Avqustun 6-da Abşeron çimərliklərində proqnozlaşdırılan hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Cumhuriyyet.az-a verilən məlumata görə, sabah Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.









