Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

“Qarabağ”ın 90 dəqiqədə reallaşdırdığını, “Banket diasporu” illərlə edə bilmir!

Mart 4, 2026
A A

REDAKTORUN SEÇİMİ

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

21 Oktyabr 26 / 12:11
BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi, “Qarabağ” futbolçularının vəhdəti haqqında

Milli Birliyin Futbol Üzərindən Qurulan Modeli

Bu gün Azərbaycan cəmiyyətində elə bir dəyər yoxdur ki, həm Bakıda, həm Təbrizdə, həm İstanbulda, həm Berlində, həm Tel-Əvivdə, həm Moskvada – ümumiyyətlə dünyanın hər bir yerində yaşayan azərbaycanlını eyni anda bir məqsəd, bir duyğu, eyni bir kimlik ətrafında birləşdirə bilsin. Bu mənada “Qarabağ” futbol klubu artıq sadəcə bir idman təşkilatı deyil – o, qlobal miqyasda milli birliyin futbol üzərindən qurulan ən real və nümunəvi modelidir.

Biz bir partiya kimi bunu qeyd etməyə bilmərik – son illər Azərbaycan futbolunun avanqardında dayanan «Qarabağ» bu gün Qurban Qurbanovla klubun futbolçularının bir vəhdətidir.

Klub artıq Avropa futbol arenasında tanınan, hörmət edilən bir brendə çevrilir. Ötən ildən Türk dünyasının media platformalarında “Qarabağ” haqqında danışılırsa, bu artıq idman nəticəsindən daha çox – siyasi-mədəni simvolun formalaşması deməkdir.

«Qarabağ»ın hər bir ölkədəki oyunu dünya azərbaycanlılarının bir araya gəldiyi qeyri-rəsmi milli toplantıya çevrilir. ABŞ-dan, Kanadadan, Almaniyadan, Skandinaviya ölkələrindən azərbaycanlılar bilet alaraq “Qarabağ”ın oyununa gəlir, tribunalarda Azərbaycan bayrağını qaldırır və milli kimliyin canlı təzahürünü nümayiş etdirirlər. Bu “banket diasporunun” diplomatiyasının illərlə edə bilmədiyini, bir futbol klubunun 90 dəqiqədə reallaşdırmasıdır.

Modelin mərkəzində isə bir lider – Qurban Qurbanov dayanır. Qurban Qurbanovun xarakterində təmkin, mərdlik, Allaha bağlılıq və məsuliyyət hissi paralel şəkildə formalaşmışdır. Onun məşqçi kimi məhsuldarlığı yalnız taktiki düşüncə ilə deyil, eyni zamanda mənəvi liderlik qabiliyyəti ilə ölçülür. Bu gün Avropanın yüz illik tarixə malik, milyardlıq büdcəsi olan futbol nəhəngləri ilə 25–30 milyonluq büdcə ilə rəqabət aparmaq – mənəvi iradənin nəticəsidir.

Bununla belə, təəssüf ki, cəmiyyət olaraq bəzən unutqanlıq nümayiş etdiririk. Klubun oyunçuları kiçik səhvlərə görə sosial mediada hücumlara məruz qalır, Qurban Qurbanova qarşı soyuqluq yaranır. Bəzən yerli çempionatda qeyri-sağlam rəqabət elementləri – qisas motivli oyunlar, uyğun olmayan stadion və hava şəraiti, lazımsız fiziki müdaxilələr “Qarabağ”ın beynəlxalq hazırlıq ritmini pozur. Halbuki, güclü “Qarabağ” – güclü Azərbaycan futbolu deməkdir.

Vəhdət Partiyası hesab edir ki, bu gün Qarabağ futbol klubu təkcə idman uğuru deyil, milli həmrəyliyin strateji platformasıdır. Klub uduzsa da, udsa da – bizim fəxrimizdir. Ağdam klubu Azərbaycanın adını Avropanın futbol xəritəsində artıq təsdiqlətdirib.

Biz xalq olaraq unutqan olmamalıyıq. “Qarabağ”ın yanında olmaq – milli birliyin yanında olmaqdır. Patiyamızın Azərbaycanın müxtəlif bölgələrindən olan hər bir üzvü hesab edir ki, Ağdam klubu azərbaycanlıları bir araya gətirən nadir simvollardan biridir.

“Qarabağ” bu gün təkcə meydanda deyil, milli yaddaşımızda da qalib gəlir.

Və bu qələbə – hamımızındır. Müasir dünyada dövlətlər artıq yalnız diplomatik nümayəndəliklərlə, iqtisadi müqavilələrlə və ya siyasi bəyanatlarla tanınmır. Bu gün qlobal imic – mədəniyyət, idman, incəsənət və simvolik institutlar vasitəsilə formalaşır. Bu kontekstdə “Qarabağ” Futbol Klubu Azərbaycanın “yumşaq güc” (soft power) alətlərindən birinə çevrilmişdir. “Qarabağ” bu gün yalnız bir klub deyil – o, Azərbaycanın beynəlxalq sistemdə tanınmasının, qəbul edilməsinin və hətta rəğbətlə qarşılanmasının qeyri-rəsmi platformasıdır.

“Qarabağ” post-münaqişə dövründə Azərbaycanın yeni milli simvollarından birinə çevrilmişdir. “Qarabağ” adı bu gün təkcə torpaq deyil, həm də qürur, müqavimət və qayıdış ideyasının beynəlxalq səviyyədə tanınan metaforasıdır. Klubun adı artıq təkcə coğrafi məkanı yox, həm də qürur, müqavimət və qayıdış ideyasını simvolizə edir.

Qarabağ bu gün yalnız qol vurmaqla deyil, milli kimliyi qorumaqla qalib gəlir.

Və bu qələbə – hamımızın ortaq siyasi və sosial kapitalıdır. Müasir dünyada informasiya müharibəsi bəzən silahlı müharibədən daha uzunömürlü və daha təsirli olur. Onilliklər boyu erməni təbliğatı Qarabağı “Artsax” adı ilə beynəlxalq ictimaiyyətə sırımağa çalışdı. Xarici mediada, idman platformalarında, ictimai rəy mühitində bu termin dövriyyəyə buraxılır, coğrafi və tarixi həqiqətlər təhrif edilirdi. Lakin bir məqam var ki, onu heç kim dana bilməz: Qarabağ Futbol Klubunun mövcudluğu milyonlarla futbol azarkeşinə bir həqiqəti göstərdi – Qarabağ Azərbaycan torpağıdır.

Avropa stadionlarında “Qarabağ” adı səslənəndə, milyonlarla insan xəritəyə baxır, maraqlanır, öyrənirdi. 2020-ci ilə qədər dünya qəbul edirdi ki, Qarabağ ermənilər tərəfindən işğal olunmuş Azərbaycan torpağıdır. Bu idrakın formalaşmasında Qarabağ Futbol Klubunun illərlə apardığı əzmkar mübarizənin, Avropa meydanlarında göstərdiyi qətiyyətin xüsusi rolu oldu.

Bundan əlavə, klub çıxış edən stadionlarda – fərq etməz Bakıda, Londonda, Romada və ya başqa bir Avropa şəhərində – şəhidlər hər zaman yad edilir. Azərbaycan bayrağı qaldırılır, milli marş səslənir və “Qarabağ” adı bir müqəddəs anlayış kimi qorunur. Bu, artıq futbol deyil, milli yaddaşın qorunmasıdır.

Bu gün stadionlara baxaq: nazirdən fəhləyə, siyasətçidən alimə, müəllimdən tələbəyə qədər cəmiyyətin bütün zümrələri bir tribunada dayanır və “Qarabağ!” deyə qışqırır. Orada sosial status yoxdur. Orada siyasi fərq yoxdur. Orada yalnız bir kimlik var – Azərbaycan. Bu, “Qarabağ”ın bizə verdiyi ən böyük dərsdir: birlik dərsi.

Bu gün biz öz qəhrəmanlarımızı kiçiltməməliyik. Oyunçular səhv edə bilər. Məşqçi taktiki risk edə bilər. Amma biz onları tək buraxmamalıyıq. Əksinə, uduzanda daha çox dəstək olmalıyıq. Onlar bilməlidirlər ki, arxalarında bir millət dayanır.

Onlar əmin olmalıdırlar ki, “Qarabağ” yalnız qalib gələndə bizim deyil. “Qarabağ” uduzanda da bizimdir.

Çünki “Qarabağ” bizə bir dərs verdi: Millət o zaman güclü olur ki, simvollarına sahib çıxır.

Əvvəlki Yazı

“Qazax İdman paytaxtı 2026″nın təntənəli açılış mərasimi keçiriləcək

Növbəti Yazı

Bu gün Qazaxda “İdman Paytaxtı”nın açılış mərasimi keçiriləcək

EKSKLUZİV

XII Bakı Beynəlxalq Kitab Sərgisində AzTU tələbəsinin “AI Teacher” layihəsi təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində AzTU tələbəsinin “AI Teacher” layihəsi təqdim olunub

22 Oktyabr 2026 / 18:22
2
Bu sənədə görə evsiz qala bilərsiz – Notarius belə unudur

Bu sənədə görə evsiz qala bilərsiz – Notarius belə unudur

22 Oktyabr 2026 / 16:00
1
“Həzi Aslanov” stansiyasında təmir bu tarixdə yekunlaşır – Rəsmi

“Həzi Aslanov” stansiyasında təmir bu tarixdə yekunlaşır – Rəsmi

22 Oktyabr 2026 / 15:46
1
Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

22 Oktyabr 2026 / 15:23
2

XƏBƏR LENTİ

XII Bakı Beynəlxalq Kitab Sərgisində AzTU tələbəsinin “AI Teacher” layihəsi təqdim olunub

Bu sənədə görə evsiz qala bilərsiz – Notarius belə unudur

“Həzi Aslanov” stansiyasında təmir bu tarixdə yekunlaşır – Rəsmi

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

Kənd təsərrüfatında elekrik maşınlarına keçid…

Paşinyan sərhədi keçən Azərbaycan vətəndaşından danışıb

Ermənistan Konstitusiyasının layihəsi yaxın vaxtlarda dərc olunacaq

Azərbaycanda sovet dövründən qalma binalar 2060-cı ilədək izolyasiya ediləcək

Paşinyan: Sülh sazişinin 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur

“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə” dəyişib

Qubanın iki bələdiyyəsinin adı dəyişdirilib

Yağış yağacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

Azərbaycanda bu kənd köçürülür – Hazırlıqlar başladı

Milli Məclis BMT-ni Fransada polis zorakılığını araşdırmağa çağırdı

Ailələrin kommunal ödənişləri 480 manat artıb

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Gələn il 40-dan çox müəssisə büdcəyə dividend ödəyəcək

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Türkiyə hərbi xərcləri kəskin artırır

Azərbaycanda payız yay havasına döndü

Metro ilə bağlı ŞAD XƏBƏR – Yeni stansiya ilin sonunda açılır

Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi yenilənib

FIFA: Azərbaycan dünya çempionatına hazırdır

BVF: Azərbaycanın xarici ticarət balansı güclənib

Azərbaycana turist axını 6% azaldı

DİM 648 nəfər üçün bu həftə imtahan keçirəcək

Azərbaycan nefti bahalaşıb

Azərbaycana qripə qarşı vaksinlər gətirilib

Türkiyənin 31 vətəndaşı “arzuolunmaz şəxs” elan edildi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev   Apr »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.