Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Qazaxda 1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Oktyabr 1, 2026
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05
Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00

Qazaxda 1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramı günüdür. 108 il əvvəl əsası qoyulan Azərbaycan Prokurorluğu müxtəlif tarixi mərhələlərdən keçərək, bu gün müasir hüquq-mühafizə təsisatlarından birinə çevrilib. Bu yol dövlət quruculuğunun mürəkkəb və mühüm mərhələləri, müstəqilliyin bərpası, hüquqi islahatlar və ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnir. Artıq 28 ildir ki, hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını qeyd edirlər. Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli Sərəncam imzalayıb.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 108 illiyi qeyd olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax Rayon Prokuroru, baş ədliyyə müşaviri Rövşən Əliyev, digər prokurorluq əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzüb, böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ulu Öndərin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən stendlərlə tanış olublar.

Əlamətdar gün münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sekorunun baş məsləhətçisi Gülnar Quluyeva tədbiri açıq elan edərək iştirakçıları və prokurorluq əməkdaşlarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 108 illiyi münasibətilə Baş Prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev başda olmaqla, prokurorluq sahəsində çalışan bütün əməkdaşları təbrik edib, ən xoş arzularını çatdırıb. İcra başçısı Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli varisi Prezident İlham Əliyev tərəfindən Azərbaycan Prokurorluğunun beynəlxalq standartlara uyğun dövlət təsisatı kimi formalaşması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlardan söz açıb. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Prezident İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasətinin bu gün öz bəhrəsini verdiyini qeyd edib. Dövlət başçısının siyasi iradəsinə müvafiq olaraq, prokurorluğun kadr korpusunun şəffaf prosedurlar əsasında yenilənməsi istiqamətində məqsədyönlü addımlar atıldığını vurğulayıb. İcra başçısı Azərbaycan Prokurorluğunun 108 illiyini və peşə bayramlarını qalib ölkənin vətəndaşları kimi Zəfər əhvali-ruhiyyəsi ilə qeyd edən prokurorluq əməkdaşlarının bu gün öz fəaliyyətlərini yeni çağırışlara, müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun qurmaqla qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində yorulmadan çalışdıqlarını qeyd edib.

Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd diviziyasının komandiri, Vətən müharibəsi iştirakçısı, Cəbrayılın və Zəngilanın azad olunmasında, həmçinin İran-Azərbaycan Dövlət Sərhəddinin 132 km məsafəsini işğaldan tam azad edərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raportla məruzə etmiş general-mayor Misir Əliyev, Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov, Qazax Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Vüsal Qurbanov və başqaları çıxış edərək hüquq-mühafizə orqanlarının rəhbərləri adından Baş Prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev başda olmaqla, prokurorluq sahəsində çalışan bütün əməkdaşları təbrik edib, səmimi ürək sözlərini çatdırıblar. Azərbaycan Prokurorluğunun tarixinə və keçdiyi inkişaf yoluna bir daha nəzər salan natiqlər müstəqil, suveren, qalib Azərbaycan dövlətinin çiçəklənməsi naminə şərəfli işlərində, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Qazax rayon prokuroru, baş ədliyyə müşaviri Rövşən Əliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Baş Prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin prokurorluq orqanlarında çalışan əməkdaşlara ünvanladığı təbrik məktubunu səsləndirib, ünvanlarına səslənən xoş sözlərə, səmimi təbriklərə görə başda baş prokuror olmaqla, rayon rəhbərliyinə, digər çıxışçılara razılığını ifadə edib. R.Əliyev Prokurorluq orqanları üçün 108 il əvvəl əsası qoyulan yolun dəyişən zamanla, yenilənən tələblərlə və qarşıda duran yeni vəzifələrlə bu gün də uğurla davam etdiyini bildirib. Zaman dəyişdikcə prokurorluğun qarşısında dayanan vəzifələrin də yeniləndiyini, dəyişməyən əsas məqamın isə dövlətçilik, qanunçuluq və insan hüquqlarının qorunmasına xidmət etmək olduğunu qeyd edib. Rayon prokuroru bundan sonra da xalq və dövlət naminə üzərinə düşən vəzifələrin öhtəsindən layiqincə gəlmək üçün var qüvvələri ilə çalışacaqlarını söyləyib. R.Əliyev prokurorluq işçilərinin peşə bayramı ərəfəsində onların əməyinə verilən dövlət qiymətini yüksək dəyərləndirib. Prezident İlham Əliyevin sentyabrın 28-də imzaladığı “Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında” Sərəncama əsasən, 1 nəfərə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi, 2 nəfərə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi, 1 nəfərə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilməsini,  dövlətimizin başçısının digər Sərəncamı ilə 4 nəfərin “Tərəqqi” medalı, 18 nəfər “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif olunmasını

prokurorluq orqanlarında çalışan əməkdaşların əməyinə verilən ən ali dəyər kimi qiymətləndirib.

1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə əmək funksiyalarını peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə Qazax rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Əmirli Nihad Telman oğlu və Qazax rayon prokurorluğunun müstəntiqi, III dərəcəli hüquqşünas Hacıyev Orxan Həsən oğlu Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.

Əvvəlki Yazı

Bakıda CAMCA Regional Forum 2026 keçirilir

Növbəti Yazı

Prezident İlham Əliyev Çin liderini təbrik edib

EKSKLUZİV

Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

02 Oktyabr 2026 / 14:03
0
Vasif Talıbov YAP-dan çıxarılır

Vasif Talıbov YAP-dan çıxarılır

02 Oktyabr 2026 / 13:59
0
Azərbaycanda pul bazası 15%-dən çox artıb

Azərbaycanda pul bazası 15%-dən çox artıb

02 Oktyabr 2026 / 12:00
0
Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

02 Oktyabr 2026 / 10:47
2

XƏBƏR LENTİ

Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

Vasif Talıbov YAP-dan çıxarılır

Azərbaycanda pul bazası 15%-dən çox artıb

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir

Azərbaycanda işçilərin ezamiyyət qaydaları dəyişib

Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşıb

İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib

“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı regional və qlobal təhlükəsizliyə töhfədir”

Ermənistan İrana sanksiyalara qoşulur – Paşinyan

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Paşinyan: katolikosun getməsi üçün hər şey edəcəyik

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Sabah Bakıya yağış yağacaq

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bu tarixdən yollarda nəzarət güclənəcək

Bağçada işləmək istəyənlərə şad xəbər

Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

Səlim Müslümovla bağlı yeni xəbər – O, müəllim deyilmiş – EKSKLÜZİV

Kreditlə bağlı yeni məhdudiyyət qüvvəyə mindi

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycandakı ahılların SAYI

Oktyabrın dörd günü meteor yağışı olacaq

Prezident forum iştirakçılarına müraciət ünvanladı

“TikTok” Azərbaycanda vergi uçotuna alındı

Bakıda AQEM Media Forumu keçirilir

Prezident İlham Əliyev Çin liderini təbrik edib

Qazaxda 1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Bakıda CAMCA Regional Forum 2026 keçirilir

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.