Yazıçı və şair, “Müasir İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva mərhum oğlu Orxanın xatirəsini yaşatmaq üçün müxtəlif sənət layihələri həyata keçirib. Bu barədə Türkiyənin liderhaber.com.tr saytı mlumat yayıb. Məlumatda deyilir: “Müasir İnkişaf və Ailə” İctimai Birliyinin sədri və Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü olan Quliyeva, videoda yer alan şeirlərin əksəriyyətinin özünə məxsus olduğunu bildirib. O, yalnız bir neçə əsərin xalq balladalarından ibarət olduğunu və digər bütün şeirlərin müəllif hüquqlarının ona məxsus olduğunu qeyd edib.
Zərifə Quliyeva illərdir əsərlərində övlad itirməyin ağrısını dilə gətirir. Yeganə oğlu Orxanı beyin qanaması nəticəsində itirən şair dərin itkisini şeirləri və kitabları ilə ifadə edir.
Quliyeva oğlunun xatirəsinə “Sənsiz, səninlə” və “Həyatımın payızı” əsərlərini özündə birləşdirən üç cildlik kitab nəşr etdirib. Onun “Sənsiz Orxanım” şeirinə musiqi klipi də çəkilib və əsər məşhur Azərbaycan məşhur müğənnisi Röya tərəfindən ifa olunub. Orxanın həyatına həsr olunmuş 17 dəqiqəlik film də çəkilib.
Şair bildirib ki, bu əsərlərlə məqsədi oğlunun xatirəsini yaşatmaq və valideyn sevgisini gələcək nəsillərə ötürməkdir. Orxanın 24 yaşlı oğlu təhsilini ABŞ-da davam etdirir. Zərifə Quliyeva oğlunun üzünü və xarakterini nəvəsində gördüyünü bildirib”.









