Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Təhsil nazirinin açıqlaması ARANI QARIŞDIRDI

Dekabr 23, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05
Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00

Elm və təhsil naziri Emin Əmrullayev müsahibəsində deyib ki, kiçik məktəblərimizdə çox ciddi keyfiyyət problemi var:

“Sinifdə 3 nəfər uşaq varsa, onlarla hansı formada pedaqoji prosesi qurmaq olar? Normal sayda şagirdi olan siniflər 3-4 nəfərlik siniflərdən daha səmərəlidir. Elə məktəblərimiz var ki, orada işləyən heyətin sayı şagirdlərin sayından 2 dəfə çoxdur. Növbəti sentyabr ayından şagird sayı az olan məktəblərdə distant təhsilə keçilməsi planlarımızda var. Biz buna uşaqların rahatlığı yönündən baxırıq. Düşünürük ki, bu model mümkündür və icra olunacaq. Bu model gündəmdədir və növbəti tədris ilindən belə bir pilot layihə olacaq”.

Nazirin bu açıqlaması təhsil ictimaiyyəti arasında birmənalı qarşılanmayıb. Qeyd edilir ki, distant təhsilin tətbiqi təhsilin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər.

Yada salaq ki, pandemiya dövründə distant təhsil uğursuz nəticələrlə yadda qaldı. Təcrübə göstərdi ki, ucqar rayon və kəndlərdə elektrik enerjisinin fasiləli olması, internetin zəifliyi, eləcə də bir çox şagirdlərin planşet və kompüterlə təmin olunmaması dərs prosesindən kənarda qalanların sayını artırıb və davamiyyət ciddi şəkildə aşağı düşüb. Bu baxımdan yeni yanaşmanın nə dərəcədə real və effektiv olacağı sual doğurur.

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Musavat.com-a deyib ki, Azərbaycanın ucqar rayon və kəndlərində təhsil müəssisələrinin optimallaşdırılması zəruridir: “Bu baxımdan Emin Əmrullayevin səsləndirdiyi mövqe əsaslıdır. Ölkədə elə ucqar yaşayış məntəqələri var ki, bəzi məktəblərdə auditoriyalarda bir, iki, maksimum üç-dörd şagird təhsil alır. Belə hallarda həmin şagirdlərin mərkəzə daşınması və ya şəhər mərkəzində fəaliyyət göstərən özəl təhsil müəssisələrinə yönləndirilməsi bir şagird üçün deyil, ümumilikdə təhsil sistemi üçün əlavə xərc deməkdir ki, bu da dövlət büdcəsinə əlavə yük yaradır. İstənilən halda hətta bir şagirdin belə təhsil hüququ mütləq təmin olunmalıdır. Biz həmin bir şagirdin də hansı formada və hansı yollarla təhsil alacağını düşünməliyik. Onun Konstitusiyada təsbit olunmuş təhsil hüququnun təmin edilməsi dövlətin borcudur. Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, hər bir vətəndaş üçün təhsilin əlçatanlığı təmin olunmalıdır”.

Ekspert qeyd edib ki, alternativlərdən biri Elm və Təhsil Nazirliyi tərəfindən son illər həyata keçirilən optimallaşma və rasionalizasiya tədbirləridir: “Bu proses çərçivəsində şagird sayı az olan bir sıra məktəblər bağlanıb və həmin məktəblərdə təhsil alan şagirdlər yaxın ərazilərdə yerləşən digər məktəblərə yönləndirilib. Bu proses hazırda da davam edir və burada əsas iki tərəf – müəllim və şagird amili nəzərə alınmalıdır”.

Elçin Əfəndi vurğulayıb ki, məktəblərin birləşdirilməsi zamanı məsafə amili ortaya çıxır və bu da şagirdlərin daşınması məsələsini gündəmə gətirir: “Şagirdlərin bir yerdən digər yerə daşınması üçün xüsusi servis xidmətlərinin təşkili zərurəti yaranır. Təəssüf ki, bu prosesdə bəzən bürokratik əngəllər də müşahidə olunur”.

Ekspertin sözlərinə görə, alternativ variantlardan biri də distant təhsildir. O bildirib ki, distant təhsilin nə dərəcədə effektiv olduğunu Azərbaycan 2020-ci ildə pandemiya dövründə aydın şəkildə gördü:“Biz distant təhsilə keçid etdik, amma bu keçidin 100 faiz ideal nəticə verdiyini deyə bilmərik. Şagirdlərin internetə çıxışı, internetin əlçatanlığı, elektrik enerjisi ilə fasiləsiz təminat, texniki və texnoloji avadanlıqlar – kompüterlər, planşetlər və digər vasitələrlə bağlı problemlər hələ də mövcuddur”.
Elçin Əfəndi hesab edir ki, distant təhsilə geniş keçiddən əvvəl bu texniki təminat məsələləri həll olunmalıdır:“Xüsusilə ucqar kəndlərdə internetin əlçatanlığı və elektrik təminatı ciddi problem olaraq qalır. Aidiyyəti qurumlar, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsinə cavabdeh strukturlar bölgələrdə internet infrastrukturunun gücləndirilməsi istiqamətində real addımlar atmalıdırlar”.

Ekspert qeyd edib ki, bütün bu məsələlər həll edildikdən sonra daha çevik model tətbiq oluna bilər: “Şagirdlər evdən deyil, yenə də məktəbə gələrək auditoriyalarda əyləşə, dərsləri isə distant şəkildə başqa bir müəllimdən ala bilərlər. Bu, istər məktəbin, istərsə də konkret sinfin rəqəmsallaşdırılması formasında təşkil oluna bilər. Dünya təcrübəsində bu modeldən geniş istifadə olunur və bu, həm təhsilin effektivliyini artırır, həm də əlavə büdcə xərclərinin qarşısını alır”.

Elçin Əfəndinin fikrincə, bu yanaşma şagirdlər üçün həm sosial baxımdan, həm də keyfiyyətli təhsilə çıxış imkanlarının genişlənməsi baxımından müsbət nəticələr verə bilər.

Əvvəlki Yazı

Vokal artistlərimiz “Bülbülün qonaqları” layihəsində alqışlarla qarşılandılar-FOTOLAR

Növbəti Yazı

Dövlət Komitəsinin ləğvi gündəmə gəldi – “Onların rütbələri də alınmalıdır”

EKSKLUZİV

İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib

İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib

01 Oktyabr 2026 / 21:33
1
“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı regional və qlobal təhlükəsizliyə töhfədir”

“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı regional və qlobal təhlükəsizliyə töhfədir”

01 Oktyabr 2026 / 16:18
2
Ermənistan İrana sanksiyalara qoşulur – Paşinyan

Ermənistan İrana sanksiyalara qoşulur – Paşinyan

01 Oktyabr 2026 / 16:00
2
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

01 Oktyabr 2026 / 15:47
0

XƏBƏR LENTİ

İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib

“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı regional və qlobal təhlükəsizliyə töhfədir”

Ermənistan İrana sanksiyalara qoşulur – Paşinyan

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Paşinyan: katolikosun getməsi üçün hər şey edəcəyik

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Sabah Bakıya yağış yağacaq

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bu tarixdən yollarda nəzarət güclənəcək

Bağçada işləmək istəyənlərə şad xəbər

Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

Səlim Müslümovla bağlı yeni xəbər – O, müəllim deyilmiş – EKSKLÜZİV

Kreditlə bağlı yeni məhdudiyyət qüvvəyə mindi

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycandakı ahılların SAYI

Oktyabrın dörd günü meteor yağışı olacaq

Prezident forum iştirakçılarına müraciət ünvanladı

“TikTok” Azərbaycanda vergi uçotuna alındı

Bakıda AQEM Media Forumu keçirilir

Prezident İlham Əliyev Çin liderini təbrik edib

Qazaxda 1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Bakıda CAMCA Regional Forum 2026 keçirilir

Azərbaycan nefti bahalaşıb

Tovuz Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-in Qazax korpusunun tələbələri və rayonda peşə siniflərində təhsil alan şagirdlərlə görüş keçirilib

İcra başçısı rayonun Ağköynək kəndində və şəhərdə bir qrup vətəndaşın müraciətini dinləyib

Rəqəmsal Məcəllə hazırlanacaq

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək

Elman Rüstəmov məşhur şadlıq evini satdı

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.