Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Azərbaycanda yay fəsli oktyabra qədər uzana bilər

Avqust 3, 2026
A A

REDAKTORUN SEÇİMİ

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

29 İyul 26 / 12:55
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

28 İyul 26 / 18:10
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

27 İyul 26 / 11:15
“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59

Bu il Azərbaycanda yay istiləri əvvəlki illərlə müqayisədə daha gec hiss olundu. Hətta iyun ayı, demək olar, sərin və yağışlı keçdi. Bildirilir ki, belə olduğu halda yay mövsümü oktyabra qədər uzana bilər.

Yay mövsümü uzanacaqmı? Yaxın aylarda hava durumu necə olacaq?

Cumhuriyyet.az xəbər verir ki, Globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova adətən iyun ayından etibarən müşahidə olunan güclü istilərin bu dəfə gecikdiyini bildirib.

“Ayrı-ayrı aylarda havanın qeyri-adi keçməsi iqlim sistemində baş verən dəyişikliklərlə bağlıdır. Son illərdə qlobal iqlim dəyişikliyi nəticəsində fəsillərin başlanğıc və bitmə tarixlərində müəyyən sürüşmələr sezilir. Bu isə yay mövsümünün bəzi illərdə daha gec başlayaraq sentyabrın sonu, hətta oktyabrın ilk günlərinə qədər davam etməsi ehtimalını artırır. Lakin bunu indidən dəqiq proqnoz kimi qəbul etmək düzgün olmaz.

Avqust ayının ən isti dövr olması gözlənilir. Xüsusilə Aran rayonlarında və Abşeron yarımadasında havanın temperaturunun iqlim normasından yüksək olacağı, bəzi günlərdə 40 dərəcəyə yaxınlaşa biləcəyi ehtimal edilir. Bununla yanaşı, dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağışları, şimşək, eləcə də dolu halları istisna edilmir”, – o qeyd edib.

Ekoloq bildirib ki, sentyabr ayında da havanın temperaturu normadan yüksək qala bilər:

“Bu səbəbdən isti hava şəraitinin payızın ilk həftələrində də davam etməsi mümkündür. Lakin oktyabr ayının necə keçəcəyini indidən yüksək dəqiqliklə söyləmək elmi baxımdan mümkün deyil”.

Ekspertin sözlərinə görə, son illərdə təkcə temperatur deyil, yağıntıların paylanması da dəyişib:

“Bir neçə həftə quraqlıq müşahidə olunduqdan sonra qısa müddətdə intensiv yağışların yağması, dolu və sel hadisələrinin baş verməsi artıq daha tez-tez rast gəlinən hallardandır. Bu dəyişikliklər kənd təsərrüfatına, su ehtiyatlarına və insanların gündəlik həyatına da təsir göstərir. Belə nəticəyə gəlmək olar ki, bu il yayın gec hiss olunması onun müəyyən qədər uzanacağı ehtimalını artırsa da, “yay mütləq oktyabra qədər davam edəcək” demək hələlik elmi əsaslandırılmış proqnoz deyil. Qarşıdakı aylarda isti hava dalğalarının davam etməsi mümkündür və vətəndaşların rəsmi meteoroloji proqnozları mütəmadi izləmələri tövsiyə olunur”.

Əvvəlki Yazı

Jurnalistikaya qabiliyyət imtahanı sabah keçiriləcək

Növbəti Yazı

Sentyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI

EKSKLUZİV

Gənc ssenarist Elvin Məcidlinin ilk tammetrajlı ssenarisi ölkə səviyyəsində mükafatlandırılıb

Gənc ssenarist Elvin Məcidlinin ilk tammetrajlı ssenarisi ölkə səviyyəsində mükafatlandırılıb

03 Avqust 2026 / 19:49
11
İyulda 8 min hektardan çox ərazi minalardan təmizlənib

İyulda 8 min hektardan çox ərazi minalardan təmizlənib

03 Avqust 2026 / 16:00
1
Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

03 Avqust 2026 / 15:46
1
Ruben Rubinyan Ermənistan parlamentinin yeni sədri seçildi

Ruben Rubinyan Ermənistan parlamentinin yeni sədri seçildi

03 Avqust 2026 / 15:30
1

XƏBƏR LENTİ

Gənc ssenarist Elvin Məcidlinin ilk tammetrajlı ssenarisi ölkə səviyyəsində mükafatlandırılıb

İyulda 8 min hektardan çox ərazi minalardan təmizlənib

Sabah çimərliklərdə hava necə olacaq?

Ruben Rubinyan Ermənistan parlamentinin yeni sədri seçildi

PUA-ların dövriyyədə olmasına xüsusi icazə əsasında yol veriləcək

“Artsax bayrağı” Ermənistan parlamentindən yığışdırıldı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yeni vəzifələri müəyyənləşib

Qabiliyyət tələb edən ixtisasların keçid BALLARI

“Dənizçilik” informasiya sistemi yaradılacaq – FƏRMAN

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilib

ATƏT-in fəaliyyətdə olan sədri sabah Azərbaycana gələcək

Azərbaycan XİN Pakistana başsağlığı verib

Vergi Xidmətinin vəzifəli şəxsləri HƏBS EDİLDİ

Azərbaycanda 32 nəfəri gün vurub

Bağçalara qəbulda yeni növbələrin yaradılması dayandırılır

Sabahın hava proqnozu açıqlanıb

Səhiyyə Nazirliyi məlumat yaydı: İnanmayın!

Kartdan karta köçürməyə limit qoyuldu – Rəsmi reaksiya

İşdən çıxarılan idarə rəisinə cinayət işi açıldı

150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR

Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

Sentyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI

Azərbaycanda yay fəsli oktyabra qədər uzana bilər

Jurnalistikaya qabiliyyət imtahanı sabah keçiriləcək

Magistraturaya qeydiyyat başlayır

Zərifə Quliyeva: “Dilimizin qorunmasında, müstəqilliyimizin güclənməsində ailələrin üzərinə böyük məsuliyyət düşür”

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

DYP-dən həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara ÇAĞIRIŞ

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.