2026-cı ilin ilk 6 ayı ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 9757 qərar qəbul edilib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən tədbirdə DMX-nin rəisi Vüsal Hüseynov bildirib.
“Nəticədə, 850 əcnəbi ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılıb.Cari ildə qanunsuz miqrasiyanın təşkili və digər qanunsuz əməllərlə bağlı 4 fakt aşkar edilib”,-deyə Xidmət rəisi qeyd edib.









