Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Bakıda “ukraynalı rusiyalı görüşü” qalmaqalı

Mart 11, 2026
A A

REDAKTORUN SEÇİMİ

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23

Rusiyaya qarşı döyüşmüş “Neftçi”nin baş məşqçisinin “Turan Tovuz”un rusiyalı baş məşqçisi ilə əl tutması Ukrayna mediasında narazılıq yaratdı

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub ötən bazar günü Azərbaycan çempionatında “Turan Tovuz”a qarşı keçirilən oyundan sonra ölkəsinin mətbuatının diqqət mərkəzinə düşüb. QOL.az-ın xəbərinə görə, Ukraynanın football.ua saytı yazır ki, “Turan Tovuz”un 1:0 hesablı qələbəsi ilə başa çatan matç bitən kimi “Neftçi”nin ukraynalı baş məşqçisi rəqib komandanın rusiyalı çalışdırıcısı Kurban Berdıyevin əlini sıxıb.

Sayt bunu qalmaqal kimi dəyərləndirib. Məsələ Ukraynada ona görə müzakirələrə və narazılığa səbəb olub ki, türkmən əsilli rusiyalı Berdıyev 2023-cü ildə işğal altında olan Ukraynanın Mariupol bölgəsinə səfər edərək orada rusiyalı hərbçilərlə görüşü ilə gündəmə gəlmişdi.

Vernidub isə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan sonra Ukrayna Silahlı Qüvvələrinə qoşulmuşdu. Bu səbəbdən onun Berdyevlə əl sıxması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 24tv.ua saytı da Vernidubun Berdıyevlə əl sıxıb görüşməsini qalmaqal kimi dəyərləndirib.

Ruslara qarşı döyüşən ukraynalı "Neftçi"dən 85 min manat alacaq - Yuri Vernidub kimdir?
Yuri Vernidub

Qeyd edək ki, “Neftçi”nin baş məşqçisi bir müddət əvvəl də “Neftçi”nin Rusiyanın “Lokomotiv”in akademiyası ilə əməkdaşlıq sənədinə görə tənqid hədəfinə çevrilmişdi. Sənədə əsasən, tərəflər gənc futbolçuların yetişdirilməsi sahəsində təcrübə mübadiləsi aparacaq və Azərbaycan və Rusiyada turnirlər təşkil edəcəklər.

Ukraynalı baş məşqçi Yuri Vernidubun “Neftçi” ilə 1,5 illik müqavilə imzaladıqdan bir neçə gün sonraya təsadüf edən bu müqavilə Ukraynada ciddi rezonans doğurmuşdu. Baş məşqçi isə yayılmış iddiaları təkzib etmişdi:

“Burada jurnalistlər məlumatı şişirdiblər. Bəzi KİV-lər yazıb ki, guya mən Moskvaya gedəcəyəm. Bu, ağlasığmazdır. Bu əməkdaşlıq müqaviləsi uşaq akademiyaları arasında imzalanıb. Bu, klubun hüququdur. Mənim bununla nə əlaqəm var?” Vernedub onu da deyib ki, hazırda Ukraynadan futbolçu transferi ilə bağlı planı yoxdur: “Burada yalnız “Çernomorets”in keçmiş yarımmüdafiəçisi Andrey Ştoqrin oynayır. O, hazırlıqlarda iştirak etdi və məndə çox yaxşı təəssürat bağışladı. İndi o, əsas komandaya sifariş olunacaq”.

Daha maraqlısını baş məşqçi bundan sonra demişdi: “Əsas komandada bir nəfər də olsun rusiyalı yoxdur və ola da bilməz. Gənclər komandalarında isə yalnız azərbaycanlılar çıxış edirlər. Mən burada Ukrayna dilində danışıram, sözlərimi isə futbolçulara və ya həmsöhbətə tərcüməçi çatdırır”.

Vernidubun Berdıyevlə görüşməsi narazılıq yaratdı - Video

Musavat.com xatırladır ki, Yuri Vernidub 1966-cı il yanvarın 22-də Ukraynanın Jitomir şəhərində anadan olub. Futbolçu karyerasına yerli “Spartak”da başlayan Vernidub “Kolos” (Nikopol), “Dnepr” (Dnepropetrovsk), “Prikarpatye”, “Matellurq” (Zaporojye), “Kemnitser” (Almaniya), “Torpedo” (Zaporojye) və “Zenit” (Sankt-Peterburq) klublarında çıxış edib. Məşqçilik fəaliyyətinə 2001-ci ildə köməkçi məşqçi kimi başlayan, 2011-ci ildən etibarən isə baş məşqçi postunu tutan Vernidub vətənində “Metallurq” (Zaporojye, 2001-2002, 2005-2009), “Zarya” (Luqansk, 2010-2019), “Krivbass” (2022-2025), Belarusda “Şaxtyor” (Soliqorsk, 2019-2020), Moldovada “Şerif” (Tiraspol, 2020-2022) klublarında çalışıb.


Berdıyev 2023-cü ildə işğal altında olan Ukraynanın Mariupol bölgəsində

Qurban Berdıyev isə 1952-ci ildə Aşqabadda anadan olan türkmən əsilli sovet futbolçusu və tanınmış futbol məşqçisidir. Kazan “Rubin”ini Rusiya çempionu edərək “Barselona” kimi nəhəngləri məğlub etməsi ilə şöhrət qazanan, taktikası və səbirliliyi ilə tanınan “təsbehli hoca” ləqəbli mütəxəssis, son dövrlərdə Azərbaycanın “Turan Tovuz” klubunda baş məşqçi kimi fəaliyyət göstərir. Hər iki klub bu məsələ ilə bağlı hələ heç bir açıqlama verməyib.

Musavat.com

Əvvəlki Yazı

Dünya həyəcan içində: İran Hörmüz boğazına mina döşəməyə hazırlaşır

Növbəti Yazı

Araqçidən dünyaya qorxunc xəbərdarlıq: “Böyük neft krizinə və bahalaşmaya hazır olun”

EKSKLUZİV

General Kənan Seyidovun qızı ailə qurdu

25 May 2026 / 12:49
1

Kür məcrasından çıxır – Təhlükəli anlar – Video

25 May 2026 / 10:38
1

21 yaşlı qadın qətlə yetirildi – Əri saxlanıldı

25 May 2026 / 8:42
1

İntensiv yağış yağacaq – Xəbərdarlıq

25 May 2026 / 0:00
2

XƏBƏR LENTİ

General Kənan Seyidovun qızı ailə qurdu

Kür məcrasından çıxır – Təhlükəli anlar – Video

21 yaşlı qadın qətlə yetirildi – Əri saxlanıldı

İntensiv yağış yağacaq – Xəbərdarlıq

17 yaşlı Yusif 10-dan çox nüfuzlu universitetdən qəbul aldı

İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı

Leyla Əliyeva Bakıda toyda – Video

Təbrizdəki konsulumuz faciəvi şəkildə həlak oldu

Komandası tarixi uğur qazandı, sevincindən ağladı – Video

Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? – Açıqlama

Qəzada həlak olan 4 azərbaycanlı günlər sonra dəfn edildi – Video

Kasparov beynəlxalq axtarışa verildi

“Casus” demişdilər – Baş nazir oldu

Sənan Əsədzadə Misirdə saxlanıldı

Hava nə vaxtadək belə olacaq? – Xəbərdarlıq

Kim Çen In İlham Əliyevə məktub yolladı

Doqquzuncuların imtahanı da təkrar keçiriləcək

WUF13-ün bağlanış mərasimi keçirildi – Video – Fotolar

“Bilirəm, çox ağır və zəhmətli iş idi” – Hikmət Hacıyevdən jurnalistlərə

Nural Əliyev vəzifəsindən azad ediləcək

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Sabiq deputat Türkiyədə vəfat etdi – Foto

Ayağını itirdiyi yarışmada qalib elan edildi – Video

Tbilisi qatarına ilk bileti o aldı – Vağzalda növbə var-Video

Özgür Özel vəzifədən uzaqlaşdırıldı, Kılıçdaroğlu qayıtdı

WUF nəyimizə lazımdır?

“WUF13-ün yüksək səviyyədə təşkili  Azərbaycanın tarixi uğuru, qlobal nailiyyətidir”

“Qarabağ” Elvin üçün “Neftçi”dən daha çox pul istədi

Qurban Qurbanov “Beşiktaş”ın məşqçiliyinə yenidən namizəddir

Tbilisi biletləri ilə bağlı detallar açıqlandı – Nələr daxildir? – Fotolar

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev   Apr »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.