Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Qohumun adına kredit götürənlərin NƏZƏRİNƏ – Bu halda…

Dekabr 26, 2025
A A

REDAKTORUN SEÇİMİ

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59
Belə avtomobillə heç yerə getmərəm – Prezident

Belə avtomobillə heç yerə getmərəm – Prezident

13 İyul 26 / 14:00
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

11 İyul 26 / 13:26
Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

10 İyul 26 / 12:40

Azərbaycanda son illər bank kreditləri ilə bağlı ən ciddi problemlərdən biri də kreditlərin tanışın, qohumun və ya üçüncü şəxsin xahişi ilə başqa bir vətəndaşın adına rəsmiləşdirilməsidir. Bir çox hallarda krediti faktiki olaraq istifadə edən şəxs ödənişləri etmədikdə, hüquqi məsuliyyət tam şəkildə kredit müqaviləsində adı olan vətəndaşın üzərində qalır. Nəticədə həmin şəxs borclu vəziyyətə düşür, kredit tarixçəsi korlanır və məcburən başqasının borcunu ödəməli olur.

Bu problem həm hüquqi boşluqlar, həm də maliyyə savadlılığının yetərsizliyi fonunda geniş yayılıb. Məsələ burasındadır ki, mövcud mexanizmlər vətəndaşı kifayət qədər qorumur və real istifadəçi ilə hüquqi borclu arasında ciddi uyğunsuzluq yaranır.

Bu vəziyyətdə bank sistemi, qanunvericilik və nəzarət mexanizmləri hansı addımları ata bilər ki, vətəndaş bu cür hallarda zərər görməsin?

Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, politoloq Xəyal Bəşirov bildirib ki, qeyd etdiyiniz mövzu gündəmdə olan bir mövzudur. Problemli kreditlər məsələsi ilə bağlı ən son məlumata görə, ötən illə, son bir illə müqayisədə problemli kreditlər 12 faizdən artıq artıb.

X. Bəşirovun sözlərinə görə, bu da kredit götürən şəxslərin ödəmə qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır.

Səbəblərə toxunan Xəyal Bəşirov qeyd edib: “İnsanların gəlirləri, iş yerləri ilə bağlı amillər var. Amma diqqətinizə çatdırım ki, Azərbaycan Qanunvericiliyinə görə, kredit müqaviləsini kredit verən və kredit götürən tərəf imzalayır. Burada yaxın şəxslərin, qohumların adına kreditlərin rəsmiləşdirilməsi özü-özlüyündə qanun tələblərinə ziddir. Ola bilər ki, kimlərinsə hüquq savadsızlığından və yaxud digər formalarda onları aldadaraq hansısa bir müqaviləyə imza atılması ola bilər. Bu həm bank əməkdaşları tərəfindən, həm də bu prosesə həmin o şəxsləri dəvət edən digər şəxslər tərəfindən, hansılar ki, burada kreditin götürülməsində maraqlıdırlar. Həmin o şəxslər tərəfindən qanunvericiliyin tələblərini kobud şəkildə pozulması deməkdir ki, bu da cinayət məsuliyyəti yaradır. Amma yaxın qohumların daha çox bu prosesdə zamin kimi iştirak etməsi məsələsi var ki, zamin duran şəxslər gələcəkdə əgər borclu ödənişi edə bilmirsə, o halda onlar zamin olaraq həmin kreditin ödənilməsinin təminatçısı kimi çıxış etməlidirlər. Borcu onlar ödəməlidirlər. Təbii ki, bunun da davamı kimi onlar gələcəkdə həmin o borclu şəxsləri öz növbələrində məhkəməyə verib onlardan həmin pulu tələb edə bilərlər.”

“Şəxslərin xahişi ilə yaxın qohumun adına kreditin rəsmiləşdirilməsi məsələsində məsuliyyət xahiş edən şəxslərin üzərinə düşür. Şəxsləri aldadırlar, onları müqaviləyə imza atdırırlar. Bu, həm bank əməkdaşları tərəfindən, həm də bunu edən, pulu alan şəxslər tərəfindən qanunvericiliyin tələblərinin pozulmasıdır. Amma kimdənsə xahiş etmək, xahiş əsasında ona həmin kreditin onun adına rəsmiləşdirilməsini həyata keçirmək, pulu özü götürmək gələcəkdə özü ödəmək məsələsinə gəldikdə isə burada məsuliyyət həmin şəxslərin üzərinə düşür. Yəni, kimdən xahiş olunubsa, o şəxs buna razılıq veribsə, o, anlamalıdır ki, kredit müqaviləsi üzrə borclu kimi çıxış edir. Gələcəkdə kredit ödənilməsə, buna məsuliyyət daşıyır. Çünki bu, xahiş əsasında öhdəliyi öz ürinə götürübsə, məsuliyyətinə də qatlaşmalıdır. Burada bank əməkdaşları da diqqətli olmalıdırlar. Çünki burada kredit bir şəxsin adına rəsmiləşdirilir. Amma digər şəxs bu prosesdən yararlanır. Hər bir halda bunu edən şəxs, imzanı atan vətəndaş unutmamalıdır ki, məsuliyyət daşıyır.”

Əvvəlki Yazı

Bəylər Eyyubovun həbsdəki qardaşı oğlu şikayət edib – O, azadlıq istəyir

Növbəti Yazı

FTB təhlükəli iranlı “general”ı axtarır

EKSKLUZİV

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 2026 / 18:22
2
Yeni 100 manatlıqlar tədavüldə – FOTO

Yeni 100 manatlıqlar tədavüldə – FOTO

15 İyul 2026 / 17:00
1
“İlk elektron diplom artıq təqdim edilib” – İdarə rəisi

“İlk elektron diplom artıq təqdim edilib” – İdarə rəisi

15 İyul 2026 / 16:46
3
Leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

15 İyul 2026 / 16:37
1

XƏBƏR LENTİ

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

Yeni 100 manatlıqlar tədavüldə – FOTO

“İlk elektron diplom artıq təqdim edilib” – İdarə rəisi

Leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bu il Azərbaycana 500-dən çox elektromobil idxal edilib

FHN əhaliyə müraciət edib

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasına dəyişiklik edilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

İnsan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib

Azərbaycanda diplomların elektron formatda verilməsinə başlanıldı

Xəzər 30 ildə 3 metr dayazlaşıb

Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verib

Hərbi əməliyyatların davam etdiyi ərazilərdə işləməyin! – Rəsmi Bakı

Azərbaycanın 6 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb

DÇ finalında fasilə 25 dəqiqə olacaq – Səbəb

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Adəm İsmayıl Bakuvi : “Azərbaycan ilə Slovakiya arasındakı tərəfdaşlığın mühüm sütunlarından biri qarşılıqlı maraqlara xidmət edən iqtisadi əlaqələrdir”

Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək

Çimərliyə getmək istəyənlərin nəzərinə!

Bu küçədə hərəkət istiqaməti dəyişdirilir

Dənizdə boğulmalar artdı: səbəb qumun daşınmasıdır?

Zidan Fransa millisinin baş məşqçisi olacaq

Qarabağ Universitetində ikili diplom proqramına start verilir

AMEA Bakıdan köçürülür?

Külək güclənəcək, leysan olacaq – SABAHIN HAVASI

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb

İncəsənət Gimnaziyasında nə baş verir? – Rəsmi açıqlama

“Barselona”nın titulları əlindən alına bilər: “Real Madrid”dən UEFA-ya SƏRT TƏLƏB

Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.