Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Adəm İsmayıl Bakuvi: “Bu gün Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində görünməmiş dinamika müşahidə olunur”

İyul 2, 2026
A A

REDAKTORUN SEÇİMİ

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

25 İyun 26 / 18:18
“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05

“Müasir beynəlxalq münasibətlər sistemi sürətlə dəyişir, yeni siyasi və iqtisadi güc mərkəzləri formalaşır, dövlətlərin qlobal proseslərdəki rolu isə təkcə hərbi və iqtisadi potensialla deyil, həm də onların etibarlılığı, strateji əhəmiyyəti və təşəbbüskarlıq qabiliyyəti ilə ölçülür. Belə bir mürəkkəb geosiyasi şəraitdə Azərbaycan artıq regionun deyil, bütövlükdə Avrasiya məkanının siyasi və iqtisadi balansına təsir edən mühüm aktorlardan birinə çevrilib. Cənab Prezident İlham Əliyevin iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə birgə mətbuata bəyanatı məhz bu reallığın siyasi manifesti kimi dəyərləndirilə bilər. Dövlət başçısının çıxışı göstərdi ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq klassik enerji əməkdaşlığı çərçivəsini aşaraq yeni geosiyasi tərəfdaşlıq modelinə çevrilməkdədir.”

Cumhuriyyet.az xəbər verir ki, bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.

Fikirlərini davam etdirən partiya sədri bildirib ki, bu gün Avropa ilə Azərbaycan arasında formalaşan münasibətlərin arxasında yalnız iqtisadi maraqlar deyil, dəyişən dünya düzəninin yaratdığı yeni zərurətlər dayanır: “Enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının şaxələndirilməsi, yaşıl iqtisadiyyatın inkişafı və regional sabitlik məsələləri Azərbaycanı Avropa üçün əvəzolunmaz tərəfdaş statusuna yüksəldib. Əslində, Azərbaycanın geosiyasi çəkisinin artması uzunmüddətli və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Son iyirmi il ərzində həyata keçirilən enerji strategiyası, beynəlxalq nəqliyyat layihələri və müstəqil xarici siyasət kursu ölkəmizi Avrasiya məkanının əsas bağlantı nöqtəsinə çevirib. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Avropa İttifaqı ilə münasibətlərdə görünməmiş dinamika müşahidə olunur. Bu ilin müxtəlif aylarında Avropa İttifaqının ən yüksək səviyyəli rəhbərlərinin Bakıya səfərləri göstərir ki, Brüssel artıq Cənubi Qafqaz siyasətini Azərbaycan reallıqları üzərində qurmağa üstünlük verir. Bu yanaşmanın əsas səbəblərindən biri Azərbaycanın regionda sabitlik yaradan dövlət kimi çıxış etməsidir. Uzun illər davam edən münaqişənin başa çatdırılması və dövlət suverenliyinin tam bərpa olunması Cənubi Qafqazda yeni siyasi mühit formalaşdırıb. Artıq regionda təhlükəsizlik arxitekturası fərqli prinsiplər əsasında qurulur və bu prosesin əsas müəllifi Azərbaycandır. Dövlət başçısının bəyanatında xüsusi diqqət çəkən məqamlardan biri Ermənistan ilə münasibətlərin normallaşdırılması və sülh prosesinin real nəticələr verməsi ilə bağlı idi. Vaşinqtonda əldə olunmuş razılaşmalar və paraflanmış sülh sazişi bölgədə uzunmüddətli sabitliyin formalaşması üçün yeni imkanlar açır. Azərbaycanın birtərəfli qaydada həyata keçirdiyi humanitar və iqtisadi addımlar, o cümlədən tranzit məhdudiyyətlərinin aradan qaldırılması və enerji məhsullarının Ermənistana ixracı göstərir ki, Bakı regionun gələcəyini qarşıdurmada deyil, əməkdaşlıqda görür. Bu, əslində, yeni Cənubi Qafqaz modelinin əsas siyasi fəlsəfəsidir. Əgər keçmişdə bölgə böyük güclərin rəqabət meydanına çevrilirdisə, bu gün Azərbaycan onu əməkdaşlıq, qarşılıqlı maraqlar və iqtisadi inteqrasiya məkanına çevirmək istiqamətində mühüm addımlar atır. Avropa İttifaqının bu proseslərə müsbət münasibəti isə regionun gələcəyi ilə bağlı ortaq baxışların formalaşdığını göstərir. Brüssel üçün sabit və təhlükəsiz Cənubi Qafqaz enerji təhlükəsizliyi, logistika marşrutları və yeni iqtisadi imkanlar baxımından strateji əhəmiyyət daşıyır. Məhz buna görə də Azərbaycan Avropanın yeni geosiyasi xəritəsində xüsusi yer tutur. Bu gün Avropa İttifaqının enerji təchizatında Azərbaycanın payının artması yalnız iqtisadi göstərici deyil, həm də siyasi etimadın ifadəsidir. On Avropa ölkəsinin Azərbaycan qazından istifadə etməsi və bu coğrafiyanın genişlənməkdə davam etməsi ölkəmizin etibarlı tərəfdaş imicini daha da gücləndirir.”
Sonda müsahibimiz XXI əsr geosiyasətinin artıq yalnız enerji resursları üzərində qurulmadığını xüsusi vurğulayıb: “Yeni dövrün əsas meyarlarından biri də nəqliyyat-kommunikasiya imkanlarıdır. Bu baxımdan Azərbaycan Avrasiyanın əsas tranzit mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişdiyi nöqtədə yerləşən ölkəmiz qlobal ticarət axınlarının mühüm iştirakçısıdır. Dünyada baş verən geosiyasi dəyişikliklər fonunda Orta Dəhlizin strateji əhəmiyyəti sürətlə artır və Azərbaycan bu marşrutun əsas təminatçısı rolunu oynayır. Bakı limanı, müasir dəmir yolu infrastrukturu və region dövlətləri ilə qurulan əməkdaşlıq platformaları ölkəmizi Avropa ilə Asiya arasında etibarlı körpüyə çevirib. Bu isə Azərbaycanın geosiyasi çəkisini daha da artıran mühüm amillərdən biridir. Cənab Prezident İlham Əliyevin bəyanatında toxunulan yaşıl enerji məsələləri isə gələcəyin siyasi və iqtisadi münasibətlərinin əsas istiqamətlərini müəyyənləşdirir. Azərbaycanın yaxın illərdə səkkiz giqavatlıq Günəş və külək enerjisi istehsal etməyi planlaşdırması ölkənin enerji strategiyasında yeni mərhələnin başlanğıcıdır. Bu, yalnız iqtisadi layihə deyil, həm də geosiyasi transformasiyanın tərkib hissəsidir. Çünki gələcəkdə yaşıl enerji resursları uğrunda rəqabət ənənəvi enerji bazarları qədər əhəmiyyətli olacaq. Azərbaycan isə bu proseslərdə də qabaqcıl mövqelərdən birini tutmağa hazırlaşır.

Bütün bunların fonunda aydın görünür ki, Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı yeni regional güc mərkəzinin formalaşmasına xidmət edir. Bu güc mərkəzi hərbi qarşıdurmaya deyil, iqtisadi tərəfdaşlığa, enerji təhlükəsizliyinə, nəqliyyat inteqrasiyasına və davamlı sülhə əsaslanır. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və milli maraqlara söykənən xarici siyasət kursu nəticəsində Azərbaycan bu gün qlobal proseslərin passiv müşahidəçisi deyil, onların istiqamətini müəyyən edən əsas iştirakçılardan biridir. Cənubi Qafqazın gələcəyi də məhz bu yeni siyasi reallıqlar üzərində qurulur. Tarixin müxtəlif mərhələlərində böyük güclərin maraqlarının toqquşduğu bir coğrafiya olan Cənubi Qafqaz artıq yeni dövrə qədəm qoyur. Bu dövrün əsas siyasi ideyası isə Dövlətimizin Başçısının etdiyi kimi, ərazi iddialarından, münaqişələrdən və qarşıdurmalardan uzaq, əməkdaşlıq və tərəfdaşlıq regionunun formalaşdırılmasıdır. Məhz Azərbaycanın təşəbbüsləri və uzaqgörən siyasəti sayəsində Cənubi Qafqaz gələcəyin yeni geosiyasi əməkdaşlıq məkanına çevrilməkdədir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.

Əvvəlki Yazı

Bu şəxslər 40 minədək cərimələnəcək

EKSKLUZİV

Adəm İsmayıl Bakuvi: “Bu gün Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində görünməmiş dinamika müşahidə olunur”

Adəm İsmayıl Bakuvi: “Bu gün Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində görünməmiş dinamika müşahidə olunur”

02 İyul 2026 / 23:19
0
Bu şəxslər 40 minədək cərimələnəcək

Bu şəxslər 40 minədək cərimələnəcək

02 İyul 2026 / 15:19
1
Təkrar sertifikasiyadan kəsilən müəllimlərin nəzərinə!

Təkrar sertifikasiyadan kəsilən müəllimlərin nəzərinə!

02 İyul 2026 / 14:07
1
Xamenei burada dəfn olunacaq – Video

Xamenei burada dəfn olunacaq – Video

02 İyul 2026 / 13:55
1

XƏBƏR LENTİ

Adəm İsmayıl Bakuvi: “Bu gün Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində görünməmiş dinamika müşahidə olunur”

Bu şəxslər 40 minədək cərimələnəcək

Təkrar sertifikasiyadan kəsilən müəllimlərin nəzərinə!

Xamenei burada dəfn olunacaq – Video

Bağçalara uşaqların elektron qəbulu başlanılır

Bakının mərkəzində bu yollar tam bağlanır

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib – FOTO

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb

BMT-nin pulu sentyabr ayında qurtara bilər

Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşıb

Azərbaycanda bu məhsullar bahalaşacaq – Siyahı

Qurban Qurbanov “Qarabağ”ın iki məğlubiyyətindən danışdı

Belə paylaşımların 2000 manat cəriməsi var

Azərbaycan polisi – 108 yaşında

Prezident İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub

İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub

Buna görə Bakıdayam – Leyen

Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib – FOTO

Sabah çimərliyə getmək istəyənlərin nəzərinə

Səhiyyə Nazirliyi əhaliyə müraciət edib

41 mindən çox abituriyent qəbul imtahanı verəcək

Azərbaycanda hansı maşınlar ucuzlaşıb?

Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb

Suriyada keçid parlamenti formalaşıb

Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb

Bakıda NATO-nun təlim kursu keçirilir

“İdrak” liseyindəki cinayətin bəzi təfərrüatı açıqlandı

Sabah 35 dərəcə isti olacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.