Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Zərifə Quliyeva: “Dilimizin qorunmasında, müstəqilliyimizin güclənməsində ailələrin üzərinə böyük məsuliyyət düşür”

Avqust 1, 2026
A A

REDAKTORUN SEÇİMİ

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20
Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

09 Sentyabr 26 / 14:56
İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 26 / 17:50
“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

28 Avqust 26 / 17:44

Məlum olduğu kimi, bu gün 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan Dili Günüdür. Bu əlamətdar günlə bağlı paylaşım edən Azərbaycanm Respublikasının Prezidenti İlham Əliyev dilimizin və müstəqilliyimizin önəminə diqqət çəkib:

“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti”.

Maraqlıdır, Azərbaycan dilinin qorunması və inkişafı, eləcə də müstəqilliyimiz möhkəmlənməsində Azərbaycan ailələrinin, eləcə də vətəndaş cəmiyyəti institutlarının üzərinə hansı məsuliyyət düşür?

Moderator.az-a açıqlama verən “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Ulu Öndər Heydər Əliyev və Prezident İllham Əliyevlə bağlı çoxsaylı kitabların müəllifi Zərifə Quliyeva mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “Hər şeydən öncə qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Əlifbası və Azərbaycan Dil Günü ilə bağlı paylaşımı Müzəffər Ali Baş Komandanın dilimizə və müstəqilliyimizə verdiyi önəmi göstərir. Cənab Prezident dilimizin on milyonlarla soydaşımızın həyatında oynadığı rolu vurğulamaqla yanaşı, müstəqil Azərbaycan dövlətini bu dilin qoruyucusu adlandırır. Həqiqətən də, tariximizə nəzər salsaq görərik ki, Azərbaycan məhz müstəqillik dönəmində bütün mənəvi sərvətləri kimi, doğma ana dilinin qorunması və inkişafı istiqamətində daha fundamental addımlar atıb, böyük işlər görüb. Azərbaycan dilinə ən böyük qayğını isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev göstərib. Azərbaycan dilini Azərbaycan xalqının ən böyük milli sərvəti adlandıran Ulu Öndər, dilimizin qorunması, inkişafı uğrunda əsl fədakarlıq sərgiləyib, tarixi uğurlara imza atıb. Heydər Əliyev deyirdi: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur”.

Bu sözlər Ulu Öndər Heydər Əliyevin ana dilimizə, onun təmizliyinin, saflığının qorunmasına necə böyük önəm verdiyini göstərir. Qqürurvericidir ki, Ulu Öndər irsini uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycan dilinin qorunmasını daim diqqət mərkəzində saxlayıb, onun təbliği və inkişafına xüsusi qayğı ilə yanaşıb”.

Təşkilat sədri bu məsələdə ailələrin üzərinə düşən məsuliyyətə də diqqət çəkib: “Azərbaycan dilinin qorunması və inkişafında ailələrin də üzərinə böyük məsuliyyət düşür. Çünki uşaq ana dilini ilk olaraq ailəsində eşidir. Onda dilə sevgi və ehtiram ilk növbədə ailədə formalaşır. Buna görə də ailələrin dilə münasibəti, onların ana dilini uşağa sevdirmək bacarığı bu məsələdə mühüm rol oynayır. Ona görə də valideynlər hələ körpə yaşlarından uşaqlarda ana dilinə sonsuz sevgi və məhəbbət yaratmağı bacarmalı, dilin əhəmiyyətini onlara düzgün izah etməlidirlər. Uşaqlar anlamalıdır ki, ana dili ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də xalqımızın və dövlətimizin milli özünəməxsusluq göstəricisi, tarixi irsə sadiqlik rəmzidir”.

Zərifə Quliyeva QHT-lərin də ana dilinin təbliği və müstəqilliyimizin möhkəmlənməsində yaxından iştirakının vacib olduğunu qeyd edib: “Azərbaycan dilinin saflığının qorunması, müstəqilliyimizin daha da möhkəmlənməsi QHT-lərin, vətəndaş cəmiyyət institutlarının da fəaliyyətində əsas istiqamətlərdən biri olmalıdır. QHT-lərimiz bununla bağlı təhsil müəssisələrində – məktəb və institutlarda müxtəlif layihələr həyata keçirməli, uşaq və gənclərin iştirakı ilə tədbirlər təşkil etməlidir. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin ana dili və müstəqilliklə bağlı çağırışlarının uşaq və gənclərə çatdırılması, onların bu ideyaların tətbiqinə həvəsləndirilməsi xüsusilə faydalı olar.

Məlumat üçün qeyd edim ki, biz “Modern İnkişaf və Ailə” İctimai Birliyi olaraq ana dilimiz, eləcə də digər milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı çoxsaylı tədbirlər həyata keçirmiş, bir sıra layihələr gerçəkləşdirmişik. Şəhid ailələri və veteranların iştirakı ilə vətənpərvərlik tədbirlərinin keçirilməsi, yazı müsabiqələrinin təşkili, işğaldan azad olunan torpaqlara edilən səfərlər və s. uşaq və gənclərdə həm ana dilimizə, həm də müstəqilliyimizə olan sevgi və ehtiramın artırılmasına xidmət edir. Əminliklə bildirirəm ki, milli-mənəvi dəyərlərimizin təbliği bundan sonra da təşkilatımızın fəaliyyətinin əsas istqiamətlərindən biri olacaq, yaxın gələckdə bu müstəvidə bir-birindən maraqlı layihələrə imza atacağıq”.

Seymur ƏLİYEV

Əvvəlki Yazı

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb

Növbəti Yazı

Magistraturaya qeydiyyat başlayır

EKSKLUZİV

Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

16 Sentyabr 2026 / 13:35
0
Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq – SABAHIN HAVASI

Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq – SABAHIN HAVASI

16 Sentyabr 2026 / 13:17
0
Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik

Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik

16 Sentyabr 2026 / 12:54
0
Taksi sürücüləri sabah imtahan verəcəklər

Taksi sürücüləri sabah imtahan verəcəklər

16 Sentyabr 2026 / 12:21
1

XƏBƏR LENTİ

Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq – SABAHIN HAVASI

Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik

Taksi sürücüləri sabah imtahan verəcəklər

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan nümayəndə heyəti Budapeştdə torpaqların konsolidasiyası və torpaq bankçılığı üzrə beynəlxalq müzakirələrdə iştirak edib

Məktəblərin tədris planları TƏSDİQLƏNDİ

Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika

Azərbaycan neftinin qiyməti 128 dollar olub

Ermənilər Bəstiçaya civə töküb?

Qazın qiyməti bahalaşdı

I sinfə gedənlərin sayı sürətlə azalır – Qorxulu proqnoz

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir

Bakı məktəblərinə gedəcək şagirdlərin SAYI

Azad edilmiş ərazilərdə daha 132 mina, 426 PHS aşkarlanıb

DİN: Ötən iki gündə 8 avtomat, 8 tüfəng aşkarlanıb

Bakı metrosunda qatarlararası intervallar azaldılır

Sabah Bakıda 32 dərəcə isti olacaq

Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatı təqdim edilib

İranın vitse-prezidenti Avstriyaya buraxılmadı

Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib

Bakıda güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülür

DİM zal nəzarətçisi olmağa işçi axtarır – ŞƏRTLƏR

TDT ölkələri bu bayramların vaxtını birgə müəyyən edəcək

Türkiyə əhalisi hansı ölkəni “ən yaxın” hesab edir? – Sorğu

DİN: Cinayət törətməkdə şübhəli bilinən 92 nəfər saxlanıldı

Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq

Qarabağda nə qədər adam yaşayır?

Onların iş və istirahət vaxtları yenidən tənzimlənir

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib – FOTO

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.