Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Dəhşətli qətl hadisəsinin görünməyən tərəfləri

Aprel 18, 2026
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Vəkilin vəsadətlərinə yumulan göz, cinəyətin necə və nə üçün törədildiyini görmək istəyirmi?

Son illərin dəhşətli cinayət hadisələrindən biri olan məşhur iş adamı Emil Ağacanov tərəfindən öz iş yoldaşı və tanışı Muradova İradə Oleq qızının qətlə yetirilməsi ilə bağlı nəhkəmə işi davam edir. Məhkəmənin növbəti iclası aprelin 9-da Bakı Ağır Cinayətlər məhkəməsində baç tutdu. Məhkəməyə Məhkəmənin hakimi Səbinə Məmmədzadə sədrlik edirdi.

 

Hakim Səbinə Məmmədzadə

 

Baxılmaqda olan məlum cinayət işi üzrə ibtidai istintaq mərhələsində aparılmış məhkəmə-psixiatriya ekspertizasının rəyində təqsirləndirilən şəxsin hadisə anında anlaqsız olduğu nəticəsinə gəlindiyi haqda dəfələrlə apardığımız araşdərma yazılarımızda məlumat vermişik.

 

Elə bu ekspertiza rəylərinə görə də adı çəkilən iş adamının hadisəni anlaqsız vəziyyətdə törətdiyi qənaətinə gəlinib. Bu qənatə görə də cinayəti guya ki, anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi qərarına gəlinmişdir. Elə bu səbəbdən də 2025-ci ilin 18 dekabr tarixdə amansızlıqla törədilmiş cinayət işinin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilmişdir.

 

Bir daha xatırladaq ki, 1(101)-2098/2025 nömrəi faciəli cinayət işi 2025-ci ilin avqust ayında törədilib.

 

Müstəqil.Az-ın və digər KİV-nin daima gündəmdə saxladığı, ilkin istintaq və məhkəmə prosesindən mütəmadi olaraq xəbərlər yayınladığı bu müdhiş olayın sonuncu dəfə keçirilən məhkəmə prosesində cəryan edən hadisələr zərərçəkmiş tərəfin narahatçılığına son qoymadı. Baxmayaraq ki, zərərçəkən şəxsin hüquqi varisinin nümayəndəsi Cəbrayılov Rəşad Vəkil oğlu tərəfindən qaldırılan vəsadətlərdən biri hakim tərəfindən qəbul olunub.

 

Məhkəmə işinin 9 aprel tarixli iclası təqsirləndirilən şəxsin və zərərçəkmiş tərəfin bir-birinə qarşı baxışlarla apardıqları “soyuq müharibə” hakim xanımın səbrlə sədrliyi, sədarətdə oturan köməkçi hakimlərdən birinin arada mürgüləməsi, cinayəti anlaqsız vəziyyətdə törətməsi haqda ekspertiza rəyi verilən təqsirləndirilən şəxsin anlaqlı və düşüncəli tərzdə sullara cavab verməsi və atdığı replikalarla müşahidə olunurdu.

 

Detektiv bir romanın mövzusu olacaq qədər diqqət çəkən, xeyirlə şərin mübarizəsində kənardan olunan təsirlər tərəfindən həqiqətin əlacsız qalması qənaətində olan zərərçəkmiş tərəfin hüquqi varisi Muradova Rəna dəfələrlə istintaqın və məhkəmənin birtərəfli aparıldığı dilə gətirib.

 

Elə zərərçəkən tərəfin hüquqlarını qoruyan tanınmış vəkil Rəşad Cəbrayılovun diqqət çəkən, məntiqli vəsadətində də bu fikirlərlə qarşılaşırıq. Məhkəmə işinin sədrinə təqdim edilən vəsadətdə deyilir:

 

Vəkil Rəşad Cəbrayılov

 

Zərərçəkən şəxsin hüquqi varisi və hüquqi varisin nümayəndəsi məhkəmə-psixiatriya ekspertizasının rəyində təqsirləndirilən şəxsin hadisə anında anlaqsız olduğu haqda ekspert rəyinin sübut kimi etibarlı və qəti hüquqi nəticə çıxarmaq üçün yetərli olmadığnı hesab edir.

 

Bildirir ki, həmin “ekspertiza rəyində göstərilən nəticə iş üzrə faktiki hallar, davranış göstəriciləri və cinayət hüququnun tələb etdiyi meyarlar baxımından tam və inandırıcı şəkildə əsaslandırılmamışdır. Rəydə göstərilən hallar şəxsin cinayət məsuliyyətini istisna etmir”.

 

Zərərçəkən tərəfin hüquqi varisinin nümayəndəsi, vəkil R. Cəbrayılov hesab edir ki, Ekspertiza hadisədən müəyyən müddət sonra aparılmış, hadisə anındakı psixi vəziyyətin elmi əsaslandırılmış rekonstruksiyası həyata keçirilməmiş, şəxsin davranış dinamikası, situativ faktorlar, şahid ifadələri və digər obyektiv məlumatlar kompleks şəkildə təhlil olunmamışdır.

 

Vəsadətdə vəkil məntiqinə, təcrübəsinə və hüquqi biliyinə

 

 

 

söykənərək müdafiə etdiyi tərəfin ardıcıl olaraq istintaq işinə səhlənlar yanaşmalarla üzləşdiyini belə izah edir: Rəy əsasən klinik müşahidələrə söykənsə də, cinayət hüququ baxımından həlledici əhəmiyyət daşıyan – şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməsi və davranışını idarə etməsi meyarları konkret faktiki davranış göstəriciləri ilə əlaqələndirilərək ayrıca qiymətləndirilməmişdir. Bu da tam anlaqsızlıq nəticəsini şübhə altına alır.

 

Rəna Muradova

Tükürpədici qətl hadisəsinin istintaqında olduğu kimi, məhkəmə işinin aparılmasında Jurnalist araşdırmamız və müşahidələrimiz davam edir. Məhkəməyə dəvət olunması və dinlənilməsi mütləq gərəkən bəzi şahidlərin məhkəməyə gəlməməsi, onların məhkəməyə israrlı şəkildə çağrılmaması, həmin şəxslərin istintaq zamanı verdikləri ifadələri hakimin yetərli sayması da, sanki yarımçıq qalan bir ömrün, amansız bir qətlin sıradan olan bir hadisənin, konkret məhkəmə işinin yekunlaşmasına tərəf tələsik addımların atılması kimi görünə bilər.

 

Lakin, hələ tələsməyək, məhkəmə işi davam edir. Xatırlayaq ki, gənc bir xanımın, güvəndiyi, dost bildiyi, iş və lirik duyğularla əhatələndiyi bir ömrün amansızlıqla ba.a çatdırılmasında əsas rolu oynayan, qanunlarımızın diqtəsindən kənara çıxmayacaq bir şəxs, gənc və təcrübəli xanım hakimdir.

 

Bizi izləyin, araşdırmamız, müşahidəmiz davam edir. Zərərçəkən şəxsin hüquqi varisinin nümayəndəsi, tanınmış vəkil Cəbrayılov Rəşad Vəkil oğlu tərəfindən verilən vəsadətin sonrakı detalları ilə də tanış olacağıq. və birlikdə düşünəcəyik: Əgər bu vəsadətdə deyilənlərin məhkəmənin işinə yeni aşkarlana biləcək faktlarla xeyri varsa, həqiqət üzə çıxacaqsa, günahkar özünün həqiqi cəzasını alacaqsa, vəkilin vəsadətləri bəs niyə təmin edilmir?

Ötgün

Əvvəlki Yazı

Təyyarədə Sandviç Fabriki Quran Ana Sosial Medianı İki Yerə Böldü

Növbəti Yazı

Sergey Lavrov: Qərb keçmiş Sovet ölkələrini Rusiyadan ayırmağa çalışır

EKSKLUZİV

Atlantik cərəyanları sürətlə zəifləyir: Dünya iqlimi geri dönməz xaosa sürüklənir

18 Aprel 2026 / 15:19
0

Dünyanın ən sıx məskunlaşmış adası: Kolumbiyada bir futbol meydanı boyda ərazidə minlərlə insan

18 Aprel 2026 / 15:19
0

303 milyon TL-lik stansiya istifadəsiz qaldı: Oksford-Kembric xəttində absurd durum

18 Aprel 2026 / 15:16
0

Mebel Nəhəngi SuperNova İflas Astanasında: Borc 10 Milyon Dolları Keçdi

18 Aprel 2026 / 15:16
0

XƏBƏR LENTİ

Atlantik cərəyanları sürətlə zəifləyir: Dünya iqlimi geri dönməz xaosa sürüklənir

Dünyanın ən sıx məskunlaşmış adası: Kolumbiyada bir futbol meydanı boyda ərazidə minlərlə insan

303 milyon TL-lik stansiya istifadəsiz qaldı: Oksford-Kembric xəttində absurd durum

Mebel Nəhəngi SuperNova İflas Astanasında: Borc 10 Milyon Dolları Keçdi

“Karvan-Yevlax” – “Şamaxı”: Həlledici Matçın Start Heyətləri Bəlli Oldu

Neymarın ofsayd qaydası ilə bağlı çağırışı: Futbolun gələcəyi müzakirədə

Hikmət Hacıyev Venesuela XİN rəhbərinin müavini ilə Antalyada görüşüb

Prezident İlham Əliyevin Türkiyəyə İşgüzar Səfəri Gündəmdə: X hesabında Video Paylaşıldı

Rutte: ABŞ-nin NATO-dan Çıxacağına İnanmıram – Trampın Tənqidlərinin Kölgəsində

Ukrayna Rusiyanın neft sənayesinə zərbələri gücləndirir: Leninqrad vilayətində Vısotsk terminalı hədəfdə

Ermənistan Rusiyadan vaz keçmir: Hərbi-texniki əməkdaşlıq davam edir

Avstraliya Yaponiyadan 6.5 Milyard Dollarlıq Hərbi Gəmi Sifarişi Verir: Donanma Modernləşir

Lukaşenko: Qərb bizi Rusiyaya qarşı qaldırır – Sərt ittiham

Rusiya bölgələrinə silsilə PUA zərbələri: Limanlar, neft bazaları və yaşayış məntəqələri hədəf alındı

Britaniya XİN rəhbəri İrana Hörmüz boğazı ilə bağlı çağırış etdi

İran SEPAH-dan ABŞ-a sərt xəbərdarlıq: Hörmüz boğazı bağlanacaq!

Tramp Kübanı Hədəfə Aldı: ABŞ İHA-sı 11 Saat Kəşfiyyat Uçuşu Həyata Keçirdi

Hindistanda dünyanın ən təcrid olunmuş qəbiləsinə ərzaq aparan fenomen həbs edildi

Alleqri və Poçettino: İki Böyük Məşqçinin Gələcək Planları

“Real Madrid” 8 futbolçu ilə yollarını ayırır: Komandada böyük dəyişikliklər gözlənilir

“Milan” “Sportinq”in qapısını döydü: Transfer danışıqları başladı

Dünyanın ən uzun fasiləsiz uçuşu: 19 saat, 15 min kilometr

Bank kartı ilə ödənişlərə yeni vergi tətbiq ediləcək? – Ekspertlər narahatdır

Mark Rutte ABŞ-nin NATO-dan çıxması ehtimalını rədd etdi: ‘Buna inanmıram’

İran ABŞ ilə danışıqların növbəti raundunu təxirə salır: Tehranın qərarının arxasında nə dayanır?

Tramp Rusiyanın Tanker Neft Satışına Yaşıl İşıq Yandırdı: Siyasi Gərginlik Fonunda Gözlənilməz Jest

Sergey Lavrov: Qərb keçmiş Sovet ölkələrini Rusiyadan ayırmağa çalışır

Dəhşətli qətl hadisəsinin görünməyən tərəfləri

Təyyarədə Sandviç Fabriki Quran Ana Sosial Medianı İki Yerə Böldü

Makronun Meloni ilə Qeyri-adi Görüşü Paris Zirvəsinə Damğa Vurdu

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.