Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

İcra başçısı xəstəxanada müalicə olunan şəhid anasını və qazini ziyarət edib – FOTO

Aprel 8, 2026
A A

REDAKTORUN SEÇİMİ

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31
Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi 44 gün sonra Azərbaycanın hərb tarixinə şanlı Zəfər kimi qızıl hərflərlə yazıldı. 44 günlük bu müharibə dövlətimizin və ordumuzun qüdrətini bütün dünyaya göstərdi. Ali Baş Komandanın elan etdiyi “Qarabağ Azərbaycandır və nida” şüarı xalqımızın müqəddəs Vətən torpağı uğrunda haqq savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmaqla yanaşı, həm də bütün dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu, bu torpaqların əsl sahibinin kim olduğunu göstərdi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan dövləti suverenliyini tam bərpa edib, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.

Qazandığımız bütün Qələbələr şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir, qayğıları ilə maraqlanır.

Aprelin 8-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də olub, xəstəxanada müalicə alan Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Aşağı Əskipara kəndinin igid oğlu (MAHHXHQ) əsgər Qasımov Oruc Afiq oğlunun anası Elminaz Qasımovanı və 3-cü dərəcəli Vətən müharibəsi əlili, “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, Aslanbəyli kəndinin igid oğlu əsgər Məmmədov Xəyal Valeh oğlunu xəstəxanada ziyarət edib. Rayon rəhbəri xəstəxanada müalicə olunan şəhid anasının və qazinin səhhəti ilə maraqlanıb.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxov şəhid anasının və qazinin səhhəti barədə rayon rəhbərinə ətraflı məlumat verərək onlara hər cür qayğı göstərildiyini diqqətə çatdırıb.

Şəhid ailələrini, qaziləri daim diqqətdə saxlayan icra başçısı Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan şəhid Oruc Qasımov, qazi Xəyal Məmmədov kimi oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. “Bu gün özümə borc bildim ki, sizləri ziyarət edim, hər zaman olduğu kimi, bu gün də şəhid ailəsinin, qazinin mənim üçün nə qədər əziz və doğma olduğunu bir daha hiss edəsiniz”, – söyləyən rayon rəhbəri şəhid anasına və qazimizə Allahdan şəfa diləyib, ünvanlarına səmimi ürək sözlərini səsləndirib.

Şəhid anası Elminaz Qasımova və qazi Xəyal Məmmədov ölkə Prezidentinə, Birinci vitse-prezidentə və icra başçısına şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər. Bugünkü ziyarətə görə rayon rəhbərliyinə razılıqlarını ifadə edərək bu ziyarəti onlara göstərilən qayğının davamı kimi qiymətləndiriblər.

Əvvəlki Yazı

Türkiyədə aş evləri: pulsuz yemək sistemi Azərbaycanda tətbiq oluna bilərmi?

Növbəti Yazı

Polkovnik Cəlil Xəlilov 102 yaşlı müharibə veteranı Qaflan Ömərovu ziyarət edib

EKSKLUZİV

Dekabrın 15-i saat 18:00 – bundan sonra gec olacaq!

Dekabrın 15-i saat 18:00 – bundan sonra gec olacaq!

15 Oktyabr 2026 / 14:49
2
Azərbaycan böyük iş görür – Tokayev

Azərbaycan böyük iş görür – Tokayev

15 Oktyabr 2026 / 13:27
1
Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

15 Oktyabr 2026 / 12:48
1
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 2026 / 12:09
23

XƏBƏR LENTİ

Dekabrın 15-i saat 18:00 – bundan sonra gec olacaq!

Azərbaycan böyük iş görür – Tokayev

Sabah 31 dərəcə isti olacaq

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında əsasnamə təsdiqlənib – SƏRƏNCAM

Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək – Tarix açıqlandı

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Белорусские специалисты возведут агрогородок в Карабахе

Azərbaycan nefti 124 dollardan yuxarı satılıb

Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı

Sabah 29 dərəcə isti olacaq

Nə qədər ki,kollec direktorları himayə olunur,onlar düzgün seçilmir yaxşılığa doğru nəsə dəyişə bilərmi?

14 küçə və prospekt təmirə bağlanacaq

Azərbaycan UEFA reytinqində irəlilədi

Prezident “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət etdi

Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib

Сергеенко с рабочим визитом в Азербайджане. В центре внимания – кооперация усилий в промышленности

“Milli birliyimizi qorumalı, dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşməkdə davam etməliyik”

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

Aqil Babayevin anasından prezidentə müraciət: “Son ümidimiz Sizədir!”

Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları

Qazaxda ilk dəfə bədii gimnastika üzrə “Grace of Nature” adlı turnir keçirilir

“Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib

Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb

Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

Azərbaycan Gürcüstana daha 20 il qaz satacaq

Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb

Sabah Bakıya yağış yağacaq

Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar   May »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.