Ötən gün Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən azad olunan Azər Əhmədov bu barədə paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, o, sosial şəbəkədəki paylaşımında birgə çalışdığı komandaya təşəkkürünü bildirib.
“Dünən Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən ayrıldım. Vəzifə dövlətin sənə əmanətidir. Onu göz bəbəyi kimi qoruyub, ləyaqətlə dövlətə geri vermək hər insana nəsib olmur. Bu müddətdə qurduğumuz işləri saymaqla bitməz. Sadəcə mən və zəhmətkeş komandamız hər təbəqədən olan vətəndaşın müracət edə bildiyi müasir bir Respublika Pediatriya Mərkəzini inşa etdik. Daha nə olsun…
Xatırladaq ki, TƏBİB-ə yeni icraçı direktor təyinatından sonra bir sıra tibb müəssisələrində rəhbərlik dəyişdirilib. Ötən gün işdən azad olunan A.Əhmədovun yerinə tanınmış pediatr Erkin Rəhimli gətirilib.









