layihəsi Zəngəzur dəhlizi deyil”. Bu, Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanın cavabıdır. Rubinyan vurğulayıb ki, TRIPP Ermənistanın tam suverenliyi, ərazi bütövlüyü və qanuniliyi çərçivəsində bərabərlik prinsiplərinə əsaslanaraq fəaliyyət göstərəcək biznes layihəsidir. O qeyd edib ki, Ermənistan tərəfi iranlı həmkarları ilə daim əlaqə saxlayır, onların bu məsələdəki həssaslıqlarını və maraqlarını nəzərə alır.

“İran Xarici İşlər Nazirliyi dəfələrlə bildirib ki, onun “qırmızı xətləri” nəzərə alınır və İran üçün imkanlar yaradılır. İnanıram ki, bu açıqlamalar qüvvədə qalır”, – deyə Rubinyan əlavə edib.

Spiker müavini vurğulayıb ki, istənilən ölkənin rəsmi mövqeyi onun Xarici İşlər Nazirliyi vasitəsilə ifadə olunur və bu halda İran Xarici İşlər Nazirliyinin bəyanatları nəzərə alınır.

O, həmçinin qeyd edib ki, əksər hallarda Ermənistan və İranın maraqları üst-üstə düşür. “Həmçinin Ermənistanın “qırmızı xətti” Ermənistan Respublikasının ərazisindən tranzit dəhlizinin olmamasıdır”, – deyə Rubinyan fikrini yekunlaşdırıb.

İrəvandan da cavab gəldiyi halda, bəs İranın qırğıları, konservatorlar nə istəyir, nəyə can atırlar? Bakının və İrəvanın bu mesaj və hədələrə cavabı nə olmalıdır?

Siyasi ekspert Elxan Şahinoğlunun sözlərinə görə, Vilayəti “Tehran Zəngəzur dəhlizinə qarşıdır” desə də, İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi Zəngəzur dəhlizinin əleyhinə deyil: “Buna baxmayaraq, Vilayətinin açıqlamasından bir daha anlaşılır ki, İranda müxtəlif məsələlərə olduğu kimi Zəngəzur dəhlizinə baxışda da hakim qüvvələrin iki fərqli mövqeyi var. Vilayətinin simasında isə mühafizəkarlar Məsud Pezeşkianla əks fikirdədirlər. Mühafizəkarların Zəngəzur dəhlizinin əleyhinə olmaları mövcud reallığı dəyişmir. Dəhlizin inşası davam edir və Ermənistanda fövqəladə hadisə baş verməsə “Tramp yolu” uzaqbaşı 2028-ci ilin sonlarına qədər işə düşəcək”.

Analitikin fikrincə, məsələnin maraqlı tərəfi başqadır: “Ermənistan Xarici İşlər Nazirliyi İrandakı mühafizəkarların, o cümlədən Vilayətinin Zəngəzur dəhlizi əleyhinə olduğunu bildiyi halda, səfirini niyə onunla görüşə göndərib? Mümkündür ki, Vilayəti səfirlə görüşmək istəyib və erməni diplomat vasitəsilə baş nazir Nikol Paşinyana xəbərdarlıq mesajı göndərib. Vilayət eyni mesajı Azərbaycan səfiri vasitəsilə Bakıya göndərə bilməz. Çünki Azərbaycanın İrandakı səfiri Bakının təlimatı olmadan Vilayəti ilə görüşməz. Belə bir təlimata isə ehtiyac yoxdur”.

Professor Qabil Hüseynli İranın beş ildir ki, dəhlizə qarşı hibrid müharibə apardığını müşahidə edir. Onun fikrincə, Azərbaycandan Azərbaycana keçid bütün hallarda təmin olunmalıdır. Professor hesab edir ki, Tehran yaxasını nə qədər istəyir cırsın, Azərbaycanın Naxçıvana quru yol təminatı onun suveren haqqıdır. O ki qaldı ABŞ-nin Zəngəzur dəhlizinə “Tramp marşrutu” adı ilə yerləşməsinə, politoloq bu məsələnin Azərbaycanı az maraqlandırdığını düşünür: “Çünki razılaşma Birləşmiş Ştatlarla Ermənistan arasında olub. Dəhlizdə 99 il Amerika şirkətinin olmasına da Ermənistan rəhbərliyi razılıq verib. Bu, İrəvanın daxili işidir. Qoy İran qardaşı hesab etdiyi Ermənistandan izahat tələb etsin ki, onun şimal sərhədlərinə nə üçün düşmən saydığı ölkənin şirkətini yerləşdirir. Qoy Tehrandakı rejim Paşinyandan soruşsun ki, onun “qırmızı xətti”ni niyə tapdalayır… Yəni Azərbaycanı müntəzəm olaraq İranla sərhədə “sionist rejimi” yerləşdirməkdə ittiham edən cənub qonşumuz özünə qardaş bildiyi Ermənistana bir baxsın, bir bizə. Ona görə də Azərbaycandan daha çox Ermənistan Vilayəti, Laricani kimi rejimin əsas adamlarının çıxışlarına reaksiya verməlidir”.

Hüseynli İranın Zəngəzur dəhlizi əleyhinə apardığı təbliğatın nəticə verməsini gözləmir: “İran təxribatlara əl atmaq iqtidarında deyil. Vilayəti və Laricani ABŞ-nin iştirak etdiyi layihəyə təhdid yağdırarsa, cavabı olar. Tramp İrana daha ağır cəza verə bilər. 12 günlük müharibə Tehran rejimi üçün bir dərs oldu. O səbəbdən, İranın dəhlizə qarşı eskalasiya xarakterli hərəkətləri olarsa, çox ciddi bir münaqişə başlaya bilər. Təbii ki, İran və müttəfiqi Rusiya dəhlizə mane olmağa çalışacaq. Bu da Paşinyana təzyiqlə mümkündür. Əgər Qərbdən Paşinyana ciddi dəstək olarsa, hər iki tərəfin təzyiqlərinə tab gətirə bilər. Sadəcə, İran hökumət üzvləri dini rejimin nümayəndələrindən fərqli danışır, dəhlizin əhəmiyyətini vurğulayırlar. Görünür ki, bu məsələdə ikitirəlik var”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Əvvəlki Yazı

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

Növbəti Yazı

“Qanunsuzluq xaos gətirir, xaos da dağıntı, DTX isə …”

EKSKLUZİV

Azərbaycana turist axınının azalmasının səbəbi…

Azərbaycana turist axınının azalmasının səbəbi…

16 İyul 2026 / 11:17
0
ABŞ-də üzərində Trampın təsviri olan qızıl sikkə buraxılacaq – FOTO

ABŞ-də üzərində Trampın təsviri olan qızıl sikkə buraxılacaq – FOTO

16 İyul 2026 / 11:00
0
Hansı duz daha faydalıdır: Himalay, yoxsa dəniz duzu?

Hansı duz daha faydalıdır: Himalay, yoxsa dəniz duzu?

16 İyul 2026 / 10:46
0
Azərbaycan neftinin ən iri idxalçıları – Siyahı

Azərbaycan neftinin ən iri idxalçıları – Siyahı

16 İyul 2026 / 10:28
0

XƏBƏR LENTİ

Azərbaycana turist axınının azalmasının səbəbi…

ABŞ-də üzərində Trampın təsviri olan qızıl sikkə buraxılacaq – FOTO

Hansı duz daha faydalıdır: Himalay, yoxsa dəniz duzu?

Azərbaycan neftinin ən iri idxalçıları – Siyahı

Oyuna yaxşı hazırlaşmışıq – Qurbanov

Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

Yeni 100 manatlıqlar tədavüldə – FOTO

“İlk elektron diplom artıq təqdim edilib” – İdarə rəisi

Leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bu il Azərbaycana 500-dən çox elektromobil idxal edilib

FHN əhaliyə müraciət edib

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasına dəyişiklik edilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

İnsan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib

Azərbaycanda diplomların elektron formatda verilməsinə başlanıldı

Xəzər 30 ildə 3 metr dayazlaşıb

Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verib

Hərbi əməliyyatların davam etdiyi ərazilərdə işləməyin! – Rəsmi Bakı

Azərbaycanın 6 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb

DÇ finalında fasilə 25 dəqiqə olacaq – Səbəb

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Adəm İsmayıl Bakuvi : “Azərbaycan ilə Slovakiya arasındakı tərəfdaşlığın mühüm sütunlarından biri qarşılıqlı maraqlara xidmət edən iqtisadi əlaqələrdir”

Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək

Çimərliyə getmək istəyənlərin nəzərinə!

Bu küçədə hərəkət istiqaməti dəyişdirilir

Dənizdə boğulmalar artdı: səbəb qumun daşınmasıdır?

Zidan Fransa millisinin baş məşqçisi olacaq

Qarabağ Universitetində ikili diplom proqramına start verilir

AMEA Bakıdan köçürülür?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.