Bilnə kənd ağsaqqallarından olan Xəlil Məcidovun 80 illiyinə
Həyatda ağsaqqal, şəxsiyyət olmaq yalnız insanın yaşı ilə ölçülən birməqam deyil. Bu məqam uzun illər ərzində qazanılmış hörmətin, etimadın, dürüstlüyün və xeyirxah əməllərin nəticəsidir. İnsanömrünün hər mərhələsində müxtəlif sınaqlarla qarşılaşır, lakin hər kəsbu sınaqlardan üzüağ çıxa bilmir. El arasında hörmət qazanmaq, insanların etibar etdiyi bir şəxsə çevrilmək, haqqın yanında dayanmaqvə doğru sözü çəkinmədən demək əsl şəxsiyyətin və ağsaqqallığıngöstəricisidir. Belə insanlar cəmiyyətin mənəvi sütunları, elinarxalandığı etibarlı dayaqlardır.
Ağsaqqallıq bir ad, bir titul deyil. Ağsaqqallıq böyük məsuliyyətdir, mənəvi yükdür, cəmiyyət qarşısında daşıdığın borcdur. Ağsaqqal elin-obanın sevincini öz sevinci, dərdini öz dərdi bilən, insanları birliyə, həmrəyliyə çağıran, çətin məqamlarda müdrik sözü ilə yol göstərənşəxsdir. O, yaşadığı cəmiyyətin mənəvi dayağı, ailələrin, nəsillərin vəbütöv bir elin söykəndiyi inam yeridir.
Əsl ağsaqqal mətin olur. Həyatın sərt küləkləri onu sarsıda bilmir, qarşılaşdığı çətinliklər onu yolundan döndərə bilmir. O, məğrur olur, lakin təkəbbürlü olmur. Şərəfini və ləyaqətini hər şeydən üstün tutur. Mübariz olur, haqqın və ədalətin yanında dayanır, haqsızlığa susmağıözünə yaraşdırmır. Çünki bilir ki, susulan haqsızlıq zamanla dahaböyük ədalətsizliklərə yol açır. Məhz bu xüsusiyyətlər insanı ömrününhər çağında ucaldır və onu xalqın yaddaşında yaşadır.
Ağsaqqal olmaq həm də insanlara örnək olmaq deməkdir. İnsanlaronun davranışına baxır, sözündən nəticə çıxarır, həyat təcrübəsindənbəhrələnirlər. O, cəmiyyətə təkcə nəsihət vermir, öz həyatı ilə nümunəgöstərir. Sözünün çəkisi də məhz bundan irəli gəlir. Çünki ağsaqqalındediyi ilə etdiyi arasında fərq olmur.
Bu gün cəmiyyətimizin ən çox ehtiyac duyduğu dəyərlərdən biri dəməhz belə şəxsiyyətlərin varlığıdır. İnsanları bir araya gətirən, milli-mənəvi dəyərləri qoruyan, gənc nəslə düzgün yol göstərən ağsaqqallarhər zaman xalqın mənəvi sərvəti hesab olunublar. Onların həyat yolubir məktəb, söylədikləri hər kəlmə isə bir hikmət nümunəsidir. Bu hikmət isə yalnız illərin deyil, halal zəhmətin, dürüst həyatın və safvicdanın bəhrəsidir. Belə insanlar cəmiyyətin dayağı, millətin mənəvigücü, xalqın isə qürur mənbəyidir. Onların varlığı bir elin bərəkəti, birtoplumun xoşbəxtliyi və sabaha olan inamıdır.
Azərbaycan kəndinin əsrlər boyu formalaşdırdığı mənəvi dəyərlərsistemi məhz belə insanların timsalında yaşayır və gələcək nəsillərəötürülür. Kənd həyatı insanı torpağa bağladığı kimi, onu zəhmətə, səbrə və məsuliyyətə də alışdırır. Bu mühitdə boya-başa çatan insanlarüçün sözün dəyəri, halal zəhmətin qiyməti, qonşuluq haqqı və insanlıqborcu həyatın dəyişməz qanunları olur. Məhz buna görə də el arasındahörmət qazanan insanlar yalnız öz ailələrinin deyil, bütöv bir nəslin, bir elin mənəvi simasına çevrilirlər.
Belə ömür sahiblərindən biri də Məcidov Xəlil (Meybulla) Həbioğludur. Onun həyat yolu sadə bir insanın tərcümeyi-halı olmaqdandaha çox, bir dövrün, bir kəndin və bir nəslin yaşam tarixinin ayrılmazparçası kimi diqqət çəkir. Uzun illər ərzində müxtəlif sahələrdəçalışması, insanların etimadını qazanması, ailəsinə, kəndinə vəcəmiyyətə bağlılığı onun həyat yolunu dəyərli edən əsasxüsusiyyətlərdəndir.
Xəlil kişi 05 avqust 1946-cı ildə Yardımlının Bilnə kəndində anadanolub. 1952–1953-cü tədris ilində Bilnə kənd ibtidai məktəbində təhsilalmağa başlayıb. 1957-ci ildə Bilnə kənd natamam orta məktəbinibitirib. 1957–1962-ci illərdə Vərgədüz kənd səkkizillik məktəbindətəhsil alıb. 1962-ci ildən Yardımlı rayon M.F. Axundov adına ortaməktəbdə təhsilini davam etdirib. O illər kənd məktəblərində təhsilalmaq bugünkü imkanlarla müqayisə edilə bilməzdi. Uzaq məsafələr, çətin iqlim şəraiti və məhdud imkanlar gənclərin qarşısında müəyyənmaneələr yaratsa da, elmə və biliyə həvəs bütün çətinlikləri aradanqaldırırdı. Xəlil kişi də həmin nəslin nümayəndəsi kimi təhsili gələcək həyatının ən mühüm dayaqlarından biri hesab edib.
1967-ci ildə Salyan şəhərində yerləşən Kənd Təsərrüfatı Texnikumunun aqronomluq ixtisasına qəbul olub və 1970-ci ildəhəmin təhsil müəssisəsini müvəffəqiyyətlə bitirib. Torpaqla işləmək, məhsul yetişdirmək, kənd təsərrüfatının inkişafına töhfə vermək onun həyat amalına çevrilib. Və o, peşəsinə sevgi ilə yanaşıb, alın təri vəzəhməti ilə çalışıb. Çünki o yaxşı bilirdi ki, torpaq zəhməti sevənləri heç vaxt naümid qoymur.
1966-cı ildə ailə həyatı qurmuşdur. 6 oğul və 4 qız övladının atasıdır. Hazırda 32 nəvəsi və 15 nəticəsi var. Böyük ailə sahibi olmaq hərzaman böyük məsuliyyət deməkdir. Övladların tərbiyəsi, onların cəmiyyətə faydalı insanlar kimi yetişməsi valideyn ömrünün ənmühüm missiyalarından biridir. Bu baxımdan Xəlil müəllimin ailəhəyatı da nümunəvi olub. Övladlarına zəhmətkeşliyi, halallığı vəvətənə bağlılığı aşılaması onun ata kimi ən böyük xidmətlərindən biridir. Bu gün geniş bir nəslin ağsaqqalı kimi hörmət görməsi təsadüfideyil.
1966–1987-ci illərdə Yardımlı rayonunun Bilnə kənd kitabxanasına rəhbərlik edib. İyirmi ildən artıq davam edən bu şərəfli fəaliyyətonun ömür yolunun ayrılmaz hissəsinə çevrilmiş, maarifçilik missiyasını layiqincə yerinə yetirdiyini göstərmişdir. Həmin illərdəkənd kitabxanası təkcə kitabların toplandığı məkan deyil, həm dəkəndin mədəni və mənəvi həyatının əsas ocaqlarından biri idi. Burada keçirilən görüşlər, mütaliə saatları və maarifləndirici tədbirlər insanların dünya görüşünün formalaşmasına, gənc nəslin elmə vəkitaba marağının artmasına mühüm töhfə verirdi. Bu səbəbdən onun kitabxanaçı kimi fəaliyyəti yalnız peşə deyil, həm də maarifçilik xidməti kimi qiymətləndirilə bilər.
1987-1990-cı illərdə Vərgədüz kənd Xalq Deputatları Soveti İcrayyə Komitəsinin katibi işləyib.
1990-1991-ci illərdə Bilnə kənd Nəsimi kolxozunda aqronom.
1992–1993-cü illərdə Bilnə kənd Nəsimi adına kolxozun sədri vəzifəsinə rəhbərlik edib. Sədr kimi özünü ədalətli, prinsipial vədürüst rəhbər kimi tanıtmış, kolxoz üzvlərinin hüquq və mənafelərininqorunmasına xüsusi həssaslıqla yanaşmışdır. Hər bir əmək adamının zəhmətini layiqincə qiymətləndirir, haqqın tapdalanmasına yol vermir, qərarlarında obyektivliyi və vicdanlı mövqeyi ilə seçilirdi. Onun rəhbərlik üslubunun əsasını insan amilinə hörmət, ədalət vəməsuliyyət təşkil edirdi. Kənd sakinlərinin rəğbətini qazanan bu xüsusiyyətləri onun nüfuzunu daha da artırmış, insanların etimadını qazanmasına səbəb olmuşdur.
1994-cü ildə kolxozların birləşdirilməsi ilə əlaqədar Vərgədüz kəndindəki M.Ə. Rəsulzadə adına kolxozda sədr müavini kimi fəaliyyət göstərib. 1995-ci ildə kolxozların ləğv olunması səbəbindən həmin vəzifədən ayrılıb. 1995–1996-cı illərdə isə Bilnə Kənd Təsərrüfatı İstehsalat Kooperativində aqronom kimi çalışıb.
Xəlil Məcidov müxtəlif vəzifələrdə fəaliyyət göstərsə də, onu tanıyanların yaddaşında ilk növbədə məsuliyyətli, sözübütöv və etibarlı insan kimi qalıb. Vəzifələr keçicidir, insanın qazandığı hörmət isə ömürlükdür. Onun uzun illər ərzində qazandığı nüfuz da məhz dürüstlüyünün, prinsipiallığının və insanlara səmimi münasibətinin nəticəsidir.
Hazırda təqaüddədir. Bu gün ömrünün müdriklik çağını yaşayan Xəlil kişinin keçdiyi həyat yoluna zəhmət, vicdan və ləyaqətlə yazılmış birömür yolu kimi baxıla bilər. Onun keçdiyi ömür yolu sübut edir ki, insanı yaddaşlarda yaşadan tutduğu məqam yox, ləyaqəti, xeyirxahlığıvə cəmiyyətə bəxş etdiyi dəyərlərdir. Belə ömürlər zaman keçdikcədaha böyük dəyər qazanır, çünki onlar gələcək nəsillərə həyat dərsi, mənəvi örnək və insanlıq məktəbi olaraq qalırlar.
Səksən illik ömür yoluna nəzər saldıqda aydın görünür ki, Xəlil Məcidovun ən böyük qazancı insanların ona bəslədiyi hörmət, inam və etibardır. Uzun illər ərzində qazandığı nüfuz onun dürüstlüyünün, zəhmətkeşliyinin və insanlara münasibətinin nəticəsidir. Xəlil Məcidov bu gün də el arasında sözü keçən, hörmətlə qarşılanana ğsaqqallardan biridir. Ona möhkəm cansağlığı, övladlarının, nəvələrinin və nəticələrinin uğurlarına şahid olmağı, qarşıdakı illəri sağlamlıq və əmin-amanlıq içində keçirməyi arzulayırıq.
Samir Əsədli









