Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

İran YOL ayrıcında – REJİM dəyişikliyi, yoxsa sistemdə İSLAHAT…

Mart 2, 2026
A A

REDAKTORUN SEÇİMİ

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

21 Oktyabr 26 / 12:11
BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03

İrana qarşı hava əməliyyatı yəqin ki, bir neçə günə özünün pik məqamına çatacaq. Yalnız ondan sonra tərəflərin real itkilərindən, qalib və məğlubdan danışmaq mümkün olacaq. Orta variant istisnadır. Ona görə ki, tərəflər ötən ilin iyunundakı 12 günlük müharibədən – “baş məşq”dən özləri üçün müvafiq dərsləri götürüb.

Əlbəttə ki, silah-sursat arsenalının keyfiyyəti, üstünlüyü və davamlılığı da mütləq öz sözünü deyəcək. Həmçinin, informasiya-əsəb savaşının qalibi onda bəlli olacaq. Yəni, girdiyimiz həftə bütün mənalarda ümumən bölgə üçün də yetərincə kritik bir həftə…

Bu arada Reuters agentliyi belə bir məlumat yayıb ki, ABŞ-ın yüksək çinli rəsmiləri Əli Xameneinin öldürülməsinin İranda tezliklə rejim dəyişikliyinə səbəb olacağına şübhə ilə yanaşır. “Hücumdan əvvəl kəşfiyyat müəyyən edib ki, Xameneini islahatçılardan daha çox, sərt xətt tərəfdarlarından hansısa biri, ehtimal ki, SEPAH-dan kimsə əvəzləyəcək”, – məlumatda vurğulanır.

Ardınca qeyd olunur ki, amerikalı rəsmilər İranda hər hansı uğurlu qiyam üçün zəruri sayılan hərbi fərarilik əlamətləri görmürlər. Mənbələrdən biri bu xüsusda bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) liderləri çətin ki, təslim olsunlar, nədən ki, “onlar geniş loyal şəbəkəyə malikdirlər”…

SEPAH Xameneinin qisasını alacağına söz verib

Sirr deyil ki, inqilabi situasiyalarda hakim elita, xüsusən də hərbi elita daxilində parçalanma ciddi rol oynayır. Bu da İranda hələ ki, müşahidə olunmur. Şübhəsiz, son söz həmişə xalqındır. Belə bir klassik deyim var: “Hər xalq öz hakimiyyətinə layiqdir”. İstər demokratik idarəçilik olsun, istərsə də qeyri-demokratik.

Bu da faktdır və onun çoxlu örnəkləri var ki, İrandakı kimi avtokrat-klerikal və sərt rejimlərdə liderin şəxsiyyəti onun dayanıqlığı üçün mühüm önəm daşıyır. Belə rejimlərdə rəhbərin qəfil ölümündən və ya qətlindən sonra sistem heç nə olmayıbmış kimi yoluna davam edə bilməz. Əvəzsiz itkinin ağrısını ört-basdır etməyə çalışsalar da.

Ən azından, başa gələn faciələrdən doğru nəticə çıxarmaq baxımından dəyişiklik vacib görünür. Çünki müharibə diplomatik vasitələr tükənəndə başlayır…

İran nümunəsində də reformaların təzahürlərini yəqin ki, az sonra görəcəyik. Ola bilsin, bu, tezliklə olmasın. Amma bir aya, yaxud iki ya özünü mütləq göstərəcək. Hər halda, oradakı etirazçı kəsim heç yerə yox olmayıb. İrana hava hücumundan sonra onların sayının azalacağını düşünmək yanlış olar. Ancaq ayağa qalxmaq üçün zaman o zaman deyil.

Məsələ ondadır ki, xarici hərbi müdaxilə altında İranda güclü ictimai etiraz dalğasının qalxması az ehtimaldır. Ona görə ki, bu cür hərəkətlənməni geniş və narazı əhali kütləsi bir növ, özünə sığışdırmaz, özü haqda xarici gücün diktəsi ilə hərəkət edən proksi-qüvvə imici yaratmaq istəməz. Yəni, bir növ milli qürur məsələsi, instinkt.

Amma ara sakitləşəndən, bir qədər sonra mümkün görünür. O da xeyli dərəcədə hakim rejimin başında duranların yaşananlardan nə dərəcədə nəticə çıxarıb islahatlara gedəcəyindən, konkret olaraq, prezident Məsud Pezeşkianın səlahiyyətlərinin və rolunun artıb-artmayacağından asılı olacaq.

Gerçək belədir ki, İrandakı sistem artıq köhnə qaydada yoluna davam edə bilməz. Əks halda daha ağır zərbələr alacaq. Davam edəcək-etməyəcək, bunu dünya yaxın zamanda görəcək…

Analitik xidmət,
Musavat.com

Əvvəlki Yazı

İranın bombaladığı ölkələr və itkilərin sayı – SİYAHI

Növbəti Yazı

İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

EKSKLUZİV

Azərbaycana qripə qarşı vaksinlər gətirilib

Azərbaycana qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 / 16:00
1
Türkiyənin 31 vətəndaşı “arzuolunmaz şəxs” elan edildi

Türkiyənin 31 vətəndaşı “arzuolunmaz şəxs” elan edildi

21 Oktyabr 2026 / 15:52
1
Kobaxidze Azərbaycana gəlir

Kobaxidze Azərbaycana gəlir

21 Oktyabr 2026 / 15:43
1
Noyabrda 5 günlük tətil olacaq

Noyabrda 5 günlük tətil olacaq

21 Oktyabr 2026 / 15:30
1

XƏBƏR LENTİ

Azərbaycana qripə qarşı vaksinlər gətirilib

Türkiyənin 31 vətəndaşı “arzuolunmaz şəxs” elan edildi

Kobaxidze Azərbaycana gəlir

Noyabrda 5 günlük tətil olacaq

DYP sürücülərə müraciət edib

Ermənistan Azərbaycandan keçməklə İrana keçə bilər – Mirzoyan

Sabahın havası açıqlanıb

Azərbaycanın Ailə Konsepsiyası hazırlanır: Zəruri edən səbəblər

Bu il bələdiyyələrdə 2565 hektar torpaq qanunsuz verilib

Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib

Samir Məmmədov: Azərbaycanda internetin sürəti 7 dəfə artıb

Azərbaycanın xarici borcunun region ölkələri ilə müqayisəsi – RƏQƏMLƏR

Azərbaycana 38 min ton ət gətirildi – Qiymətə necə təsir edəcək?

Mətbuat Şurasından jurnalistlərə XƏBƏRDARLIQ

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanda yağ kəskin bahalaşdı

Azad edilmiş ərazilərə 28 milyard manat investisiya yatırılıb

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Bu avtomobillərin sürücüləri məsuliyyətə cəlb oluna bilər

Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq

Bu şəxslərə pulsuz torpaq veriləcək

Yerli özünüidarəetmə təkmilləşdirilməlidir – Əli Əhmədov

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb

İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib

Güneydən Azərbaycanla bağlı bəyanat

Nəsimi Musayev Ermənistanda belə həbs olundu – Video

Yeni qaydalar hazırlandı: Yanvarın 1-dən tətbiq olunacaq

Bəzi ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev   Apr »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.