9 illik təhsil bazasında kolleclərin ixtisas seçimi avqustun 3-dən 9-dək aparılacaq.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirlib ki, Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 3-cü nömrəsini və “Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2025-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları”nı nəşr edib.









