Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

Təyyarədə azərbaycanlının 74 min dollarını oğurladı – 20 ay həbs aldı! Dünya mediası bu hadisədən yazır!

Dekabr 24, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05
Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00

Dubaydan Sinqapura uçan “Singapore Airlines” aviaşirkətinə məxsus reysdə azərbaycanlı sərnişinə məxsus yüksək dəyərli baqajı oğurlamağa cəhd edən şəxs Sinqapur məhkəməsi tərəfindən 20 ay müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com xəbər verir ki, hadisə beynəlxalq mediada, o cümlədən “The Independent” nəşrində geniş işıqlandırılıb.

Məlumata görə, Çin vətəndaşı, 26 yaşlı Liu Minq avqustun 7-də Dubaydan Sinqapura həyata keçirilən uçuş zamanı biznes-klassda yerləşərək məqsədli şəkildə varlı sərnişinləri hədəf alıb. Prokurorluğun açıqlamasında bildirilir ki, o, reysə digər sərnişinlərin yüksək dəyərli əşyalarını oğurlamaq niyyəti ilə minib.

İstintaq materiallarına əsasən, Liu Minq azərbaycanlı kişinin oturduğu yerdən beş sıra öncə, onun həyat yoldaşının isə bir sıra önündə əyləşib. Avqustun 8-nə keçən gecə, şam yeməyindən sonra təyyarənin salonunda işıqlar zəiflədikdə, o, hərəkətə keçib. Zərərçəkən kişi yatdığı halda, həyat yoldaşı qısa mürgüdən oyanaraq Liu Minqin ərinə məxsus baqajı yuxarı rəfdən götürüb öz yerinə apardığını görüb.

Qadın dərhal təqsirləndirilən şəxsin üzərinə şığıyıb. Lakin onun cavabını anlaya bilmədiyindən təyyarə heyətinə müraciət edib. Oğurluğun ifşa olunduğunu anlayan Liu Minq baqajı geri qaytararaq əvvəlki yerinə qoyub və ekipaja çantanı səhvən öz əşyası ilə qarışdırdığını bildirib. Lakin təyyarə “Changi Airport” hava limanına endikdən sonra o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məhkəmə iclasında açıqlanan məlumatlar isə şok effektlidir. Məlum olub ki, azərbaycanlı sərnişinə məxsus çantada ümumi dəyəri təxminən 74 min ABŞ dollarını aşan əşyalar var imiş. Bunlara müxtəlif valyutalarda nağd pul, təxminən 1 550 dollar dəyərində “Huawei” noutbuku, 4 min dollar dəyərində 56 ədəd siqar, təxminən 26 min dollar dəyərində “Chopard” markalı saat və təxminən 38 min dollar dəyərində “Audemars Piguet” saatı daxil idi.

Zərərçəkənin həyat yoldaşının vaxtında müdaxiləsi nəticəsində heç bir əşya itirilməyib. Liu Minq məhkəmədə oğurluq maddəsi üzrə təqsirini tam etiraf edib və 20 ay müddətinə azadlıqdan məhrum olunub.

Hadisənin maraqlı tərəfi isə oğrunun hədəfində olan azərbaycanlı ailənin kimliyi və onların yalnız bir çantada bu qədər yüksək məbləğdə vəsait və dəyərli əşya daşımasıdır.

“The Independent” zərərçəkənlərin şəxsiyyətini açıqlamayıb. Bununla belə, fakt ölkə daxilində və beynəlxalq müstəvidə geniş müzakirələrə səbəb olub.

Bizə də maraqlıdır: bu qədər zəngin azərbaycanlılar kimdir və onların yalnlz birinin çantasında olan bunca vəsaiti ölkədən necə çıxarıblar?

Əvvəlki Yazı

Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir

Növbəti Yazı

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

EKSKLUZİV

İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib

İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib

01 Oktyabr 2026 / 21:33
1
“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı regional və qlobal təhlükəsizliyə töhfədir”

“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı regional və qlobal təhlükəsizliyə töhfədir”

01 Oktyabr 2026 / 16:18
2
Ermənistan İrana sanksiyalara qoşulur – Paşinyan

Ermənistan İrana sanksiyalara qoşulur – Paşinyan

01 Oktyabr 2026 / 16:00
2
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

01 Oktyabr 2026 / 15:47
0

XƏBƏR LENTİ

İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib

“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı regional və qlobal təhlükəsizliyə töhfədir”

Ermənistan İrana sanksiyalara qoşulur – Paşinyan

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Paşinyan: katolikosun getməsi üçün hər şey edəcəyik

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Sabah Bakıya yağış yağacaq

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bu tarixdən yollarda nəzarət güclənəcək

Bağçada işləmək istəyənlərə şad xəbər

Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

Səlim Müslümovla bağlı yeni xəbər – O, müəllim deyilmiş – EKSKLÜZİV

Kreditlə bağlı yeni məhdudiyyət qüvvəyə mindi

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycandakı ahılların SAYI

Oktyabrın dörd günü meteor yağışı olacaq

Prezident forum iştirakçılarına müraciət ünvanladı

“TikTok” Azərbaycanda vergi uçotuna alındı

Bakıda AQEM Media Forumu keçirilir

Prezident İlham Əliyev Çin liderini təbrik edib

Qazaxda 1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Bakıda CAMCA Regional Forum 2026 keçirilir

Azərbaycan nefti bahalaşıb

Tovuz Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-in Qazax korpusunun tələbələri və rayonda peşə siniflərində təhsil alan şagirdlərlə görüş keçirilib

İcra başçısı rayonun Ağköynək kəndində və şəhərdə bir qrup vətəndaşın müraciətini dinləyib

Rəqəmsal Məcəllə hazırlanacaq

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək

Elman Rüstəmov məşhur şadlıq evini satdı

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.